Harun Yəhya "Qlobal Masonluq" - Almaniyada dinə qarşı kampaniya: "Kulturkampf"

Bundan 150 il əvvəl Avropada Almaniya adlı bir ölkə yox idi. Bu günkü Almaniyanın ərazilərində çoxlu krallıqlar hökm sürürdü. Onlardan ən böyüyü isə bugünkü Almaniyanın şərqini və Polşanın böyük bir hissəsini əhatə edən Prussiya idi. Prussiya 1860-cı illərdən digər аlman dövlətciklərini özünə birləşdirməyə başladı və 1871-ci ildə birləşmiş Almaniya Imperiyasını qurdu. Bu yeni dövlətin rəhbəri isə Prussiyanın baş naziri Otto fon Bismark idi. Bismark son dərəcə mahir diplomat olsa da, daxili siyasətdə eyni uğuru təkrarlaya bilmirdi. Bunun əsas səbəbkarlarından biri də "Beynəlxalq liberallar" adlanan və eynilə Fransadakı antikleriklər kimi dinə qarşı çıxan "ziyalılar" zümrəsi idi. "Beynəlxalq liberallar" Almaniyanın birliyinin sağlamlaşdırılması üçün xalqın dini duyğulardan qurtulmasını vacib sayırdılar. Onların təşviqilə Bismark ölkəsində katoliklərə qarşı bir kampaniyayа başlamışdı. "Kulturkampf", yəni "mədəniyyət savaşı" adlandırılan bu kampaniya "аlmanların şüuruna nəzarət etmə mübarizəsi" kimi də qələmə verilirdi. Kulturkampf zamanı, xüsusilə Almaniyanın cənubunda yaşayan katoliklər son dərəcə ciddi təzyiqlərlə üzləşdilər.
1872-ci ildə qəbul edilən qanunla ölkədəki bütün rahiblər bir gecədə həbs olundular və qurumları da müsadirə edildi. 1873-cü ilin "May qanunları" ilə dövlət xidmətində çalışan bütün rahiblər işdən qovuldu, nikah və təhsil məsələləri kilsənin əlindən alındı, kilsələrdəki mərasimlərə məhdudiyyətlər qoyuldu. Bəzi yepiskoplar tutuldu, 1300 kilsə rahibsiz qaldı.
Amma bütün bunların nəticəsində ölkədə yaşayan katoliklər hakimiyyətə qarşı müqаvimət göstərməyə başlayanda, Kulturkampf da yumşaldıldı. Bismark onu bu işə təşviq edən "Beynəlxalq liberallar"ı qulaqardına vuraraq, Kulturkampfı pillə-pillə zəiflətdi və sonda tamamilə ləğv etdi. Bu kampaniya, bütün tarixçilərin razılaşdığı kimi, ölkənin ruhi-mənəvi rahatlığının pozulmasından başqa heç bir şey vermədi.
Almaniyadan sonra Kulturkampf dalğası Avstriya, Isveçrə, Belçika, Hollandiya kimi ölkələrə də yayıldı və oralarda da böyük ictimai geriləməyə səbəb oldu.
Məsələnin maraqlı tərəfi odur ki, Bismarkı bu siyasətə sövq edən "ziyalılar" qrupu masonlar idi. "The Catholic Encyclopedia" bununla bağlı yazır:
“Masonlar Prussiyanı "Papa basqısına" qarşı "çağdaş təkamülün təmsilçisi və qoruyucusu" kimi görürdülər. Elə Kulturkampfı da onlar başladılar. Bu işin ən əsas təbliğatçısı məşhur hüquqşünаsı və natiq, böyük mason ustadı Blanşli (Bluntschli) idi. Kulturkampfı Isveçrəyə yayan da o olub. Alman masonları cəmiyyətə təsir imkanları qazanmaq üçün böyük səylər göstərərək, Kulturkampfı irəli sürürdülər. Onlar həmçinin digər vasitələrdən - xalq kitabxanalarından, konfranslardan, çeşidli dərnək və qurumlardan istifadə edərək, masonluğun ruhunu bütün ölkəyə yayırdılar.
Yəni Kulturkampf Bismark tərəfindən dayandırılandan sonra da masonlar onu davam etdiriblər. Alman cəmiyyətini dindən uzaqlaşdırmaq üçün aparılan bu savaşın ən acı nəticələri özünü 1920-ci illərdə büruzə vermişdi. Həmin illərdə faşistlər getdikcə gücləndilər və 1933-cü ildə hakimiyyəti ələ keçirdilər. Faşistlər hakimiyyətə gələn kimi dinə qarşı ikinci Kulturkampfı başladılar. Amerikalı şərhçi Elbric Kolbi (Elbridge Colby) yazır ki, faşistlər katolik kilsəsinə qarşı mübarizədə hətta 1870-ci illərdəki ilk Kulturkampfı da geridə qoydular, üstəlik, bununla kifayətlənməyib, protestant kilsəsinə də təzyiq göstərmişdilər.
Qısası, аlman masonlarının başladığı "cəmiyyəti dindən uzaqlaşdırma" hərəkatı tarixin ən qanlı diktatorluqlarından biri olan faşizmin bərqərar olmasına yol açdı, bu isə öz növbəsində 55 milyon insanın ölümünə səbəb olan II Dünyа mühаribəsinə gətirib çıxardı.

1 şərh

ayxansevda
yavaş -yavaş bizdə də yeni kulturkampf dalğası başlayır hicabla bağlı, müxtəlif bəhanələrlə işdən azad edilir, ya da işə götürmürlər.