Harun Yəhya "Qlobal Masonluq"-Masonluğun hədəfi: humanist dünya qurmaq

Artıq bilirik ki, masonlar humanist fəlsəfəsinə böyük önəm verirlər. Bu fəlsəfə isə Allaha imanı rədd edir və insana sitаyiş etməyi lazım bilir. Amma əsas məsələ bu deyil. Əsаs məsələ ondаn ibаrətdir ki, masonlar bu inamı özləri üçün quraşdırıblar, yoxsa onu bütün insanlara qəbul etdirmək istəyirlər?
Masonluğun mənbələrinə nəzər salanda cavabı açıq-аydın görmək mümkündür: bu təşkilat humanist fəlsəfəni bütün dünyaya yaymaq və nəticədə Ilahi dinləri (Islamı, xristianlığı və hətta yəhudiliyi) tamamilə aradan qaldırmaq niyyətindədir. Məsələn, "Mimar Sinan" jurnаlındа Moiz Berker (Moiz Berker) imzalı müəllif yazır: "Masonluq pislik, yaxşılıq, düzgünlük, ədalət anlayışlarının kökünü fövqəltəbii aləmdə aramır, insanlar arasındakı sosial münasibətlərdən doğduğuna inanır. Və masonluq bu tezisi bütün dünyaya yaymağa çalışır".
ən böyük türk masonlarından biri - Səlami Işındağ isə "Masonluktan Esinlenmeler" adlı kitabında belə yazır:
"Masonluğa görə, insanları fövqəltəbii, ilahi təməllərə dayanmış bir əxlaqdan qurtararaq, insani əxlaq, yəni insaniyyətə dayanan əxlaqi sistem qurmaq gərəkdir. Masonluq bütün cəmiyyətlərdə bunu etməyi qarşısına məqsəd qoyub".
Bütün bunlar başqa sözlə, bütün insanları dinsizləşdirmək deməkdir. Işındağ eyni kitabda bu hədəfi "yüksək sivilizasiyanın qurulması yolları" adı altında belə açıqlayır:
"Masonluğun təklif etdiyi vasitələr inkişaf etmiş sivilizasiyanın qurulması üçün yetərlidir. Bunun üçün:
- Kainatın Ulu Memarı anlayışının mənimsənilməsi;
- Vəhyə inanmamaq;
- Rasional humanizmə dayanan əmək sistemini yaymaq lazımdır".
Göründüyü kimi, bu üç maddədən ikisi açıq-aşkar Allahın varlığını rədd edir. Ikinci maddə eyni zamanda həm də vəhy əsasında qurulan dinlərə qarşıdır. Masonluq məhz bu üç müddəa ilə yayılmağa çalışır.
Masonluq dini fikirlərə qalib gəlmək üçün kütləvi təlqin metodlarından da yaralanmağa çalışır. Bu baxımdan, Işındağın kitabındakı aşağıdakı fikirlər maraq doğurur:
"...Hətta diktator rejimləri belə dini quruluşları ləğv etməyi bacarmayıblar. Həmin rejimlərin zorla qapatmaq istədikləri ibadət yerlərinə bu gün daha çox adam axışır, yasaqlanan dini inanclar daha çox tərəfdar toplayır. Bu cür məsələlərdə zor tətbiq etməyin heç bir faydası yoxdur. Insanları qaranlıqdan aydınlığa çıxaracaq tək bir yol elm və ağıl prinsipləridir. Insanlara bu yolla təlim verilsə, onlar dinlərinin boş inanc və ehkamlarından canlarını qurtarar, humanizmə sayğı duyarlar.
Burada məqsədin nə olduğunu yaxşı-yaxşı araşdırmaq gərəkdir. Işındağ göstərir ki, dinə qarşı təzyiq onu daha da gücləndirəcək, buna görə də, dini yox etmək üçün başqa prinsiplərə əl atılmalıdır. Onun "elm və ağıl" dediyi prinsiplər əslində, əlbəttə ki, elm və ağıl deyil, bu sözlərlə pərdələnmiş humanizm fəlsəfəsidir, təkamül nəzəriyyəsidir. Işındağ kitabında izah edir ki, bu təlimlər cəmiyyətə yayılarsa, insanlar Ilahi dinlərin sadəcə humanizm fəlsəfəsi ilə üst-üstə düşən tərəflərini qəbul edəcəklər. Nəticədə Ilahi dinlərin bünövrəsi sarsılacaq, tədricən isə sıradan çıxacaqlar. Bütün dinlərin bünövrəsi isə, bəllidir ki, insanın Allahın qulu olduğuna təməl inancdır.
