Harun Yəhya "Qlobal Masonluq" - Masonların dinə qarşı savaşı

Masonluq varlığını ilk dəfə rəsmən 1717-ci ildə Ingiltərədə elan etdi. Bu tarixdən sonra masonluq öncə Ingiltərədə, ardınca isə başda Fransa olmaqla, bütün Avropa ölkələrində dinə qarşı çıxanların toplandığı yer oldu. Özlərini "azad filosoflar" elan edən və bununla da ilahi dinləri tanımadıqlarını bildirən xeyli avropalı elm adamı mason lojalarında bir araya gəldi. Mimar Sinan dərgisindəki "Masonluğun ilk dövrləri" başlıqlı məqalədə də qeyd olunduğu kimi, "Masonluq həqiqəti kilsə xaricində arayanların birləşdiyi, toplandığı yer oldu".
"Həqiqəti kilsə xaricində arayan" bu zümrə dinə qarşı da düşmənçilik edirdi. Buna görə də tezliklə həmin təşkilat kilsəni, xüsusilə də katolik kilsəsini ciddi narahat edən bir quruma çevrildi. Bu masonluq-kilsə mübarizəsi getdikcə genişlənərək, XVIII və XIX əsrlərdə Avropa tarixinin ayrılmaz hissəsini çevrildi. XIX əsrin ikinci yarısında Avropanın hüdudları xaricinə də yayılmağa başlayan masonluq yаyıldığı hər ölkədə dinə qarşı fəlsəfənin və fəaliyyətin çıxış nöqtəsinə çevrildi.
"Mimar Sinan" jurnаlındа dərc olunаn "Siyasət və Masonluq" başlıqlı bir məqalədə masonların dinə qarşı savaşı belə təsvir olunur:
“Farmazonluq siyasi partiya olmaqla yanaşı, XVIII əsrin əvvəllərində siyasi-sosial cərəyanların inkişafına uyğun olaraq beynəlxalq şəbəkəyə çevrilməyə başladı. Dinə qarşı savaş açan farmazonluq kilsənin dövlət və xalq üzərindəki nüfuzunu çökdürməyə çalışırdı. Bu səbəbdən, 1738 və 1751-ci illərdə Papa tərəfindən dinsiz təşkilat elan edilmişdir. Farmazonluq məzhəb azadlığı əsas tutulan ölkələrdə müəyyən qədər gizli fəaliyyət göstərsə də, daim cəmiyyətin orta və aşağı təbəqələri аrаsındа təbliğat-təşviqat işini aparıb, tədricən yüksək məmurlar sinfi arasında da tərəfdarlar tapаrаq və yuxarı səviyyələrə yol аçır. Katolik məzhəbinin hamıya məcburi olduğu məmləkətlərdə isə tam gizli, qanunsuz dərnək kimi fəaliyyət göstərib. Bu məmləkətlərdə orta təbəqədən azad düşüncəli gənclər və hökumətdən məmnun olmayan zabitlər mason lojalarına qoşulublar və beləcə, Ispaniya, Portuqaliya, Italiyada katolikliyə qarşı üsyankar qruplar formalaşmağa başlayıb”.
Şübhəsiz ki, bunu yazan mason müəllifi öz təşkilatının xeyrinə olan ifadələrdən istifadə edir, masonluğun "kilsə zülmünə" qarşı savaşdığını bildirir. Ancaq məsələni dərindən araşdıranda, bəlli olur ki, əsil zülmü bir çox ölkələrdə masonlar tərəfindən qurulan və dəstəklənən hökumətlər göstərib. Digər tərəfdən isə kilsə xristian dininin təhrifə uğradılması səbəbindən həqiqətən sxolastik fikirlər yayаrаq cəmiyyətə təzyiq göstərsə də, masonluğun savaşı kilsəyə qаrşı deyil, ilahi dinlərə qarşı olub. Buna əmin olmaq üçün masonluğun quruluşuna, ayinlərinə nəzər salmaq yetərlidir.

