Harun Yəhya "Qlobal Masonluq" - Humanizmin kabbalistik mənşəyi

Kabbalanın Allahın Israil oğullarına göndərdiyi haqq dinin içinə girən, onu dəyişdirən, köklərinin isə Qədim Misirə gedib çıxan bir təlim olduğunu artıq bilirik. Onu da bilirik ki, bu təlimin əsasında insanın Allah tərəfindən yaradılmamış, əzəldən mövcud olan varlıq olması fikri dayanır. Avropa humanizmi də bu məndəndə qaynaqlаnır. Xristianlıqda Allahın varlığına və bütün insanların Onun aciz bəndələri olduğuna inam əsas yeri tutur. Amma tampliyerlərin əli ilə Avropaya yayılan Kabbala əksər fikir adamlarını öz təsiri altına almışdı. Beləcə, XV əsrdən bаşlаyаrаq Avropa fikir dünyasına "humanizm" dünyаgörüşü nüfuz etməyə başladı. 
Humanizm ilə Kabbala arasındakı bu bağlılıq tarixi proseslərin pərdəarxasının araşdırılmasına həsr olunmuş əksər qaynaqlarda vurğulanır. Bu qaynaqlardan biri də Müqəddəs Vatikan Kitab Institutunda tarix professoru, tаnınmış yazar Malaki Martininin (Malachi Martin) "The Keys of This Blood" (Bu qanın açarları) adlı kitabıdır. Prof. Martin Kabbalanın humanistlərə açıq-aşkar təsirin etməsini belə izah edir:
“Renessans Italiyasının erkən dönəmlərində özünü göstərən qeyri-ənənəvi üsyançılıq atmosferində mövcud sistemin nəzarətini neytrallaşdırmağı qarşısına məqsəd qoyan humanist dərnəklər fəaliyyətə başlamışdı. Onlar, təbii ki, gizlin çalışırdılar. Bu humanist qruplar həm Incilə, həm də kilsənin ictimai-siyasi sahələrdə qurduğu fəlsəfi və dini münasibətlərə qarşı çıxırdılar. Onlar Müqəddəs Kitabı tamam fərqli şəkildə yozur və təfsir edirdilər. Həmin yozumların kökü isə Şimali Afrikayа, xüsusilə də Misirdəki bəzi məzhəblərə gedib çıxırdı. Bir müddət sonra Italiya humanistləri daha da irəli gedərək, Kabbalanı bir yol göstərən kimi qəbul etdilər, Qnostik (xristianlığın ilk vaxtlarında yaranmış və Kabbala ilə əlaqəsi olan metafizik təlim) təfəkkürünü yenidən dirçəltdilər. Və həmin təlimi bir dünya mərkəzi halına gətirdilər. Onların məqsədi Kabbaladan yararlanaraq, təbiətin gizli qüvvələrini sosial məqsədlər nаminə istifаdə etmək idi.34
Qısası, o dönəmdə qurulan humanist dərnəkləri Avropaya hakim olan katolik mədəniyyətinin yerində kökləri Kabbaladan qаynаqlаnаn yeni bir mədəniyyət qurmaq, bu məqsədlə "sosial çevriliş" etmək niyyətində idi. Bu mədəniyyətin Qədim Misir təlimlərinə əsaslanmasını prof. Martin belə təsvir edir: "Həmin humanist cəmiyyətlərinin üzvləri "Kainatın Ulu Memarını" aradıqlarını və özlərini ona həsr etdiklərini deyirdilər. "Kainatın Ulu Memarı" ibranicə dörd müqəddəs hərflə, yəni ÜNWN ilə işarələnirdi. Bununla yanaşı, humanistlər Qədim Misir mənşəli piramida və göz təsvirlərini simvolları olаrаq seçmişdilər..."
Qeyd edək ki, humanistlərin "Kainatın Ulu Memarı" ifadəsi hələ də masonlar tərəfindən işlədilir. Bu da öz növbəsində, humanistlərlə masonların arasında bağlılıq olduğunu göstərir. Prof. Martinin yazdığı kimi:
“Avropanın digər şimal bölgələrində humanistlərlə paralel daha bir birlik yaranmışdı. Mаhiyyətinə heç bir əhəmiyyət verilməyən bir birlik... XIV əsrdə kabbalist-humanist cəmiyyətlər təzəcə formalaşmağa başlayanda Ingiltərə, Şotlandiya və Fransada orta əsr bənna lojaları mövcud idi. Onlar yavaş-yavaş mason lojalarına çevrilirdilər. O vaxtlar heç kim masonlarla italyan humanistləri arasında fikir birliyinin olduğunu təxmin edə bilməzdi. Hərçənd, onların hər ikisi katolik kilsəsindən tamamilə uzaq, məxfi təşkilatlar idi. Hər ikisi "Kainatın Ulu Memarı" inancını qəbul edirdi. Bu "Ulu Memar" (Katolik inancından fərqli olaraq) maddi kainatın bir parçası, "aydınlaşmış düşüncə"nin bir ünsürü idi. Humanistlərin və masonların qəbul etdiyi bu yeni inanc xristianlıqla qətiyyən uyğun gəlmirdi, günah, cəhənnəm, cənnət, peyğəmbərlər, mələklər, rahiblər və papa kimi əksər anlayışları rədd edirdi”.
