Roman Abramoviç – özü və biznesi haqqında

Roman AbramoviçAktivləri kimə satmağın elə də vacib deyil – axı bunlar qayğıya ehtiyac duyan pişik balaları deyil. Onların yaxşı əllərə düşməsi böyük əhəmiyyət daşımır. Vacib olan sənə pul ödəməkləridir, fərqi yoxdur bunu kim edir.

Mənə elə gəlir ki, mətbuatın daim danışdığı “mənlə” əsl “mən” arasında böyük fərq var. Onların hansının yaxşı olduğunu mühakimə etmək mənə düşməz. Lakin bir fakt aydındır ki, onlar “mənim” haqqımda danışmırlar.

Mənim müvəffəqiyyətim uğuruma əsaslanır.

Mən ölkənin ilk sahibkarlarından biri olmuşam.

Pullar xoşbəxtlik qazandıra bilməz. Azadlıq isə müəyyən miqdarda.

Mən daim birgə işlədiyim insanlar haqqında “biz” kəlməsini işlədirəm.

Düşünürəm ki, hər şeyə ünsiyyət əsasında nail olunur.

Şvidler – mənim dostumdur, o maliyyədən yaxşı anlayır. Mənə dəstək lazım olduqda, hər zaman ondan məsləhət alıram. Mən onun məsləhəti olmadan daşınmaz əmlak istisna olmaqla nəhəng alış-veriş etməmişəm.

Heç vaxt biznesimdən dövlətə təsir etmək üçün istifadə etməyə çalışmamışam.

Biznesdə uğur qazanmaq üçün çox səy göstərmişəm və hazırda xeyriyyə layihələri ilə məşğul ola biləcəyimə görə çox xoşbəxtəm.

Xeyriyyəçilik – çox çətin şeydir. Kimlərə həqiqətən kömək edə biləcəyin sahəni tapmaq və nəticəni hiss etmək çox vacibdir. Bu meydanda göyərçinləri yemləməyə bənzəməz. Bu professional menecment tələb edən prosesdir.

Pullar futbolda vacib olsa da, həlledici rol oynamır.

Mən Rusiya futbolunun inkişafına təqribən 120 milyon dollar xərcləmişəm.

banker.az

0 şərh