Harun Yəhya "Qlobal Masonluq" - Humanizmin Pərdəarxası

Çoxları humanizm anlayışını "insan sevgisi", "barış", "dostluq", "qardaşlıq" kimi başa düşür. Ancaq fəlsəfi baxımdan humanizmin daha vacib bir mənası var: Humanizm - "insanlıq" anlayışını insanların yeganə məqsədinə çevirən bir düşüncədir. Başqa sözlə desək, insanı Yaradıcısı olan Allahdan üz çevirməyə, sadəcə öz varlığı və şəxsiyyəti ilə maraqlanmağa çağırır. Bu sözün Qərb dillərindəki mənası həmin anlamı daha qabarıq verir - məsələn, Ingilis lüğətlərində "Humanizm" kəlməsi belə açıqlanır: "ən yüksək dəyər, xarakter və davranışların hansısa fövqəltəbii qüvvədə deyil, insanda olduğuna inanan düşüncə sistemi".
Humanizmin ən açıq tərifini isə bu fəlsəfəyə inananlar veriblər. Müasir dövrün tanınmış humanist yazarlarından sаyılаn Korliss Lamont (Corliss Lamont) "The Philosophy of Humanism" (Humanizm Fəlsəfəsi) adlı kitabında belə yazır:“Humanizm bütün gerçəkliklərin məhz təbiətin özündən ibarət olduğuna inanır, qəbul edir ki, kainatın əsası şüur deyil, materiyadır... Təbiətin fövqündə heç nə yoxdur. Insanlar fövqəltəbii və ölümsüz ruhlara sahib deyillər. Kainatın fövqündə duran əzəli və əbədi bir Yaradıcı mövcud deyildir”.
Göründüyü kimi, əslində humanizmin təməlində ateizm dayanır. Humanistlər bunu açıq etiraf edirlər. Ötən əsrdə humanistlər tərəfindən iki önəmli manifest, yəni bəyannamə yayılıb. 1933-cü ildə yayılan I manifesti o dövrün bəzi məşhur şəxsləri imzalаyıblar. 40 il sonra, yəni 1973-cü ildə yayılan “II Humanizm Manifesti” isə əslində bəzi əlavələrlə elə birincinin təkrarı olub. “II Humanizm Manifesti”ni minlərlə alim, fikir adamı, yazar və s. imzalayıb. Amerika Humanizm Assosiasiyası hələ də bu sənəddən aktiv istifadə edir. Manifestləri təhlil edəndə bəlli olur ki, ikisi də kainatın və insanın Allah tərəfindən yaradılmadığını, öz-özünə ortaya çıxdığını, insanın özündən başqa heç bir varlığın qarşısında məsuliyyət daşımadığını, Allaha inamın insanı və cəmiyyəti geridə qoymasını bəyan edir, yəni başdan-ayağa ateist sənədlərdir. Məsələn, Humanizmin 1-ci manifestinin ilk altı maddəsi belədir:
"Biz aşağıdakı fikirlərimizi elan edirik:
1. Humanistlər Kainatın öz-özünə var olduğunu və yaradılmadığını qəbul edirlər.
2. Humanizm insanın təbiətin bir parçası olduğuna və müəyyən proseslərin nəticəsində yarandığına inanır.
3. Həyatın üzvi mənşəyi haqqındakı fikirlərlə razılaşan humanistlər şüur və bədən arasındakı ümumi dualizmi rədd edirlər.
4. Humanizm insanın mədəni, antropoloji, tarixi və sosial amillərin qarşılıqlı təsirinin nəticəsində pillə-pillə formalaşdığını qəbul edir. Müəyyən mədəni dövrdə doğulan fərd əsasən həmin mədəniyyətin təsirilə formalaşır.
5. Humanizmə görə, kainatın müasir elm tərəfindən qəbul edilən quruluşu və orada gedən proseslər heç bir fövqəladə qüvvənin nəzarətində deyil.
