Şallaq, yoxsa qoğal?

Мотивация персонала: кнут или пряник?
İnsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti maksimum anlamağa çalışmalı, onun maraq və ehtiyaclarım nəzərə almalıdır. Neqativ möhkəmlətmə hakimiyyət verilmiş adamlar tərəfindən çoxdan istifadə olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarıda deyildiyi kimi insan tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək imkanı olduqda işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan düşür.
şallaq ya qoğal? stick vs carrot?İnsanın əmək fəaliyyətinin müsbət cəhətlərini üzə çıxarıb onu həvəsləndirmək və hər cürə müdafiə etmək daha doğru üsuldur. Bu halda rəhbər işçinin işə can yandırmasını müəyyən etməyə və mükafatlandırmaya xüsusi əmək sərf edir.
Bu cür həvəsləndirmənin ən mühüm növləri aşağıdakılardır:
- yaxşı işi qeyd etmək:
- tərifləmək:
- sizdə olan informasiyam verməyə hazır olmaq:
- başqalarına nümunə kimi yaxşı işi göstərmək :
- uyğun pul mükafatları vermək:
- xidməti vəzifədə irəli çəkmək :
- firma xaricində də insanın işini qiymətləndirmək:
- əlavə mükafatları artırmaq.
İşçilərlə rəhbər arasında əks əlaqənin olmaması, ona səbəb olur ki, öz işinə heç bir reaksiya hiss etməyən işçinin əli işdən soyuyur. Rəhbərlə işçi arasında gündəlik qarşılıqlı münasibət mükafatlandırma ilə sıx bağlıdır. Menecer tərəfindən hansı mükafatın seçilməsi işçinin sabit, surətli və məhsuldar işləməsindən çox asılıdır.
Beləliklə, ən yaxşı rəhbərlik üsulu sərbəst fikir mübadiləsi və qarşılıqlı mübadiləyə əsaslanan münasibətlərin yaradılmasıdır. Buna nail olmaq üçün rəhbər daim adamlarla ünsiyyətə can atmalı, onları qiymətləndirdiyini nümayiş etdirməlidir. Dediklərimizin hamısı sizin həqiqi hisslərinizə əsaslanmışdır. Belə ki, fırıldaq, yaxud yalan qarşılıqlı münasibətləri pozur. Siz bütün çətinliklərə baxmayaraq reallığa uyğun olaraq qarşılıqlı münasibətləri yaxşılaşdırmağa çalışmalısınız.

Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov

3 şərh

2ral
şallaq və qoğal=кнут или пряник=stick and carrot
stick or carrot
Leyla
Təpəgöz,qızın şəklini yığışdır. Qızla eşşək eyni şey deyil!
Dior
Həqiqətən,birinci şəkil adama lap pis təsir edir.