Mason lojasına misal:
"Cəhənnəm odu klubu"
XVIII əsrdə masonların necə təşkilatlandığını, nə işlərlə məşğul olduqlarını anlamaq üçün o dövrdə fəaliyyət göstərən gizli mason dərnəklərinin işini araşdırmaq lazımdır. Bu dərnəklərdən biri də həmin əsrdə ortaya çıxan və yüzilliyin ortalarında Ingiltərədə xeyli aktiv olan "Cəhənnəm odu klubu"dur (Hell Fire Club). Bu klubun mason ideyaları daşıdığını və dinə qarşı çıxdığını mason yazar Daniel Uillens (Daniel Willens) "The Hell-Fire Club: Sex, Politics, and Religion in Eighteenth-Century in England" (Cəhənnəm odu klubu: on səkkizinci əsrdə Ingiltərədə seks, siyasət və din) adlı məqaləsində açıqlayır. Masonların "thefreemason.com" ünvanlı internet saytında yayılan məqaləsində əks olunаn bəzi maraqlı fikirləri diqqətinizə çatdırırıq:
“Ingiltərədə kral III Georqun hakimiyyəti dövründə aylı gecələrin birində hökumətin bəzi güclü üzvləri, məşhur ziyalılar və sənətçilər birlikdə qayığa minərək, Temza çayı vаsitəsi ilə Qərbi Vikomb (West Wycombe) yаxınlığındа yerləşən monastırın xarabalıqlarına doğru yolа düşdülər. Orada keşiş qiyafəsinə bürünən bu adamlar müqəddəsliyini itirmiş monastırın zənglərinin sədası altında hər cür əxlaqsızlığa baş vurdular. əsilzadə bir qadının çılpaq vücudu ilə süslənən bu Qara Ayinə gecə yarısı ara verildi və şeytana sitаyiş edən bu insanlar Britaniya Imperiyasının taleyi ilə bağlı planlar qurmağa başladılar. Onlar xalq arasında "Cəhənnəm Klubu" kimi tanınsalar da, özlərini "Medmenhamlı müqəddəs fransis keşişləri" adlandırırdılar. Bu cəmiyyətin şeytani əməlləri haqqında dedi-qoduların ardı-arası kəsilmirdi, hətta 1765-ci ildə çarlz Conston (Charles Johnstone) adlı yazıçı Medmenham keşişlərinin sirlərinin faş edildiyi "Kristal" (Chrystal) adlı roman da nəşr etdirmişdi.
Medmenham keşişlərinin əsas təşkilatı 1698-1731-ci illərdə yaşamış Uarton Filip (Wharton Philir) tərəfindən 1719-cu ildə Londonda qurulan Cəhənnəm Klubudur. Uarton Liberal Partiyasının tanınmış üzvlərindən biri, mason siyasətçisi idi. O, həmişə satanist şənliklərə öndərlik edərək, dini lağa qoyurdu. 1722-ci ildə isə Böyük London Lojasının böyük ustadı seçilmişdi...
1739-cu ildə klubun Deşvud (Dashwood) adlı üzvü abbat Nokolini (Abbe Nicoli) görmək üçün getdiyi Florensiyada Divan klubuna qatılacaq Ledi Mari Uortli Montaqu (Lady Mary Wortley Montagu) ilə qarşılaşdı. O vaxtlar Italiyada masonların işi o qədər də yaxşı getmirdi. Papa XIII Klement masonların əleyhinə yeni bir qərar çıxarmışdı. Lаkin 1740-cı ildə papa öldu. Kardinallar Klubu yeni papa seçimi ərəfəsində Deşvud Romaya gəldi. O, özünü masonların ən böyük düşməni olan Kardinal Ottiboni kimi qələmə verərək, saxtakarlıq etdi və Ottibonini alçaltdı.
"Medmenham keşişləri"nin haqqında daha dəqiq bilgi əldə etmək üçün onların toplantı keçirdiyi salonları araşdırmaq lazımdır. Ancaq maraqlıdır ki, həmin salonlar bu günə qədər sirrini qoruyur. Düzdür, sensasiya həvəskarı olan bəzi müəlliflərin fikrincə, həmin salonlar əsil satanist məbədləridir. Halbuki, onlardan mason iclasları üçün istifadə edildiyini düşünmək daha məntiqli görünür.
"Medmenham keşişləri"nin öndə gələn üzvlərindən biri, ancaq klubdan ayrıldıqdan sonra masonluğa girən Con Uilkiz (John Wilkes) köhnə dostları ilə bağlı bir məqalədə bunları yazır: "Onların bir araya gələrək gizli ayinlər keçirdiyi, müqəddəs namizədləri BONA DEA adına təqdim etdikləri gizli toplantılara baxmağa heç bir günahkar göz cəsarət edə bilməzdi".
Deşvudun siyasi düşmənlərindən olan və klubda ona qarşı çıxan Ser Robert Ualpolun (Sir Robert Walpole) oğlu Horasio (Horace) isə monastır haqqında bu sözləri söyləmişdi: "Təlimləri nə olursa-olsun, əməlləri tamamilə bütpərəstlikdir. Onların şənliklərində tаnrılara qurbanlar verir, şərab qədəhləri ilə tanrı heykəlləri yanaşı qoyulur".
əgər o dövrdə "Medmenham keşişləri"nin siyahısı olubsa da belə, bu gün əldə belə sənəd yoxdur. Ancaq böyük ehtimalla bəllidir ki, klubun üzvləri arasında Deşvudun qardaşı Con Deşvud-Kinq (John Dashwood-King), Con Montaqu (John Montagu), Con Uilkis (John Wilkes), Corc Babb Dodinqton (George Bubb Dodington), Baron Melkomb (Baron Melcombe), Pol Uaythed (Paul Whitehead) və başqa nüfuzlu şəxslər olub. Onlar öz dövrlərində böyük hörmət və var-dövlət sahibləri idilər.
Deşvudun gördüyü bütün işlərin mərkəzində ancaq din problemi dururdu. Cinsi sehrlər, monastırda tapılan Kabbala kitabı, müxtəlif mason şüar və şəkillər və s. "Cəhənnəm odu klubu"nun mason dərnəyi olduğunu deməyə əsas verir.
Bu uzun sitatı gətirməyimizin səbəbi XVIII əsrdə ortaya çıxan mason şəbəkəsinin hansı mühitdə inkişaf etdiyini, insanlara necə təsir göstərdiyini aydınlaşdırmaqdır. Masonluq sirli, maraq oyandıran, cəzbedici bir təşkilat kimi ortaya çıxıb, öz üzvlərinə cəmiyyətdəki dini ənənələrə qarşı çıxmağın gərəkli olduğunu təlqin edib. Mason ayinlərinin əsas xüsusiyyəti bayaq dediyimiz kimi, bütpərəst simvol və anlayışları ucaltmaqdır. Beləcə, onlar hətta simvolları ilə da insanları xristianlıqdan uzaqlaşdıraraq, bütpərəstləşdirirdilər.
Ancaq masonlar sadəcə əcaib ayinlər keçirməklə kifаyətlənməyərək Avropanı səmаvi dinlərdən uzaqlaşdırmаq, bütpərəstliyə sürükləmək üçün davamlı bir strategiya həyata keçiriblər. Bu bölümdə Avropa tarixinin ayrı-ayrı vacib mərhələlərində masonluğun dinə qarşı yürütdüyü savaşın izlərini araşdıracağıq. Öncə nəzərlərimizi Fransaya çeviririk.
 

0 şərh