Harun Yəhya "Qlobal Masonluq" - Masonlar və naturalist fəlsəfə

Erazm Darvin
Təkаmül nəzəriyyəsinin qurucuları deyəndə, öncə ağla gələnlər fransız bioloqu Jan Batist Lamark və ingilis bioloqu çarlz Darvindir. Ehtimаl olunur ki, ilk dəfə təkamül təlimini Lamark ortaya atıb, ancaq bunu yalnız mutasiya anlayışına bağlayaraq yanılıb, Darvin isə təbii seçmə prosesinə əsaslanan ikinci bir təkamül nəzəriyyəsini formalaşdırıb. Amma təkamül nəzəriyyəsinin ortaya çıxmasında çox böyük rolu olan başqa bir şəxs isə arxa plana keçirilir: Erazm Darvin, çarlz Darvinin babası.
Erazm Darvin Lamarkla eyni dövrdə, XVIII əsrdə yaşamış bir ingilisdir. Fizik, psixoloq və şair kimi tanınan Erazm Darvin dövrünün hörmətli adamlardan biri sayılıb. Hətta bioqrafiyasını yazan Desmon Kinq-Hel (Desmon King-Hele) onu "XVIII əsrin ən böyük ingilisi" kimi təqdim etməkdən çəkinməyib. Amma bununla belə, Erazm Darvinin olduqca qaranlıq bir həyatı olub.
Erazm Darvin bütün deyilənlərlə yanaşı, Ingiltərənin ən qabaqcıl naturalistlərindən biri olub. Artıq bildiyimiz kimi, naturalizm - materializmin bir qolu olaraq, təbiətin öz-özünü yaratdığını iddia edir. Onun təkamül təlimi də başlanğıcını elə buradan götürürdü. Erazm Darvin bütün canlıların təsadüflər nəticəsində ortaq bir atadan törədikləri fikrini 1780-1790-cı illərdə inkişaf etdirib ki, bu da sonradan təkamül təliminin özülünü təşkil edib. Qurduğu botanika bağında apardığı araşdırmalar zamanı Erazm Darvin bu fikrinə sübutlar axtarıb. O, öz nəzəriyyəsini "Temple of Nature" (Təbiət məbədi) və "Zoonomia" adlı kitablarında açıqlayıb. Digər tərəfdən, 1784-cü ildə bu fikirlərini yaymaq üçün "Philosophical Society" (Fəlsəfə dərnəyi) adlı bir dərnək qurub.
Illər sonra çarlz Darvin təkamül təlimini ortaya atarkən, ona babasından həm fikri, həm də təşkilati iki miras qalmışdı. Onun nəzəriyyəsi babasının qurduğu özülün üzərində tikilirdi və "Philosophical Society" bu nəzəriyyənin ən qızğın mıdüafiəçisi idi.
Qısası, bu gün "təkamül nəzəriyyəsi" kimi tanıdığımız və 150 ildir ki, bütün dünyada təbliğ olunan uydurmanın əsil qurucusu Erazm Darvin olub. Bəs onun özü təkamül nəzəriyyəsi fikrini haradan almışdı? Bu məsələyə marağı nədən doğmuşdu?
Sualın cavabını araşdıranda istər-istəməz Erazm Darvinin masonluğu ortaya çıxır. Özü də o, adi yox, ustad masonlardan biri olub. Şotlandiyanın Edinburq şəhərindəki məşhur Kanongeyt Kiluininq (Canongate Kilwining) lojasında bu dərəcəyə çatıb. O dövrdə Fransa inqilabını təşkil edən yakobinçi masonlarla və dinə qarşı düşmənçiliyi bir nömrəli vəzifə sayan "Mason işığı" təşkilatı ilə də yaxındаn əməkdаşlıq edib. Yəni Erazm Darvin Avropada dinə qarşı çıxan mason şəbəkəsinin ən əsas simalarından biri olub.
Erazm oğlu Roberti də (çarlz Darvinin atası) özü kimi yetişdirib və mason lojalarına üzv edib. Bu səbəbdən, çarlz Darvinə həm babası, həm də atasından masonluq mirası qalmışdı. 
Erazm Darvin nəzəriyyəsinin oğlu Robert tərəfindən inkişaf etdirilib, yayılacağına ümid bəsləyirdi. Ancaq həmin ümidləri nəvəsi çarlz doğrultdu. Erazm Darvinin "Təbiət məbədi" bir az geciksə də, məhz çarlz tərəfindən quruldu. çünki çarlz Darvinin təkamül təlimi təbiəti yaradıcı qəbul edən naturalist ehkamların ifadəsindən başqa bir şey deyildi.

