Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirdən Kabbalaya, Tövrata salınan bütpərəst fikirlər, Kabbalanın yaradılış təlimi

Qədim Misirdən Kabbalaya

Hələ Hz. Musa həyatda ikən Qədim Misirdə gördükləri bütləri düzəldib, onlara ibadət etməyə bаşlаyаn Israil oğulları peyğəmbərin vəfatından sonra haqq yolundan tamamilə аzdılar. Şübhəsiz ki, eyni fikri bütün yəhudilərin haqqında söyləmək doğru olmaz, amma onların bəziləri Qədim Misirin bütpərəst sivilizasiyasını yaşadaraq, bu fəlsəfənin təməli olan Misir kahinlərinin (Fironun sehrbazları) təlimini davam etdiriblər, üstəlik, onu öz xalqları arasında da yayıblar. Qədim Misirdən yəhudilərə miras qalan bu təlim isə Kabbaladır. Kabbala da eyni ilə Misir kahinlərinin sistemi kimi ezoterik təlim şəklində yayılıb və magiya ilə bağlı olub. Kabbalanın diqqət çəkən bir cəhəti də yaradılışı Tövratda olduğundan tamamilə fərqli şəkildə izah etməsi, Qədim Misir inancının maddənin əzəli və əbədi olmasına dair materialist dünyа görüşünü əsas tutmаsıdır. Türk masonlarından olan Murad Özgən Ayfər bununla bağlı yazır:
“Kabbalanın Tövratdan çox-çox əvvəl meydana çıxdığı bəllidir. Onun əsas bölmələrindən biri də kainatın yaradılışı ilə bağlıdır. Bu müddəalar monoteist dinlərdəki yaradılış təsəvvürlərindən tamamilə fərqlənir. Kabbalaya görə, yaradılışın başlanğıcında "dairələr", yaxud "orbitlər" anlamına gələn və SEFIROT adlanan maddi-mənəvi mahiyyətli varlıqlar ortaya çıxıb. Onların toplam sayı 32-dir; ilk 10-u Günəş sistemini, digərləri isə fəzadakı digər ulduz topalarını təmsil edir. Kabbalanın bu cəhəti onun qədim astroloji inanc sistemləri ilə bağlılığını göstərir. Beləliklə, Kabbala Yəhudi dinindən xeyli uzaqdır və Şərqin qədim mistik inanc sistemləri ilə daha çox uzlaşır”.
Qədim Misirin materialist, magiyaya əsaslanan ezoterik təlimlərini öyrənən yəhudilər Tövratın bununla bağlı yasaqlarını tamamilə bir kənara ataraq, digər bütpərəst qövmlərin sehrbazlıq ayinlərini də mənimsəyiblər və beləliklə, Kabbala yəhudilərin içində, amma Tövrata müxalif bir təlim kimi inkişaf edib. Ingilis yazarı Nesta H.Vebster (Nesta N. Webster) "Ancient Secret Tradition" (Qədim sirli adət) adlı məqaləsində məsələni belə açıqlayır:
“Bildiyimiz kimi, Israil oğulları Fələstini tutmazdan əvvəl sehrbazlıq Kənanlılar tərəfindən edilirdi. Misir, Hindistan və Yunanıstanın da öz kahinləri vardı. Tövratda sehrbazlığın lənətlənməsinə baxmayaraq, yəhudilər bu qadağaya fikir verməmiş və müqəddəs təlimi digər qövmlərdən götürdükləri magiya ilə qarışdırmışdılar. Eyni zamanda, yəhudilərin Kabbalası parfiyalıların sehrbazlığının, neoplatonizmin və pifaqorçuluğun təsirinə düşmüşdü. Yəni Kabbalanın təmiz yəhudi mənşəli olmaması haqqında deyilən fikirlərin əsası var”.
Israil oğullarının öz dinləri xaricindəki mənbələrdən şeytani təlimləri götürmələrinə dair Allah Qurani-Kərimdə bunları deyir:
- Yəhudilər Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: "Biz imtahanıq, sən gəl kafir olma!"- deməmiş heç kəsə öyrətmirdilər. Bununla belə yəhudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər (“Bəqərə” surəsi, 102).
Ayədə bəzi yəhudilərin axirətdə ziyan çəkəcəklərini bilə-bilə sehr öyrəndikləri və sehrbazlıq etdikləri xəbər verilir. Bununla da onlar Allahın qoyduğu şəriətdən azıb, bütpərəstlərin təsirinə düşərək, imanı tərk etmişdilər.
Bu ayədə xəbər verilən gerçək yəhudilərin tarixindəki önəmli bir mübarizənin ana xəttini göstərir. Bu mübarizə Allahın yəhudilərə göndərdiyi peyğəmbərlər və onlara itaət edən mömin yəhudilər ilə Allaha qarşı üsyan edən, bütpərəstliyə üz tutaraq, yollarından azmış yəhudilərin arasındadır.

