Bütün dövrlərin ən dahi meneceri

Li Yakokka – 20-ci əsrdə biznesin idarə olunması sahəsində əfsanəyə çevrilmiş bir şəxs idi. O rüblük hesabatların aparılmasını, effektiv idarəetmə sxemini və hesabatlaşmanı yaratmışdır. Bir çox şirkətlər top-menecer sahəsində nail olduqları çox saylı uğurları məhz ona borcludurlar. Li Yakokkanın özü isə 15 oktyabr 1924-cü ildə dünyaya gəlib. Məktəbi uğurla bitirdikdən sonra, öz arzusunun ardıyca getməyi qərara aldı. Onun arzusu prestijli kollecdə təhsil almaq və mühəndis olmaq idi. Bu zaman o təcrübədə olan mühəndis kimi Ford şirkətində işləməyə başlayır.

Burada bir neçə müddət işlədikdən sonra, mühəndislik peşəsinin ona uyğun olmadığını anlayan Li Ford şirkətinin marketinq şöbəsinə keçir və öz möhtəşəm karyerasını da məhz burada başlayır. Onun 36 yaşı olduqda Ford şirkətinin baş icraçı direktoru vəzifəsinə nail olur.

O öz vəzifəsində effektiv başlanğıc olaraq rüblük hesabatlar sisteminin yaradılması olur. Onun ikinci cəhdi isə əməkdaşları ilhamlandırmaq olur. Hər bir əməkdaş hesabatdan istifadə edərək hansı sahədə boşluğun olduğunu müəyyən edə bilirdi. Öz işçilərini ruhlandıran və motivasiya edən Li mühəndis-məzun komandası yarada bilir. Onların da zəhmətli işinin bəhrəsi “Ford Mustang” avtomobili olur. Bundan başqa, o öz işində bir sıra növbəti yeniliklərə də nail olmağı bacarır.

Uzun illət şirkətdə fəaliyyət göstərdikdən sonra Henri Ford Li Yakokkanın şirkəti ələ keçirmək istədiyini gümna edir və onu tutduğu vəzifəsindən azad edir. Lakin Li Yakokka bu hadisədən təsirlənmir və ona Chrysler şirkətindən edilən təklifi qəbul edir. O əsl rəhbər bacarığını məhz bu şirkətdə sərgiləyir. O şirkətə gəldikdə şirkət uçurumun kənarında idi və o Chrysler-i ayağa qaldırmağı bacarır. O “General Motors” və “Volkswagen” kimi şirkətlərdən istedadlı mütəxəssislərin işə cəlb edilməsinə başlayır.

Hazırda Li Memorial fondun sədridir və XX əsr tarixinin ən görkəmli meneceri hesab edilir.

0 şərh