Harun Yəhya "Qlobal Masonluq" - Kabbalanın iç üzü

Tövratın 2 kitabının başlığı olan "Exodus" kəlməsi tərcümədə "çıxış" anlamına gəlir. Bu kitabda İsrail oğullarının Hz.Musanın öndərliyi ilə Misirdən çıxaraq, fironun zülmündən qurtulmalarından söhbət gedir. Firon qul kimi işlətdiyi İsrail oğullarını azad etmək istəməsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr və Fironun qövmünə göndərdiyi fəlakətlər qarşısında aciz qalmışdı. Bunun sayəsində İsrail oğulları bir gecədə Misirdən gizlincə köçə bilmişdilər. Firon onların ardınca düşsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr İsrail oğullarını bəladan qurtarmışdı.Ancaq bu vaqiəni bizə daha düzgün çatdıran qaynaq Qurani-Kərimdir, çünki Hz.Musaya vəhy olunan Tövrat bu günə qədər xeyli təhrif edilib. Tövratın beş kitabı (Təkvin, çıxış, Levililər, Saylar və Təsniyə) arasında xeyli ciddi ziddiyyətlərin olması da buna sübutdur. Bu beş kitabdan axırıncısı olan Təsniyənin sonlarında Hz.Musanın ölümünün və dəfninin təsvir olunması da açıq-aşkar göstərir ki, o, peyğəmbərin ölümündən sonra yazılıb, yəni ona gələn vəhy deyil. Quran isə İsrail oğullarının Misirdən necə çıxmalarını bütün digər qissələr kimi, heç bir ziddiyyətsiz-filansız, ağla və məntiqə tamamilə uyğun şəkildə çatdırır. Üstəlik, Allah Quranın digər qissələrində olduğu kimi, burada da hadisələrin cərəyan etməsilə çox böyük hikmət və sirr aşılayır. Ona görə də ağıl və hikmət gözü ilə baxanda bu qissələrdən böyük ibrət götürmək mümkündür.