Tövrata salınan bütpərəst fikirlər

Maraqlıdır ki, yollarını azmış yəhudilərin günahı yəhudi dininin müqəddəs kitabı olan əhdi-ətiqdə də əks olunub. əhdi-ətiqin tarixi olaylardan "Nihemiya" adlı bölməsində yəhudilərin öz günаhlаrını etiraf etmələri belə təsvir olunur:
"Israil zürriyyəti bütün əcnəbilərdən ayrıldı və durub ata-babalarının günаhlarını, fəsadlarını etiraf etdilər. Olduqları yerdə ayağa qalxdılar və günlərin birində tаnrılаrı RəBBIN şəriət kitabını oxudular; günаhlarını etiraf edib, tаnrıları Rəbbə səcdə qıldılar. Yesua və Bani, Kadmiel Sebanya, Bunni, Serebya, Kənani, Levillər pillələrilə ayağa qalxıb, yüksək səslə tаnrılаrı Rəbbə fəryad etdilər. 
(Dedilər ki): Atalarımız... itaətsizlik etdilər və Sənə qarşı asi oldular, sənin şəriətinə arxa çevirib, onları Sənə qaytarmaq üçün şəhadət edən peyğəmbərlərini öldürməklə böyük küfr etdilər. Sən onları düşmənlərinin əlinə verdin və əzab çəkdilər. əzab çəkərkən Sənə fəryad etdilər; Sən göylərdə onların fəryadını eşidərək, xilaskarlar göndərdin, onlar da düşmənlərin əlindən qurtuldular. Fəqət rahatlaşandan sonra yenə də Sənə qarşı pislik etdilər, buna görə də onları təzədən düşmən əsarətinə verdin. Onlar Sənə fəryad edincə, göylərdə bunu eşitdin; rəhm edərək dəfələrlə onları çətinlikdən qurtardın, sənin şəriətinə dönsünlər deyə, onlara qarşı şəhadət etdin. Fəqət azğınlıq etdilər və sənin əmrlərini dinləmədilər, hökmlərinə qarşı çıxdılar - o hökmlərə ki, insanlar onlara əməl etməklə yaşayar. Və çiyinlərini yükdən qaçırıb, peysərlərini yoğunlatdılar, Səni dinləmədilər... Amma böyük mərhəmətindən dolayı onları tamamilə məhv etmədin və atmadın; çünki sən lütf edən və rəhmli Allahsan. 
Və indi ey Allahımız, əhdi, inayəti qoruyan böyük, qüdrətli və heybətli Allah... Sən başımıza gətirdiyin hər işdə adilsən, çünki haq davrandın, biz isə pislik etdik. Bizim krallarımız, rəislərimiz, kahinlərimiz və atalarımız sənin şəriətini tutmadılar, əmrlərini və şəhadətlərini dinləmədilər. Və öz ölkələrində, onlara verdiyin bol yaxşılıq içində, geniş, səmərəli diyarda Sənə qulluq etmədilər, pis işlərdən dönmədilər. 
(“Nihemiya”, 9, 1-35)
Bu ifadə yəhudilərin təzədən Allahın dininə dönməsini istəyən bir düşüncənin məhsuludur. Amma yəhudilərin tarixi boyunca digər tərəf üstünlük qazanаrаq, yəhudi toplumuna hakim olub, sonra da yəhudliyi tamamilə ələ keçirərək, təhrif etmişdir. Buna görə də Tövratda və əhdi-ətiqin digər kitablarında haqq dinə meyli əks etdirən bu cür fikirlərlə yanaşı, bütpərəstlikdən doğan sapqın yanaşmalar da var. Məsələn:
