Biznes Proses ( Business Process)

Biznes proses müəyyən bir nəticəyə nail olmaq məqsədi ilə bir-biri ilə əlaqəli bir sıra funksiya və fəaliyyətlərdən meydana gəlir. Bu proses nəticəsində əldə edilən gəlir şirkətin daxili və xarici müştəriləri üçün dəyər yaratmalı və onlar tərəfindən yararlı qəbul edilməlidir. Reallaşdırılan funksiyalar şirkətin birdən çox departamenti tərəfindən və ya biri tərəfindən icra edilir. Bu funksiyaların icrası gedişində departamentlər bir-biri ilə resurs, maliyyə, informasiya mübadiləsi edirlər. Bir növ öz aralarında məntiqi bir bağ yaradırlar. Bir sıra funksiya və vəzifələr sıra ilə yerinə yetirilir, buna ardıcıl əlaqəli vəzifələr deyilir. Bəziləri isə eyni zamanda gerçəkləşdirilir ki, bunlar isə paralel vəzifələr olaraq adlandırılır. İş prosesləri tək bir təşkilat içərisində reallaşdırıldığı kimi, bəzən birdən çox təşkilatı da əhatə edə bilər. Birinci növdən proseslərə təşkilati, ikinci növdən proseslərə təşkilatlar arası iş prosesləri adı verilir. Proses yanaşması, Adam Smitin iş bölgüsü və Frederick Taylorun optimallaşdırılmış vəzifə yanaşmalarının əksinə olaraq, görüləcək işi bir sistem olaraq ələ alır. Bu yanaşmada vəzifələrin bir-birindən müstəqil olaraq tək-tək optimallaşdırılması yerinə, prosesin bütününün performansının optimallaşdırılması hədəflənər.

İşin müddət olaraq təyin olunması onun vizuallığını artırır və nəzarəti asanlaşdırır. Gərəksiz və ya təkrarlanan vəzifələrə son verilməsinə, israfın qarşısının alınmasına, prosesin performansının yaxşılaşdırılmasına və daha da optimallaşdırılmasına imkan verir.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm

 

0 şərh