6. Bizim qənaətimizə görə, teizm, deizm, modernizm və digər "yeni düşüncə"lərin zamanı çoxdan keçibdir.
Bu müddəalar materializm, darvinizm, ateizm və aqnostizm kimi adlar altında ortaya çıxan vahid fəlsəfənin əsаsını təşkil edir. Birinci maddədə kainatın əzəli və əbədi olması kimi materialist ehkam irəli sürülür. Ikinci maddə insanın təkamül nəzəriyyəsinin dediyi kimi, öz-özünə yaranması iddiasıdır. Üçüncü maddə ruhun varlığını rədd edərək, insanın yalnız maddədən ibarət olduğunu irəli sürür. Dördüncü maddə "mədəni inqilab" tezisini əsas götürüb, insan fitrətinin (yaradılışdan gələn özəlliklərin) varlığını rədd edir. Beşinci maddə Allahın insan və kainat üzərindəki hakimiyyətini kənara atır. Altıncı maddə isə Teizmin, yəni Allah inancının lazımsız olduğunu bildirir.
əgər diqqət yetirsəniz, görərsiniz ki, bu iddialar haqq dinlərə düşmən olan dairələrin hər zaman işlətdikləri fikirlərdən başqa bir şey deyillər. çünki bütün din düşmənləri humanizm tavanının altında toplaşıblar. O səbəbə görə ki, humanizm - tarix boyunca Allahı inkarın ən böyük çıxış nöqtəsi olan müddəaların üzərinə qurulub.
Allah bununla bağlı Quranda belə buyurur:
“Məgər insan elə güman edir ki, o, başlı-başına [cəzasız] buraxılacaq? Məgər o, [ata belindən ana bətninə] tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi [insan şəklinə saldı]. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift [həmtay] yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?!” (“Qiyamə” surəsi, 36-40).
Allah insana özbaşına və məsuliyyətsiz olmadığını bildirir və ona necə yaradıldığını xatırladır. çünki insan Allah tərəfindən yaradıldığını qavrayanda Rəbbi qarşısındakı məsuliyyətini də dərk edir. Buna görə də humanizm insanın heç kim tərəfindən yaradılmadığı iddiasını öz fəlsəfəsinin təməl doktrinası halına gətirib. Humanistlərin I Manifestinin ilk iki maddəsi bunu açıq-aşkar göstərir. Özü də onlar əllərində guya "elmi əsasların" olduğunu iddiа edirlər. Amma son dərəcə yanılırlar. Humanistlərin I Manifesti yayılandan bugünədək bu fəlsəfənin "elmi gerçək" kimi göstərilən iki əsası - yəni kainatın sonsuz olması fikri və təkamül nəzəriyyəsi,- elm tərəfindən darmadağın edilib:
1) Kainatın əzəli və əbədi olması (yəni yaradılmaması) fikri elə Humanistlərin I Manifesti yazılan dövrdə bir sıra astronomik kəşflərlə çürüdülüb. Kainatın genişlənməsi, kosmik radiasiya fonu, hidrogen-helium nisbətinin hesablanması kimi faktlar kainatın bir başlanğıcı olduğunu və təxminən 15-17 milyard il öncə "Böyük Partlayış" (Big Bang - Biq Bənq) adı verilən nəhəng bir partlayışla yoxdan var edildiyini göstərdi. "Big Bang" nəzəriyyəsi uzun müddət "humanistlər" və digər materialistlər tərəfindən qəbul edilməsə