Böyürən buzov heykəli
Quranda İsrail oğullarının Misirdən çıxışı haqqında bəhs edilən gerçəkliкlərdən biri də onların Hz.Musa vasitəsilə Fironun zülmündən qurtulmalarına rəğmən, yenə də Allaha və dininə qarşı üsyan etmələridir. İsrail oğulları Hz. Musanın təbliğ etdiyi tövhid dinini heç cür qəbul etməyərək, bütpərəstlikdən əl çəkməyiblər. Bu olay Quranda belə çatdırılır:
"Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" Musa belə cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("əraf" surəsi, 138-139).
İsrail oğullarının bu sapqın meyli Hz.Musanın xəbərdarlığına rəğmən də davam edib, peyğəmbər onlardan ayrılaraq, təkbaşına Tur dağına gedəndə isə açıqca ortaya çıxmışdı. Hz.Musanın yoxluğundan istifadə edən Samiri adlı bir nəfər İsrail oğullarının bütpərəstlik meyillərinə əsаslаnаrаq, bir buzov heykəli düzəltmiş və qövmünü ona ibadət etməyə çağırmışdı:
"Musa qəzəbli və kədərli halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsauzun bir müddət keçdi? Yaxud, Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib, mənə verdiyiniz vədə xilaf çıxdınız?"
Onlar dedilər: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı. Samiri onlara böyürən bir buzov heykəli çıxartdı. Dedilər: "Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur" ("Taha" surəsi, 86-88).
Maraqlıdır, nəyə görə İsrail oğullarının büt düzəldib, ona ibadət etmək kimi əcaib bir adətləri vardı? Bunun kökü haralara gedib çıxır?
Aydın məsələdir ki, əvvəlcədən bütpərəst olmayan bir xalq qəfildən büt düzəldərək, ona ibadət etməyə başlaya bilməz. Bunu ancaq bütpərəstliyi təbii qarşılayan, bu səfeh inancı mənimsəmiş insanlar edə bilərdilər. Halbuki, İsrail oğulları babaları Hz. Ibrahimdən sonra tək Tanrıya ibadət etmiş bir qövm idi. "İsrail oğulları" ifadəsi Hz.Ibrahimin nəvəsi olan Hz.Yaqubun oğullarını və onlardan gələn soyu nəzərdə tutur. İsrail oğulları öz babaları Hz.Ibrahim, Hz.Ishaq və Hz.Yaqubdan tək Allaha iman gətirməklə bağlı tövhid inancını miras almış və qorumuşdular. Hz.Yusiflə birlikdə Misirə getmiş, orada uzun zaman yaşamış, bütpərəst misirlilərin arasında öz tövhid inanclarını qoruyub saxlayа bilmişdilər. Quran qissələrindən anlaşılır ki, Hz.Musa göndəriləndə də İsrail oğulları tək Allaha iman edən bir qövm imişlər. Yaxşı, bəs necə oldu ki, onlar həm bütün bunlardan, həm də Hz.Musa tərəfindən göstərilən çoxlu möcüzələrdən sonra qəfildən asanlıqla bütpərəstliyə doğru yönəldilər? Bunun səbəbi nə ola bilər?
Yeganə izah budur ki, İsrail oğulları tövhid dini ilə yaşayan bir toplum olsalar da, оnlаrı əhаtə edən bütpərəst qövmlərin təsirinə düşərək, Allahın göndəriyi dinin əvəzinə bütlərə üz tutmuşdulаr. Təbii ki, bu təsiri göstərən onların uzun müddət yaşadıqları Qədim Misirin bütpərəst sivilizasiyası idi. Buna aid çox qüvvətli bir sübut da var - fikir verin: Hz. Musa Tur dağında ikən İsrail oğullarının haqq yoldan saparaq, ibadət etdikləri "böyürən buzov heykəli" əslində Qədim Misirdəki Ator və Afis adlı bütlərin anoloqudur!
Xristian araşdırmaçısı Riçard Rayvs (Richard Rives) "Too Long in the Sun" (Uzun müddət Günəşin altında) adlı kitabında yazır:
"Qədim Misirdəki buğa və inək tanrıları, yəni Ator və Afis Günəşə sitаyişin simvollarıdır. Bu bütlərə ibadət Qədim Misirdə Günəşə sitаyişin uzun tarixinin sadəcə kiçik bir hissəsidir. Sina dağındakı (İsrail oğullarının sitаyiş etdiyi) qızıl buzov isə orada keçirilən bayramın Günəşə ibadətlə bağlılığını göstərir.
Qədim Misirin bütpərəst dininin İsrail oğullarına təsiri çox müxtəlif mərhələlərdə özünü göstərib. Məsələn, bir az əvvəl də dediyimiz kimi, onlar səfərləri zamanı bütpərəst bir qövmlə rastlaşanda bu sapqın inanca meyl edərək, "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" söyləmişdilər ("əraf" surəsi, 138-139). Həmçinin peyğəmbərə dedikləri "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq!" ("Bəqərə" surəsi, 55) sözləri də Qədim Misirin bütpərəst dinində olduğu kimi, "gözlə görünən", yəni maddi varlıqlara (bütlərə) sitаyiş etməк istəyindən xəbər verir.
İsrail oğullarının bu cəhəti son dərəcə vacibdir və bizə Tövratın təhrifi, bir də Kabbalanın mənşəyi ilə bağlı önəmli baxış bucağını açır. Bu iki məsələni dərindən аrаşdırаndа, onların köklərinin Qədim Misirin bütpərəst və materialist inancına əsaslandığını görürük.


6 şərh

eysar

İlk öncə yerləşdirdiyin bu parçaya görə sənə dərin minnətdarlığımı bildirirəm.Harun Yəhya kifayət böyük araşdırmaçıdır,lakin məsələyə öz baxış bucağından baxır və bu nöqteyi-nəzəri də oxucuların beyninə  yerləşdirmək istəyir."Taha" sürəsində deyilən bu fikir mənim çox marağıma səbəb oldu:“Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur» («Taha» surəsi, 86-88).Məqalədə tanrının adı Ator Afis şəklində verilir.Atoru odər kimi, Afis isə Apis(Bık-buğa kimi) oxumaq olar.Odər özlüyündə azərlə eyni olduğu üçün parlayan, işıq saçan bir şeyi ifadə edir,yəni ingilis müəllifinin günəşi təmsil etməsi  fikri ilə razılaşmaq olar.