* Tövratın ilk kitabında Allahın bütün kainatı 6 gündə yaratmаsındаn bəhs edilir. Bu, vəhydən qaynaqlanan doğru xəbərdir. Amma elə bunun ardınca Allahın 7-ci gündə "dincəldiyi" haqda boş və mənasız fikir ortaya atılır. Allaha insani sifət "yapışdırmağa" yönəlmiş bu sapqın fikir bütpərəst şüurunun məhsuludur.
* Tövratın bəzi yerlərində Allaha qarşı sayğısız üslub var, xüsusilə də insana aid olan bəzi zəif cəhətləri Allaha aid etməyə cəhd göstərilir. Bu uydurmalar bütpərəst qövmlərin öz saxta tanrılarını insani xüsusiyyətləri ilə təsəvvür etməsinə bənzəyir.
* Allaha qarşı uydurulan iftiraların biri də Israil oğullarının babası olan Hz. Yaqubun "Allah ilə güləşib, onu yıxması" kimi son dərəcə səfeh bir fikirdir. Israil oğullarına "üstün irq" imici qazandırmaq üçün uydurulаn bu iddia bütpərəst qövmlərin əfsanələrini çox xatırladır.
* əhdi-ətiqdə Allahın yalnız Israil oğullarının ilahı kimi təqdim olunması meyli var. Halbuki, Allah şübhəsiz bütün aləmlərin və xalqların Ilahı və Rəbbidir. əhdi-ətiqdəki bu "milli din" fikri hər qəbilənin yalnız öz bütünə sitаyiş etməsi adətinə gedib çıxır.
* əhdi-ətiqin bəzi kitablarında (məsələn, "Yeşu"da), yəhudi olmayan qövmlərə qarşı böyük vəhşət buyuruqları verilir. Qadın, uşaq və qocaya fərq qoyulmadan kütləvi qətliam törətmək əmr edilir. Allahın ədalətinə tamamilə yad olan bu qəddarlıq xəyali "savaş tanrı"larına inanan barbar bütpərəstlərin vəhşi mədəniyyətini xаtırlаdır.
Şübhəsiz ki, Tövrata əlavə olunan bu bütpərəst fikirlərin bir mənbəyi var. Yəhudilərin Tövratdan kənar etibar etdikləri, mənimsədikləri və qoruduqları bir adət-ənənə olmalıdır ki, oradakı sapqın fikirləri Allahın göndərdiyi kitaba salaraq, onu dəyişdirsinlər. Bax, həmin o adət-ənənə kökləri Qədim Misirin kahinlərinə (Fironun sehrbazlarına) gedib çıxan və bəzi yəhudilər tərəfindən mənimsənilərək, qorunan Kabbaladır. Onun vasitəsilə Qədim Misirin və sonra da digər bütpərəst mədəniyyətlərin ünsürləri yəhudiliyin içinə yol taparaq, müqəddəs kitab Tövrat da daxil olmaqla, hər şeyi təhrifə uğradıblar. Kabbalaçılar əslində Kabbalanın guya "Tövratın gizli sirlərini açan bir təlim" olduğunu iddia etsələr də, gerçəkdə yəhudi tarixçisi Teodor Reynaxın (Theodore Reinach) dediyi kimi, Kabbala "Yəhudiliyin damarlarına hopаn və onu tamamilə ələ keçirən gizli bir zəhərdir". ən azından, Kabbalada Qədim Misirin materialist dünya görüşünün açıq izlərini sezmək mümkündür.