Masonlar və naturalist fəlsəfə
Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, darvinizm heç də çarlz Darvinin şəxsi ideyası olmаyıb. O, kitabında nə qədər "mənim nəzəriyyəm" yazsa da, əslində xeyli qədim tarixi olan naturalist fəlsəfəni dövrünə uyğunlaşdırmaqdan başqa heç bir iş görməyib. Elə öz babası, artıq dediyimiz kimi, 60 il əvvəl bu nəzəriyyəni irəli sürmüşdü. Darvinin yeganə tapıntısı olаn - təbii seçmə prosesi isə ondan əvvəlki alimlər tərəfindən dəfələrlə qeyd olunub. Amma həmin alimlər təbii seçmə faktını yaradılışa zidd amil hesab etməyiblər, əksinə, belə fikirdə olublar ki, Yaradan növləri bəsitlikdən qurtarmaq üçün bu sistemi qurub. Digər materialist alim Karl Marks idealist Hegelin "dialektika" anlayışını götürüb, özününküləşdirdiyi kimi, Darvin də yaradılışa inanan alimlərin təbii seçmə ideyasını oğurlayaraq, başqa məqsədlər üçün işlədib.
Demək, darvinizm nəzəriyyəsinin irəli sürülməsində Darvinin şəxsi rolunu çox da şişirtmək lazım deyil. Darvinin işlətdiyi bütün fikir və anlayışlar ondаn əvvəlki naturalist filosoflar tərəfindən irəli sürülmüşdü. əgər Darvin təkamül nəzəriyyəsini ortaya atmasaydı, eyni işi başqa bir adam görəcəkdi. Məsələn, eyni ideyalar Darvinin müasiri olan ingilis təbiətşünası Alfred Rassel Uallas (Alfred Russel Wallace) tərəfindən də inkişaf etdirilib, hətta Darvin onu qabaqlamaq üçün "Növlərin mənşəyi" əsərini tələsik çapa verib. Qısası, Darvin Avropada Allah və din inancını yox etmək, onun yerində materialist və humanist həyat modeli qurmaq uğrunda aparılan mübarizənin müəyyən mərhələsində ortaya çıxmış adamdır. Bu mübarizəni aparan əsas güc isə hansısa konkret elm adamı deyil, çoxlu sаydа alimi, ideoloqu, siyasi lideri əhаtə edən mason şəbəkəsidir. Həmin dövrün xristianları bunu başa düşərək, həyəcan təbili çalıblar. Məsələn, katolik dünyasının lideri Papa XIII Leonun 1884-cü il tarixli məşhur "Numanum Genus" adlı fərmanında masonluq və onun fəaliyyəti haqqında deyilir:
“Dövrümüzdə masonluq adlı çox geniş yayılmış və qüdrətli bir şəbəkəyə sahib olan təşkilatın dəstəyi və yardımı ilə qaranlıq qüvvələrə inananlar bir araya gələrək, güclərini birləşdiriblər. Onlar artıq niyyətlərini gizlətməyə ehtiyac belə duymadan, Tanrının yüksək varlığına qarşı mübarizə aparırlar. Masonların istəkləri və bütün cəhdləri eyni məqsədə yönəlib: xristianlığın bütün sosial və dini dayaqlarını yıxaraq, yerində öz prinsiplərinə uyğun cəmiyyət qurmaq”.
Papa XIII Leonun yuxarıdakı sözləri də masonluğun həmin dövrdə hansı gücə sahib olduğunu açıq-aşkar göstərir. Eyni zamanda onların məqsədi bir daha bəlli olur: heç bir Ilahi qanun tanımayan, Allah qorxusundan uzaq, əxlaqi cəhətdən degenerasiya olmuş cəmiyyət meydana gətirmək. Masonlar məhz bu məqsədlə darvinizmin geniş yayılmasına ciddi səylər göstəriblər. Bunun üçün hətta xüsusi təbliğat qrupları da formalaşdırılıb, ayrı-ayrı adamlar işə cəlb olunub. Onların ən qabaqcılı isə özünü "Darvinin çoban iti" adlandırmaqdan belə çəkinməyən Tomas Haksli (Thomas Huxley) idi.
"Darvinizmin yayılmasında ən aktual amil" sayılan Haksli 1860-cı ildə Oksfordlu alim Semuel Uilberforsla аpаrdığı "Oksford mübahisəsi"lə bütün dünyanın diqqətini təkamül mövzusuna çəkmişdi. Hakslinin öz həyatını təkamül nəzəriyyəsinin yayılmаsınа həsr etməsi, onun mənsub olduğu şəbəkənin fonunda götürüləndə ortaya maraqlı bir mənzərə çıxırdı: Haksli Ingiltərənin ən əsas elm ocaqlarından biri olan Kral Cəmiyyətinin (Royal Society) üzvü idi və bu qurumun az qala bütün üzvləri kimi, mason idi. Kral Cəmiyyətinin digər üzvləri də həm kitab çap olunmazdan öncə, həm də sonra Darvinə böyük dəstək veriblər. Bu mason qurumu Darvini və darvinizmi o qədər böyütdü və mənimsədi ki, bir müddət sonra eynilə Nobel mükafatı kimi, hər il uğurlu hesab etdiyi elm adamlarına "Darvin medalları"nı hədiyyə etməyə başladı.