Məqalədə marağımı çəkən ikinci bir cəhət, onalar özlərinə o vaxt büt düzəldirlər ki,nə zaman ki bütə  inan tayfaya rast gəlirlər.Bəs buğaya inan hansı tayfadır.Bu elə bir güclü tayfa olmalı idi ki,izrail oğullarını hər şeyə, o cümlədən Musa göstərdiyi inanılmaz möcüzələrə rəğmən onun allahından dönməyə və bu bütə sitayiş etməyə məcbur edib?Bəlkə də o tayfanın kim olduğunu heç vaxt bilməyəcəyik.,Lakin bir şey yaddımdan çıxmamış deməliyəm ki,qədim şümərlərdə yer allahı Nan(Sin)ın sımvolu da öküz idi.Oğuz Xaqanın atributlarında biri də Öküzdür.İndi özünüz fikirləşin.


p.s.Zərdüştlük dininə görə odərlər günəşin oğulları hesab edilirdi.Qədim mənbələr bizlərin məmləkətinə Odlar Yurdu deməklə,ocaqdan savayı,ilkiin həqiqətin,saf, təmiz enerjinin ocağı olmasını da nəzərdə tuturdular.(Prometeyi yada salın)

IDEAL
Birini də mən deyim Tanrı sözünün Allah sözünə sinonim kimi işlənməsinin bəziləri əleyhinədir. Çünki tanrı sözünün etimoloji mənası göy öküz deməkdir. Çünki türklər ən qədim zamanlarda məhz öküzə Allah kimi sitayiş edib.
papatürk

eysarın fikri çox maraqlıdır.Ator-Odər-Azər bağlılığı novator ideyadır.Ola bilər ki,yəhudilər Mesopotamiyaya gedən yolda Şumer(Sumer)-hett,bir saözlə desək prototürk faktoru ilə qarşılaşsınlar və öküzü ordan götürsünlər.


Amma mənim daha çox ağlıma batan fikir məşhur Zeitgeist(Дух времени,Zamanın ruhu) filmindəki bir fikirlə bağlıdır.Orada buğa erasından qoyun erasına(2150 il) keçməsi haqqında çox maraqlı fikir ver.Tarixsevərlər http://horo.360.by/article.jsp?id=3827 baxsalar yaxşı olar.Yəni ki,Musanın qızıl öküzü sındırması əslində bir astroloji eradan başqasına keçməyi simvolizə edir.2150 il sonra İsa peyəmbər(İusus Xristos) isə balıqlar erasından Sutökən erasına keçməyi simvolizə edir.yəni əslində öküz keçmiş astroloji simvol kimi tanınırdı.


Çox ağlabatan fikrə oxşayır.yəni Musa deyir ki öküzə inanmayın(keçmiş dini dəyərlər dəyişir),əvəzində qoyun erasına keçilir.Doğurdan da sonralar qoyun semit xalqlarında çox vacib atrributa çevrildi(yəhudilər yom-Kippur bayramında qoyun buynuzunda çalırlar).

eysar

Yerləşdirdiyin istinada görə sənə dərin təşəkkürlər,papatürk!Elə saytda verilən  şəkillər nəyə desən dəyər.Vaxt eləyən kimi oxumağa çalışacam.Era məsələsinə gəldikdə isə düz deyirsən ezoterizmdə eralarala bağlı belə bir inanc var ki, bəşəriyyət bir eradan digər eraya keçiddə həmişə insanlığın dünya görüşündə  mühüm dəyişiklər baş verir.


p.s.Yerin hansı erada olmasını onun xəyali oxunun hansı bürcə istiqamətlənməsi ilə müəyyən edirlər,bu isə xəyali oxun yerin fırlanma orbitinə olan bucağının hər 2150 ildən bir dəyişməsi ilə mümkün olur.


 

mr13
Fikirlər maraqlı olsa da məncə qarşılarına çıxan heç bir qüvvədən söz getmir. Öküz Apisə qədim Misirdə dəsitayiş edirdilər. Və Musa peyğəmbərin(Ə.S.) dağdan gec qayıtmasını görən insanlar 1-2 nifaqçının fikiri ilə olan qızıllarından öküz düzəldib ona sitayiş etməyə başlayırlar.  İmanı zəif olan və töhvidi tam analamayan xalq onların ardınca gedir. Hətta Musa peyğəmbərin (Ə.S.) qardaşı Harun (Ə.S.) da məcbur olub onlara qoşulur.
eysar

Bəlkə sən haqlısan, amma mən fikir müxtəlifliyinin tərafdarıyam.1-2 nəfərə gəldikdə isə orad heç də bir nəfərdən söhbət getmir:


«Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: „Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!»


Son olaraq onu söyləmək istəyirəm ki, müəllifin özünə elə  «Harun» təxəllüsünü götürməsi bəlkə rəmzi mənadadır(zahirdə mömin müsəlman,batində bütpərəst mason) :))))