Uğurlu investorlardan sitatlar

1. Uorren Baffet, quru – investor, onun sərvəti $39 milyard məbləğində ölçülür. “Qiymət sənin ödədiyindir. Dəyər isə əldə etdiyin. Fərqi yoxdur, söhbət səhmlərdən və yaxud corablardan gedir. Mən keyfiyyətli məhsulu ona qiymət qoyulmamışdan öncə almağa üstünlük verirəm”.

2. Corc Soros, onun sərvəti $22milyard məbləğində ölçülür. “Mən nə zaman haqsız olduğumu bildiyim üçün zənginəm. Digər sözlərlə, mən öz səhvlərimi qəbul edə bilmə bacarığım sayəsində sağ qala bildim”.

3. Devid Rubenşteyn, onun sərvəti $2,8 milyard məbləğində ölçülür. “Heç vaxt təslim olmayın. Cavab qismində “yox” sözünü seçməyin. Əgər siz oturduğunuz yerdə və risk etmədən xoşbəxtsinizsə, deməli siz ömrünüzün qalan 20 ilində həmin yerdə qalacaqsınız”.

4. Rey Dalio, onun sərvəti $6,5 milyard məbləğində ölçülür. “Məhz özümüzü və ətrafdakılarımızı obyektiv şəkildə qiymətləndirə bilmək bacarığı öz potensialını istifadən insanları digər insanlardan fərqləndirir”.

5. Eddi Lampert, onun sərvəti $3 milyard məbləğində ölçülür. “İnvestisiya zamanı və ümumiyyətlə biznesdə öncədən təxmin etmək fikri əsas amildir”.

6. T. Bun Pikkens, onun sərvəti $1,4 milyard məbləğində ölçülür. “Yaşım artdıqca mən hara gedəcəyimi daha yaxşı bilirəm. Əgər siz fillərə ov etmək üçün yola çıxmışsınızsa, dovşanlara görə yoldan azmağa dəyməz”.

7. Çarli Munger, onun sərvəti $1 milyard məbləğində ölçülür. “Əgər siz bizim son 15 qərarımıza baxsanız, tədricən qazanılmış nailiyyətlər görəcəksiniz. Nailiyyətlərdə heç bir qeyri- adi güclər tətbiq olunmamışdı, hər şeyə böyük səbr nəticəsində nail olmaq olar”.

8. Devid Tepper, onun tam sərvəti $5 milyard məbləğində ölçülür. “Bu şirkət ucuz görünür, o birisi şirkət isə ucuz. Lakin iqtisadiyyat işin mahiyyətini tamamilə dəyişir. Burada əsas amil – gözləməkdir. Bəzən ən ağır olan – sadəcə olaraq heç nə etməməkdir”.

9. Benjamin Qrexam: “Fərdi investor həm investor, həm də spekulyant kimi fəaliyyət göstərməlidir. Bu o deməkdir ki, investor ədalətli olaraq hər alış-verişi və onun qiyməti haqqında düşünməlidir. O, özünə belə bir sual verməlidir, verdiyindən daha çox alacaqmı?”.

10. Lyuis Beykon, onun tam sərvəti $1,4 milyard məbləğində ölçülür. “Əgər siz spekulyantsınızsa, siz qarışıqlıq və xaosla barışmalısınız”.

11. Pol Tüdor Cons, onun tam sərvəti $3,2 milyard məbləğində ölçülür. “Hər şeydən əsas vəziyyətə nəzarəti qoruyub saxlamaq, heç bir zaman tapmaca tapmamaq, daim ticarət etmək və öz mövqeyini qorumaq”.

12. Brüs Kovner, onun tam sərvəti $4,3 milyard məbləğində ölçülür.“Mən belə hesab edirəm ki, fəaliyyətə yeni başlayan treyderlər lazimi olandan 3-5 dəfə daha çox ticarət edirlər”.

13. Rene Rivkin, onun tam sərvəti $346 milyon məbləğində ölçülür. “Siz səhmlər aldığınızda özünüzdən soruşun, bütün şirkəti alardınızmı?”

14. Con Templton, onun tam sərvəti $20 milyard məbləğində ölçülür. “Maksimal pessimizmin vaxtı ticarət üçün ən uyğun vaxtdır. Maksimal optimizm vaxtı isə satışlar üçün ən uyğun vaxtdır”.

0 şərh