Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirin sehrbazları

Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlanndan biridir. Quldarlıq dövləti olan Qədim Misir eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri - piramidalar, sfinkslər, ehramlar və s.-yüz minlərlə kölənin illər uzunu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Allah kimi təqdim etmiş və təbəələrini onlara tapınmasını istəmişdi.
Qədim Misir haqqında əsas bilgi qaynaqlarını biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim M-sir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.
Allah Quranın Hz. Musa ilə bağlı qissələrində Misirdəki sistem haqqında da önəmli bilgilər verir. Ayələrdə deyilir ki, Misirdə iki əsas güc mərkəzi olub: firon və əyanlar. Çox zaman əyanlar hətta fironun özünü də nəzarətdə saxlayıblar. Firon əksər hallarda məhz onlann istədiyi kimi hərəkət edib. Aşağıdakı ayələr onlann fironun üzərindəki təsirini belə izah edir:
"Musa dedi: "Ey firon! Mən aləmlərin Rəbbi tərəflndən göndərilmiş bir peyğəmbərəm. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzəylə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər". Dedi: "Əgər möcüzəylə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir göstər!" Musa əsasını yerə atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu. Əlini qoltuğunun altından çıxartdı və o, bir anda baxanlara nur kəsildi. Firon tayfasının əyanları dedilər: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır. O, sizi yurdunuzdan çıxartmaq istəyir!" "Elə isə, tədbiriniz nədir?" - deyə soruşdu. Onlar dedilər: "Musanı qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!" («Əraf» surəsi, 104-112).
Qədim Misirdəki firon rejiminin ən əsas dayağı rahiblər (sehrbazlar) sinfiydi. Onların təlimləri daha sonra Kabbalamn köklərini formalaşdırdı və oradan da masonlara keçdi.
Diqqət yetirsəniz, ayələrdə Firona ağıl verən, onu Hz. Musaya qarşı qaldıran əyanlardan söhbət gedir. Misir tarixini araşdıranda bəlli olur ki, bu əyanlar əsasən iki qismdən ibarətdir: ordu və kahinlər. Ordunun nəyə görə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur; firon rejiminin əsas gücü məhz ordu idi. Ancaq kahinlərlə bağlı məsələni bir az dərindən incələmək gərəkdir.
Qədim Misirdəki kahinlər (və ya rahiblər) Quranda "sehrbazlar" kimi təqdim edilən sinifdir. Firon rejiminin "ideoloji əsaslarını" onlar yaradırdılar.Onlarda xüsusi bir güc və gizli elm olduğuna inanıblar, kahinlər də məhz bu yolla Misir xalqına təsir göstərib və onları firona boyun əyməyə sövq edib. Misir qaynaqlarında "Amon kahinləri" kimi təqdim edilən bu sinif astronomiya, riyaziyyat, həndəsə kimi elmlərlə yanaşı, sehrbazhq kimi batil işlərdədə mahir olub. Onlar gizli bir elmə sahib olduqları düşünülən təriqətdirlər, belə təşkilatlar "ezoterik təşkilatlar" adlanır. Türk masonlarının nəşrlərinin biri olan Mason jurnalında masonluğun kökünün belə ekzotik təşkilatlar olduğu bildirilir və bu zaman xüsusilə Qədim Misir kahinlərindən söz açılır:
- Insanların şüuru inkişaf etdikcə elmləri artıb, elm artdıqca da ezoterik sistemin içində saxlanılan mövzular genişlənmişdir. Bu inkişaf zamanı əslində Şərqdə Çin və Tibetdən başlayıb, Hindistan vasitəsilə Mesapatomiya və Misirə çatan ezoterik təlimlər oralarda minlərlə il davam edərək, xüsusilə Misirdə əsas güc sahiblərindən olan kahinlərin biliklərinin əsasına dönüb.
Yaxşı, bəs Qədim Misir kahinlərinin ezoterik fəlsəfəsinin günümüzün masonlarıyla nə əlaqəsi ola bilər? Minlərlə il öncə dağılan - və Quranda inkara dayanan bir sistemin klassik modeli kimi təsvir edilən,- Qədim Misirin günümüzdəki proseslərə bir təsiri varmı?
Bu suala cavab vermək üçün Qədim Misir kahinlərinin kainatın və həyatın mənşəyi haqqındakı fikirlərinə baxmaq lazımdır.


0 şərh