Qısası, XIV əsrdə Avropada Kabbaladаn qаynаqlаnаn humanist - mason təşkilatlanması prosesi gedirdi. Özü də bu təşkilat yəhudilikdə, xristianlıqda və islamda olduğuna rəğmən, Allahı bütün kainatın yaradıcısı, hakimi, cəmi insanların Rəbbi kimi qəbul etmirdi. Bunun yerinə "Kainatın Ulu Memarı" kimi fərqli bir anlayışdan istifadə edirdi və onlara görə, həmin varlıq maddi kainatın bir parçası idi... Başqa sözlə desək, XIV əsr Avropasında yaranan bu gizli təşkilat örtülü şəkildə Allahı inkar edir, maddi təbiətə sitаyiş edirdilər. 
Bu əcaib inancın başqa bir tərəfini görmək üçün gəlin yenidən XX əsrə qаyıdаq və çağdaş masonların nəşrlərinə nəzər salaq. ən məşhur türk masonlarından olan Səlami Işındağın gənc masonlara təlim məqsədilə yazdığı və 1977-ci ildə yalnız masonların arasında yayılan "Masonluktan Esinlenmeler" adlı kitabında "Kainatın Ulu Memarı" inancı belə anladılır:
“Masonluq tanrısız deyil. Amma onun mənimsədiyi Tanrı anlayışı dinlərdəkinə bənzəmir. Masonluqda tanrı ən uca bir prinsipdir. Kainatın son pilləsi, sərhədidir. Öz varlığımızı tənqid edərək, özümüzü tanıyaraq, elm, ağıl və iradə yolunda getdikcə, onunla aramızdakı məsafə azala bilər. Onda insanların yaxşı və ya pis cəhətləri yoxdur. O, şəxsləndirilməyib. Təbiətin və bəşəriyyətin idarə edicisi sayıla bilməz. Kainatdakı böyük və uca çalışmanın, birliyin, harmoniyanın Memarıdır. Kainatdakı bütün varlıqların cəmidir. Hər şeyi görən və əhatə edən total gözdür, enerjidir. Amma bütün bunlarla belə, onun bir başlanğıc olduğu deyilə bilməz. O, böyük bir sirrdir”.
Yenə də eyni qaynaqda masonların "Kainatın Ulu Memarı" deyərkən əslində təbiəti nəzərdə tutduqları, yəni təbiətə sitаyiş etdikləri belə ifadə edilir: "Təbiətdən kənarda bizi yönəldən, hərəkətlərimizə görə məsuliyyət daşıyan bir güc ola bilməz. Mason təlimlərinin əsasında elm və ağıl dayanan gerçəkliklərdir. Tanrı elə kainatın özü və onu əhatəyə alan güc, enerjidir".
Türk masonlarının özəl nəşrlərindən sаyılаn "Memar Sinan" jurnalında isə eyni fəlsəfə bu cür açıqlanır: 
"Kainatın Ulu Memarı sonsuzluğa doğru meyllənmək deməkdir. Sonsuzluqdakı mütləqliyi, tamlığı, mükəmməlliyi aramaq və dönə-dönə aramaq gərəkdir. Bunu düşünən masonla yaşanan an arasında bir məsafə yaranır".
Bəli, masonların "biz Allaha inanırıq, aramızda qətiyyən ateist yoxdur" deyərkən nəzərdə tutduqları "Allah inancı" budur. Masonluq əslində Allaha deyil, öz daxili fəlsəfəsində ilahiləşdirdiyi "təbiət", "kainat", "insanlıq" kimi humanist və naturalist anlayışlara inаnır. Mason ədəbiyyatını incələyəndə bu qurumun əslində "təşkilatlanmış humanizm"dən başqa bir şey olmadığı və bütün dünyada dinsiz cəmiyyət qurmağı qarşısına məqsəd qoyduğu anlaşılır. XIV əsr Avropasının humanist dərnəklərində yaranan fikirlər müasir masonlar tərəfindən də eyni şəkildə qorunur və qəbul edilir.

1 şərh

mr13
Internetimdə biraz problemlər olduğu üçün bu məqaləyə şəkil artıra bilmədim. Yəqin ki, problem həll olan kimi düzəltdim