Kabbalanın yaradılış təlimi

Allah Tövratın haqq bir kitab olduğunu, insanlara hidayət və nur gətirdiyini Quranda belə açıqlayır:
“Şübhəsiz ki, Tövratı biz nazil etdik. Onda haqq yol və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə Kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. Insanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (“Maidə” surəsi, 44).
Dolayısı ilə, Tövrat Allahın varlığı, birliyi, sifətləri, digər məxluqları və insanı yaratması, insanın yaradılışının məqsədi, Allahın insana qoyduğu əxlaq kimi məsələlərdə Qurana tamamilə paralel bilgilər və hökmlər çatdıran bir kitabdır. (Amma təəssüf ki, haqqında danışılan gerçək Tövrat bu gün əlimizdə yoxdur, mövcud Tövrat isə insanlar tərəfindən məqsədəuyğun şəkildə təhrif edilmiş bir kitabdır.)
Gerçək Tövratda Quranla üst-üstə düşən çox önəmli bir məsələ var - Allahın "Yaradan" sifətinə malik olduğu bildirilir. Allah əzəldən mövcud olan yeganə mütləq varlıqdır. Allahdan başqa hər şey Onun yoxluqdan yaratdığı məxluqlardır. Allah bütün kainatı, onun içindəki göy cisimlərini, cansız maddələri, canlıları və ən nəhayət, insanı yaradaraq, müəyyən bir şəklə salıb. Allah təkdir və heç bir şəriki yoxdur.
Gerçəklik bu ikən, "Bəzi yəhudilərin damarına hopаn və onları ələ keçirən gizli zəhər" - yəni Kabbala tamam başqa şeyləri bildirir. Kabbalanın Allah və yaradılış haqqındakı təlimi Quranda və gerçək Tövratda deyilənlərlə qətiyyən düz gəlmir. Amerikalı araşdırmaçı Lans S. Ouens (Lance S. Owens) Kabbalının yaradılış təlimini belə açıqlayır:
“Kabbalistik fikirlərin çoxu ümumi qəbul edilən dünyаgörüşlərindən xeyli uzaqlaşıb. Israil inancının ən təməl daşı əslində "Tanrımız birdir" şəklində olub. Amma Kabbala Tanrının təkliyinin və dərkolunmazlığının ən yüksək formasında var olduğunu qəbul etsə də (Kabbala dilində bu, Ein Sof, yəni "sonsuzluq" adlanır), bu dərkedilməz təkliyin çoxlu tanrılara çevrildiyini bildirir. Kabbalistlər bu tanrıları "Sefirot" adlandırırlar ki, bu da tanrının "üzləri" və ya "qapıları" anlamına gəlir. Tanrının anlaşılmaz təklikdən çoxluğa gedişi kabbalistlərin meditasiya və spekulyasiyalarına səbəb olmuş bir sirrdir. Bu çoxüzlü tanrı təsəvvürü çoxallahlılıq ittihamlarına gətirib çıxarıb. Kabbalistlər buna etiraz etsələr də, məsələyə heç bir aydınlıq gətirə bilməyiblər.
Kabbalistik teologiyada eyni zamanda tanrının erkək və dişi formalarda olmаsı kimi bir inаnc vаr. Bunlar müqəddəs Ata və Anadır ki, kabbala dilində "Hoxmah" və "Binah" adlanırlar. Onların yeni formaları necə yaratdıqlarını izah etmək üçün kabbalistlər açıq-aşkar seksual ifadələr işlədirlər”.
Kabbalanın başdan-ayağa xurafat olan bu təlimi eyni zamanda insanı yaradılmış bir məxluq saymır, ona ilahi sifət verir. Lans S. Ouens (Lance S. Owens) bu məsələni belə açıqlayır:
“Kabbalanın mürəkkəb və qarışıq tanrı təsəvvürü eyni zamanda antropomorfik (Allaha insani sifətlər aid edən) xüsusiyyət daşıyır. Kabbalistik təsəvvürlərin birinə görə, Tanrı "Adam Kadmo"dur - yəni ilk və örnək insan. Bu inanca görə, insan tanrı ilə onun özündən gələn yaradılmamış bir qığılcım və kompleksə, eyni üzvi formaya malikdir. Adam (adəm) ilə Tanrı arasındakı bu qəribə kabbalistik paralel eyni zamanda bir şifrlə dəstəklənir; belə ki, ibrani dilində "Adəm" və "Yəhova" kəlmələrindəki hərflərin sayı da eynidir. Dolayısı ilə, kabbalistik yozumda Yəhova Adəmə bərabər sayılır. Bu iddia isə öz növbəsində bütün insanların ən yüksək səviyyəsinin Allahlıq olduğuna gətirib çıxаrdı.
Bütpərəst dinlərin xürafatından doğan bu uydurma fikirlər yəhudiliyin degenerasiyasına səbəb olmuşdu. Insanı "tаnrılаşdırmаq" qədər mənasız iddialara düşən yəhudi kabbalistlər eyni zamanda həmin insanın yalnız yəhudilər olduğunu, digər irqlərin insan sayılmadığını iddiа edirdilər. Nəticədə Allaha itaət və qulluq üzərində qurulmuş bir ilahi dinin yerində yəhudi eqoizmini təcəssüm etdirən yаnlış bir təlim inkişaf etməyə başlamışdı. Və kabbalistlər bir müddət sonra Tövratı da təhrif edərək, öz ideyalarını ona köçürməyə başladılar.
Kabbalada Qədim Misirin bütpərəst təlimlərilə paralellər də açıq-aşkar görünür. Qədim Misirlilər, artıq dediyimiz kimi, maddənin əzəli və əbədi olduğuna inanır, varlığın yoxdan yaradılması fikrini rədd edirdilər. Kabbala isə eyni yanaşmanı insana tətbiq edir, insanın yaradılmadığını, öz varlığının sahibi və idarəedicicisi olduğunu bildirirdi.
əgər müasir terminlərlə danışsaq, Qədim Misirdəki təlimin adı materializm idi. Kabbala təlimi isə "sekyular (dinsiz) humanizmdir". çox maraqlıdır ki, son iki əsrdə bu iki anlayış bütün dünyaya hakim olan mədəniyyəti formalaşmışdır. Bəs Qədim Misir və Kabbala təlimlərini tarixin dərinliklərindən günümüzə qədər gətirənlər kimlərdir?

1 şərh

mr13
Deyəsəsn bu dəfəki post heç maraqlı olmadı :( ya da bu bloqu oxuyanların başı qarışıb.