Qısası, masonlar dinin özəyi olan iman əsaslarını (yəni Allahın varlığına, birliyinə, hər şeyi Onun yaratmasına, insanın Allah qarşısında məsuliyyət qazanmasına inancı) aradan qaldırmaq niyyətindədirlər. Onun yerinə isə "elm və ağıl" adı ilə pərdələdikləri ateizmi irəli sürürlər. Yenə də Işındağın masonların dərgisində yer alan bir məqaləsində deyilir: "Hamımızın ən əsas vəzifəsi elm və ağıldan əl çəkməmək, onun kainatda yeganə və ən yaxşı yol olduğunu başa düşmək, bu inancımızı insanlar arasında yaymaq, başqalarına qəbul etdirməkdir. Ernest Renanın bu fikri çox önəmlidir: xalq əgər ağıl və elmlə təlim görərsə, dinlərin boş bir şey olduğunu anlayacaq. Lessinqin sözləri də həmçinin yerinə düşür: Insanlar elm və ağıl yolunu tutarlarsa, bir gün dinlərə gərək qalmayacaq".
Bəli, masonluğun hədəfi budur: dinləri tamamilə yox edərək, insanı müqəddəsləşdirən bir humanist dünya qurmaq. Yəni insanların onları yaradan Allahı inkar edərək, özlərini ilah zənn etdikləri bir cəhalət sistemi formalaşdırmaq. Masonluq məhz bu hədəfə çatmaq üçün yaradılıb. "Ayna" adlı mason jurnalında bununla bağlı yazılıb: "Müasir masonluğun məbədləri bir növ "ideologiya məbədləri" qurmaqdır... Bu, mason ideologiyasının yayılıb möhkəmlənməsi nəticəsində bir araya gələn insanların Yer üzündə çoxalması nəticəsində gerçəkləşəcəkdir".
Masonlar bu məqsədə yetişmək üçün dünyanın bir sıra ölkələrində var- gücləri ilə çalışırlar. Universitetlərdə, digər təhsil ocaqlarında, mediada, sənət və fikir dünyasında öz təsirini göstərən masonluq daim humanizm fəlsəfəsini cəmiyyətdə yaymağa, dinin təməli olan iman əsaslarını məhv etməyə çalışır. Kitabın sonrakı bölümlərində də görəcəyimiz kimi, təkamül təlimi masonların bir nömrəli təbliğat kartıdır. Onlar dinin yerinə Allahı qəbul etməyən, sadəcə insan emosiyalarına dayanan bir sivilizasiya qurmaq istəyirlər. Bu, Quranda bəhs edilən Mədyən qövmü kimi "Allaha arxa çevirmiş" insanların mədəniyyətidir. (“Hud” surəsi, 92) Bu cahiliyyə mədəniyyətində Allah qorxusu, Allah sevgisi, Allah rizası, ibadət, axirət kimi anlayışlara yer yoxdur. Özü də nəinki yoxdur, hətta bu anlayışların "geridə qalmış, savadsız insanlara aid fikirlər" olduğu iddia edilir. Filmlərdə, karikaturalarda, romanlarda həmişə buna işarə edilir. 
Bu istiqamətdə masonlar həmişə liderdirlər. Ancaq onlarla bir sırada duran bəzi qruplar və fərdlər də var. Masonlar onları "fəxri mason" kimi qəbul edir və özlərinə lider sayırlar. çünki eyni humanist fəlsəfədə birləşirlər. Yuxarıda adını çəkdiyimiz Səlami Işındağ bununla bağlı yazır: "Elə insanlar da var ki, mason olmadıqları halda, masonluq ideologiyasını çox yaxşı mənimsəyiblər. çünki bu ideologiya bütün insanlara və insanlığa aiddir".
Dinə qarşı yürüdülən bu uzun savaşın iki təməl dayağı var: Materialist fəlsəfə və Darvinin təkamül nəzəriyyəsi. Qarşıdakı iki bölümdə biz bu dayaqların köklərini və masonluqla əlaqələrini araşdıracağıq. Və XIX əsrdən bаşlаyаrаq dünyanı bürüyən, insanlara "ağıl və elm" pərdəsi altında təqdim olunan fikirlərin iç üzünə daha yaxından bələd olacağıq.

0 şərh