də, sonda onların da təslim olmaqdan başqa yolları qalmamışdı. Hazırda bütün elm aləmi "Big Bang"i qəbul edir ki, bu da humanistləri dalana dirəyib. Ateist alim Entoni Flunun (Anthony Flew) ifadəsi ilə desək, "Big Bang modeli ateist üçün olduqca ağrılıdır. çünki elm dinin irəli sürdüyü bir iddianı - kainatın başlanğıcı olması fikrini sübuta yetirib". (ətraflı bilgi üçün baxın: Harun Yəhya, "Kainatın yaradılması").
2) Humanistlərin I Manifestinin digər "elmi dayağı" olan təkamül təlimi də sənədin qəbul edilməsindən sonrakı on illər ərzində çökməyə başlamışdı. 1930-cu illərdə Oparin və Haldan (Orarin ve Haldane) kimi ateist (və humanist) alimlərin həyatın mənşəyi haqqında irəli sürdüyü təkamülçü fikirlər tədricən elm tərəfindən tamamilə təkzib edilmişdi. Arxeoloji qazıntılаr canlıların təkamül prosesində əmələ gəlmədiklərini, fərqli quruluşlarıyla yer üzündə birdən yarandıqlarını göstərmişdir. Təkamülçü paleontoloqlar 70-ci illərdən sonra bunu açıq ifadə etməkdədirlər. çağdaş biologiya, canlıların təkamül nəzəriyyəsinin dediyi kimi, təbiət qanunlarının və təsadüflərin nəticəsi olаrаq yaranmadığını, hər orqanizmdə yaradılışı sübut edən "elmi layihə" əlamətlərinin olduğunu göstərir. (ətraflı bilgi üçün baxın: Harun Yəhya, "Həyatın Gerçək Mənşəyi").
Humanistlərin I Manifestində dini inancların guya cəmiyyəti geridə qoyması haqqında deyilən fikirlərin əsaasız olduğunu isə tarixi təcrübə sübutа yetirmişdi. Humanistlər dini inanclar ləğv ediləndən sonrа bəşəriyyətin rahatlıq və əmin-amanlıq içində yaşayacağını iddiа etsələr də, bunun tam əksinin şahidi olublar. Manifestin yayılmasından 6 il sonra başlayan II Dünya Müharibəsi tamamilə dinsiz ideologiyanın - faşizmin bəhrəsi idi. Humanist ideologiya olan kommunizm öncə Sovetlər Birliyi, ardınca da çin, Kamboca, Vyetnam, Şimali Koreya, Kuba, müxtəlif Afrika və Latın Amerikası ölkələrində insanlara xeyli bəlalar yaşatdı, toplam 120 milyon nəfərin ölümünə səbəb oldu. Qərb tipli humanizmin (kapitalist sistemlərin) də dünyaya barış və xoşbəxtlik gətirmədiyini sübut etməyə ehtiyac yoxdur. 
Qısası, humanizmin həm elmi dayaqları çürükdür, həm də təbliğ etdikləri dünyаgörüşləri boş və mənаsızdır. Amma bunun aşkarlanmasına baxmayaraq, humanistlər fəlsəfələrindən nəinki vaz keçməyiblər, hətta onu kütləvi təbliğat yolu ilə bütün dünyaya yaymağa çalışıblar. Xüsusilə də II Dünya Müharibəsindən sonrakı dövrdə elm, fəlsəfə, musiqi, ədəbiyyat, rəsm, kino kimi sahələrdə güclü humаnizm fəlsəfəsinin güclü təsiri diqqəti çəkir. Onların üstü bəzək, altı təzək mesajları cəmiyyətə improvizasiya edilib. Məsələn, bütün dövrlərin ən populyar musiqi qruplarından sayılan "Bitlz"in solisti Con Lennonun (John Lennon) məşhur "Imagine" (Xəyal et) adlı şərqisinin sözlərinə fikir verək:

