Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlər və Kabbala

Hər ikisi də mason olan ingilis yazıçıları Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) "The Hiram Key" (Hiram Açarı) adlı kitablarında masonluğun mənşəyi haqqında çox önəmli gerçəkləri açıqlayıblar. Onlara görə, masonluğun tampliyerlərin davamı olduğu açıq bir gerçəkdir, amma əsas məsələ məhz tampliyerlərin mənşəyinin nə olmasıdır.
Yazarların fikrincə, tampliyerlər Qüdsdə olduqları dövrdə gerçəkdən də böyük bir dəyişikliyə uğrayaraq, Xristianlığın yerinə başqa təlimləri qəbul ediblər. Bunun da kökündə Süleyman Məbədində tapdıqları bir kitabə dayanır. Əslində, tampliyerlərin Qüdsdəki əsl hədəfləri Süleyman Məbədinin xarabalıqlarını araşdırmaq idi. Onların "Fələstinə gedən xristian səlibçilərini qorumaq" yönündəki fəaliyyətləri sadəcə bir pərdə idi, gerçək hədəfiəri isə tamamilə başqa olub. Kitabda bununla bağlı deyilir: "Tampliyerlərin xristian səlibçiləri hansısa təhlükədən qorumaları haqqında heç bir dəlil yoxdur. Amma İrod Mədəbinin (Süleyman Məbədinin yerində inşa edilmiş məbəd) xarabalıqları arasında ciddi axtarışlar aparmalarına dair mötəbər sübutlar var".
Özü də bununla bağlı sübutlar tapan araşdırmaçılar təkcə "The Hiram Key" kitabının müəllifiəri deyil. Fransız tarixçisi Getan Delaforq (Gaetan Delaforge) bu məsələni belə şərh edir: "(Tampliyerlər Ordenini quran) doqquz cəngavərin əsl məqsədi Yəhudilərin və Qədim Misirin gizli adətlərinə dair faktlar və yazılar tapmaq idi".
19-cu əsrin sonlarında Qüdsdə arxeoloji araşdırmalar aparan ingilis tədqiqatçısı Çarlz Uilson (Charles Wilson) da həmçinin bu qənaətə gəlib ki, Tampliyerlər Qüds Məbədinin xarabalıqlarını araşdırmaq üçün ora gediblərmiş. Uilson məbədin bünövrəsində qazıntı və araşdırma işlərinin apanldığını görüb və müəyyənləşdirə bilib ki, bunlan məhz tampliyerlər ediblər.
Qeyd edək ki, Uilsonun orada tapdığı alətlər indi də masonlara aid ən böyük arxiv olan Şotlandiyanın Robert Braydon (Robert Brydon) kolleksiyasında saxlanılır.
"The Hiram Key" kitabının müəllifiəri tampliyerlərin bu araşdırmalarının nəticəsiz qalmadığını və onların Qüdsdə "dünyagörüşlərini dəyişdirən" çox vacib şeylər tapdıqlarını yazırlar. Bu qənaəti demək olar ki, bütün tədqiqatçılar bölüşürlər. Tampliyerlərin Xristian dünyasında doğulmalarına, xristian mənşəli olmalarına rəğmən, tamam fərqli bir inanca və fəlsəfəyə bağlanmaları üçün mütləq bir qaynaq olmalı idi ki, məhz həmin qaynaq da onlan əcaib ayinlərə, qara magiya rituallarına yönəldib. Bax, həmin bu qaynaq, əksər tarixçilərin gəldiyi qənaətə görə, Kabbaladır. Kabbala kəlməsi "rəvayət" mənasına gəlir. Ensiklopediyalarda və lüğətlərdə Yəhudi dininin mistik, ezoterik (batini) bir qolu kimi təqdim edilir. Bu tərifə görə, Kabbala Tövratın və yəhudilərin digər dini kitablarının gizli mənalarını araşdıran bir kitabdır. Ancaq məsələni daha dərindən incələyəndə ortaya tamam başqa gerçəklər çıxır. Bəlli olur ki, Kabbala - hələ Tövratdan da öncə mövcud olan, Tövrat vəhy ediləndən sonra yəhudilərin içində yayılan "ragan" - yəni bütpərəst mənşəli bir təlimdir.
Türk masonlarından Murad Özgən Ayfər "Masonluq nədir və necədir" adlı kitabında Kabbala haqqındakı bu maraqlı faktlan belə izah edir: "Nə zaman yarandığı və necə inkişaf etdiyi dəqiq bilinməyən Kabbala Yəhudi dinilə bağlı olan, metafizik xüsusiyyətli, ezoterik sistemli bir fəlsəfənin ümumi adıdır. Onun müddəalarının əksəriyyəti Tövratın yarandığı vaxtdan daha qədim tarixi köklərə malikdir".
Fransız tarixçisi Quqenot du Musö (Gougenot des Mousseaux) də həmçinin, Kabbalanın əslində yəhudilikdən daha qədim olduğunu bildirir.
Yəhudi tarixçisi Teodor Reynax isə Kabbalanı "Yəhudilərin damarlarına girən və onları tamamilə ələ keçirən gizli bir zəhər" adlandırır. Onun həmkarı Solomon Reynax Kabbalanı "İnsan şüurunun ən pis fəsadlarından biri" hesab edir.
Kabbalanın "Insan şüurunun ən pis fəsadlarından biri" kimi görülməsinin səbəbi əsasən onun təlim etdiyi sehrbazlıqla bağhdır. Kabbala minlərlə ildir ki, cürbəcür sehrbazlıq ayinlərinin ana kitabıdır. Kabbalayla məşğul olan hahamların sehrbaz olduqları bildirilir. Yəhudi olmayan minlərlə insan da Kabbalanın təsiri altına düşüb, bu təlimi öyrənərək, sehrbazlıqla məşğul olub. Orta əsrlərin sonlarına doğru Avropanı bürüyən, xüsusilə də əlkimyaçılar tərəfindən mənimsənilən batini (ezoterik) fəaliyyətin kökündə də Kabbala dururdu.
İşin qəribə tərəfi də elə buradadır: Yəhudilik Tövratın Hz.Musaya vəhy edilməsilə meydana gələn ilahi bir dindir. Amma bu dinin daxilində din tərəfindən yasaqlanan sehrbazhğı əsas götürən Kabbala (kabbalistika) adlı bir təlim mövcuddur. Bu, bir daha onu göstərir ki, Kabbala yəhudilik dininə kənardan gətirilib.
Amma kənardan - yəni haradan? Kabbalanın mənbəyi nədir?
Yəhudi tarixçisi Fabr D’Olivet (Fabre d'Olivet) bu suala "Qədim Misir" cavabını verir. Onun fikrincə, Kabbalanın kökləri məhz Qədim Misirə gedib çıxır. Yəni Kabbala - israiloğullarının bəzi başçılarının Qədim Misirdən öyrəndikləri, sonra da nəsildən-nəslə ötürdükləri şifahi bir təlimdir.
Demək, bu kitabda araşdıracağımız Kabbala-tampliyerlər-Masonluq zəncirinin hardan başladığını tapmaq üçün Qədim Misirə baxmağımız gərəkdir.

3 şərh

2ral
Robert Brydon kolleksiyası haqda heç bir məlumat tapmadım.Deyəsən Harun Yəhya da arada goplamağı xoşlayır:)
IDEAL
Heç yerdə olmayan məlumatdan istifadə hər kişinin işi deyil. Harun Yəhyada fərasətə bax:)))
ramzes
Oğlanlar var da, (şərait də var) )))))))))))