Qısası, Darvin tək deyildi. O, nəzəriyyəsini irəli sürəndən etibarən mütəşəkkil şəkildə dəstəklənirdi. Bu dəstək isə, aydındır ki, əsasən masonlardan gəlirdi. Marksist filosof Anton Pannekoek (Anton Pannekoek) "Marksizm və Darvinizm" (Marxism And Darwinism) adlı kitabında bundan söz açaraq, burjuaziyanın, yəni Avropanın zəngin kapitalist sinfinin Darvinizmi dəstəklədiyini belə izah edir:
“Marksizmin önəminə və mövqeyinə görə sadəcə proletar sinfin mübarizəsindəki roluna borclu olduğunu hamı bilir. Darvinizmin də marksizmlə eyni təcrübəni yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən müzakirə edilərək qəbul olunmuş adi bir nəzəriyyə deyil. Darvinizm ilk addımı atar-atmaz alovlu tərəfdarlar və qatı düşmənlər qаzаnıb. Darvinin adı onun nəzəriyyəsindən çox az şey anlayanlar tərəfindən ucaldılıb. Darvinizm də siniflərarası mübarizədə bir rol oynayıb və məhz bu rol sayəsində sürətlə yayılıb, tərəfdarlar və düşmənlər qazanıb. Darvinizm kilsəyə və aristokratiyaya qarşı çıxan burjuaziya üçün bir vasitə olub. Burjuaziyanın məqsədi qarşısına çıxan köhnə hakim təbəqəni aradan qaldırmaq idi. Rahiblər din sayəsində böyük kütlələri nəzarətdə saxlaya və beləliklə də, burjuaziyanın istəklərinə mane ola bilirdilər. Buna görə də təbiət elmləri dinə qarşı bir silaha çevrilib, yeni kəşflər irəli sürərək burjuaziyanı bu silahlarla silаhlаndırıb. Darvinizm isə tam lazım olan anda meydana çıxdı; Darvinin insanın heyvanlardan törəməsi haqda nəzəriyyəsi xristianlığın bütün təməllərini sarsıtmışdı. Məhz buna görə burjuaziya çox böyük həvəslə Darvinə və darvinizmə sahib çıxdı. Bu şərtlər altında hətta elmi müzakirələr belə siniflərarası qarşıdurmanın təsirində olub. Darvin haqqında yazılan yazılar daha çox elmi yox, sosial məsələlərdir.
Anton Pannekoek marksizmin "sinif analizi" terminləri ilə düşündüyü üçün darvinizmi yaymaqla dinə qarşı mütəşəkkil mübarizə aparan qüvvəni "burjuaziya" kimi tanıyır. Ancaq tarixi təfərrüatların dərinliyinə varanda bəlli olur ki, həmin burjuaziyanın içində dinə qarşı savaşı təşkil edən və bu məqsədlə darvinizmdən yararlanan xüsusi şəbəkə var - masonluq. Bu fakt həm tarixi qaynaqlarda, həm də masonluğun öz mənbələrində etiraf olunur. Bu mənbələrdən biri də ustad mason Səlami Işındağın 1962-ci ildə çap olunmuş "Türkiyə azad masonlarının böyük lojası" adlı kitabıdır. Orada Işındağ dinin insanlar tərəfindən ortaya atılmış bir əfsanə olduğunu iddia edərək, bütün dinlərin ağla və elmə zidd gəlməsi haqda klassik mason fikrini təkrarlayır. Daha sonra da elm pərdəsi altında dinə qarşı aparılan savaşın gerçək təşkilatçısını belə açıqlayır: "Bu mübarizəyə diqqət yetirilərsə, hər mərhələdə masonluğun savaşdığı bəlli olar. çünki masonluq hər dövrdə ağlı, elmi, hikməti özünə rəhbər sayıb. Yarandığı gündən bəri xurafatla savaşıb".

Halbuki, əslində xurafat masonların iddia etdiyi kimi, din deyil, onların özlərinin inandıqları materialist, naturalist, təkamülçü ehkamlardır. Bunun ən güclü sübutu da Qədim Misir, Qədim Yunanıstan kimi bütpərəst sivilizasiyaların qalığı olan köhnə düşüncələrin çağdaş elm tərəfindən tamamilə rədd edilməsidir. Həyatın mənşəyi ilə bağlı elmi gerçəklikləri və mason inanclarını qarşı-qarşıya qoymaqla, buna əmin olmaq mümkündür.

0 şərh