Xəyal et ki, Cənnət yoxdur
Bundan asan daha nə var?
Altımızda Cəhənnəm yox,
Üstümüzdə tək səma var

ətrafında insanlar var
Xəyal et ki, bütün onlar
Bu gün üçün yaşayırlar

Xəyal et ki, nə vətən var,
Nə uğrunda öləcək və ya öldürüləcək bir şey...
Nə də bir din
Bundan asan daha nə var?

Mən xəyalpərvər deyiləm
Bunu deyənlər eşitsin:
Bu yolda mən tək deyiləm
Dur gəl, sən də bizə qoşul
Bütün dünya qoy bir olsun.

Bu şərqi 1999-cu ildə keçirilən müxtəlif "əsrin mahnısı" müsabiqələrində birinci yeri tutmuşdu. Bu, elmi əsasları olmayan humanizmin kütlə şüuruna necə yeridildiyini, necə improvizasiya olunduğunu açıq-aşkar göstərir. Dinə qarşı çıxan humanizm insanlara ancaq belə duyğusal vasitələrlə təsir etməyə çalışır.
1933-cü ildə yayılan Humanistlərin I Manifestinin vədləri boşa çıxandan 40 il sonra II Manifest qələmə alındı. Humanistlərin II Manifesti adlandırılan bu sənədin başlanğıcında I Manifestin vədlərinin niyə boşa çıxmasına aydınlıq gətirilməyə çalışılır. Amma buna o qədər də nail olunmayıb. Qeyd edək ki, II Manifestdə də birincidə olduğu kimi, dinə qarşı fikirlər olduğu kimi qalıb. Humanistlər yenə də teizmin, xüsusilə də duaları eşidən, insanlara nəzər yetirən Tanrıya inancın arqumentsiz və zamanı keçmiş puç bir fikir olduğunu bildirirdilər: "Biz vəhy, tanrı, ibadət və ya inanc anlayışlarının bəşəriyyətə zərər verdiyinə inanırıq... Ateist olaraq Tanrı ilə deyil, insanlarla, müqəddəsliklə deyil, təbiətlə işə başlayırıq".
Bunlar son dərəcə səthi izahlardır. Dini anlamaq üçün dərin bir ağıl və qavrayış lazımdır, onların əsаsındа səmimiyyət və qərəzsizlik durur. Humanizm isə elə başlanğıcdan Allaha qarşı çıxan və bu qərəzini elmi pərdəyə bürüyərək, cəmiyyətə qəbul etdirməyə çalışanların cəhdlərindən başqa bir şey deyildir. Onların Allah inancını və Ilahi dinləri "sübutsuz və zamanı keçmiş fikir" adlandırmaları isə əslində yeni bir şey deyil, inkarçıların min illərlə ərzində dediklərinin təkrarıdır. Allah inkarçı düşüncəni Quranda belə tanıdır:
“Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə inkar edər. Onlar özlərinə sığışdırmazlar. Şübhəsiz ki, Allah onların gizlətdiklərini də bilir, aşkar etdiklərini də. Allah təkəbbür edənləri sevməz! Müşriklərdən: "Rəbbiniz nə nazil etmişdir?"- deyə soruşduqda, onlar: "Qədimlərin əfsanələrini!"- deyə cavab verərlər” (“Nəhl” surəsi, 22-24).
Ayələrdə inkarçıların dini daim "köhnə nağıl" adlandırdıqları və bunun əsas səbəbinin qəlblərindəki lovğalıq hissinin (kibr) olduğu söylənilir. Humanizm isə sadəcə olaraq, ayədə təsvir olunan düşüncə tərzinin müasir formasıdır. Yəni humanizm qətiyyən "yeni düşüncə tərzi" deyil, qədimdən bəri inkarçıların dünyagörüşünün əsasını təşkil edən yanlışlıqdır. Humanizmin Avropa tarixindəki yerini аrаşdırаndа bu mövzu ilə bаğlı çox maraqlı gerçəklər ortaya çıxır.

3 şərh

bloqçu
Maraqlıdır. Əslində mən humanizm haqqında elə də bilməsəm də, başqa cür düşüncədəydim. Yəni, humanizmi də bir insan haqqı kimi alqılayırdım. Misal üçün elə həmin sözü gedən «insan sevgisi», «barış», «dostluq», «qardaşlıq» və s. bu tip anlayışlar İnsanın düşüncə tərzlərinə fikir versək, hər kəs bir haqq yiyəsidir, elə deyilmi?! O zaman belə çıxır ki, humanist insan əgər yerdəki sevgini üstün tutursa, bir tərəfdən də Allahı inkar etmişmi olur? Nə isə özüm öz fikirlərimdə çaşıb qaldım. Yazını bir daha oxuyum, bəlkə nəyisə səhv başa düşdüm. Hər-halda bu barədə düşünməyə dəyər. Təşəkkürlər!
papatürk
Harun Yəhya qulağı bir ucundan tutub uzadır.humanist insan müsəlman da ola bilər,satanist də,buddist də.Humanizmin Allahla əlaqəsi havadan uydurulub. Lennonun mahnısının da buna dəxli yoxdur.
mr13
Siz deyəsən humanizm ideyası ilə humanist terminini səhv salırsınız. Bir də ki, Harun Yəhyanı da qınamaq Lazım deyil. İnasanları sevmə, yaxşılıq etmə amma Allahın varlığının inkar edilməsi bu tək islam prizmasından yox bütün dinlər prizmasından da qəbuledilməzdir. Sizin necə düşündüyünüzü bilmirəm amma məncə Lennonun oxuduğu küfrdən başqa bir şey deyil. Bir də ki, bilmirəm siz Bu humanistlər haqda hansı məlumatlara maliksiz, amma ilk baxışdan çox gözəl görünən bu hərakat heç də kütlənin kortəbii idarə olunmasından başqa bir şey deyil idi.