Biznes Proses və onun informasiya texnologiyaları ilə uyğunlaşdırılması (BP and IT alignment)

Bildiyimiz kimi, İT hər bir şirkət üçün əsas biznes funksiyasını həyata keçirir və İT-yə yatırılan investisiyanın gələcəkdə yüksək gəlir gətirəcəyi gözlənilir. İT-nin müəssisələrdə, təşkilatlarda tətbiqinin aşağdakı üstünlükləri vardır:

  1. Qiymətin azaldılması
  2. İşin standartlaşdırılması
  3. Məhsuldarlığın artırılması
  4. Əlaqələrin genişləndirilməsi
  5. Risk idarəsinin genişləndirilməsi
  6. Yeni biznes strategiyasının yaradılması

    

İT vasitəsi ilə biznesin bütün formal və qeyri-formal prosesləri təyin edilir. İT funksiyası şirkətin məlumat bazasını yalnız əldə saxlamır, həmçinin bölüşdürür və istifadə edilməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, biznesin İT uyğunlaşması biznesin başa düşülməsini daha da asanlaşdırır. İT tətbiq edilməzdən əvvəl əsas müəyyən etmək lazımdır ki, şirkətin nəyi var və ən əsası şirkət hansı işləri görür. Şirkətin uğurunun əsas səbəbi onun işinin düzgün təhlil edilməsidir. Təhlil mərhələsinin əsas faktorları aşağıdakılardır:

  1. Təşkilatın hüdudları
  2. Rolu və məsuliyyəti
  3. Təşkilatdakı formal proseslər
  4. Təşkilatdakı qeyri-formal proseslər
  5. Bazar
  6. Məhsul və xidmət
  7. Əsas alıcılar
  8. Əsas satıcılar
  9. Əsas biznes iştirakçıları


Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm

 

1 şərh

şərh silinmişdir