Kollektivdə sağlam psixoloji mühit və tənqid

Müasir idarəetmə şəraitində müvəffəqiyyət o halda təmin edilə bilər ki, rəhbər kollektivdə sağlam və əlverişli psixoloji mühit yaratsın. Kollektivdə sağlam və əlverişli mühit yaradılması üçün bir sıra vacib qadalara əməl etmək lazımdır:
-psixoloji mühit kollektivdə lider formalaşdırır;
-kollektivin yaxşı ənənələrini qorumaq və inkişaf etdirmək lazımdır;
-vəhdət və fəallıq kollektivdə sağlam psixoloji mühiti möhkəmləndirmək üçün yaxşı baza olmalıdır;
— kollektivdə inam, xeyirxahlıq və qarşılıqlı kömək şəraiti yaradılmasına fəal nail olmaq lazımdır;
— hər hansı bir qazanılmamış mükafatlandırma və düzgün olmayan xidmətə isnad edilməsi kollektivə pozucu təsir göstərir; — sosial məsələlərdə rəhbərin başlıca vəzifəsi kollektivin və onun tələbatlarını bilmək və onları ödəməyə cəhd etmələridir;
-rəhbərin ayrı-ayrı kollektiv üzvlərinə qarşı ədalətsiz münasibəti onun tamlığını və birliyini pozur;
-rəhbərlərin vaxta dürüst əməl etmələri və reqlamenti gözləmələri kollektivi intizamlı edir və işgüzar atmosfer yaradır;
-rəhbərin kobudluğu, diqqətsizliyi və dikbaşlığı kollektivə əziyyət verir, onun təşəbbüskarlığını əlindən alır və əməyi bir növ cəzaya çevirir.
Bazar iqtisadiyyatı şəraitində idarəetməni təkmilləşdirməyin ən kəsərli alətlərindən biri tənqiddir. Tənqidsiz irəliyə doğru hərəkət yoxdur. Özünü tənqid rəhbərlərə idarəetmə metodlarını və rəhbərlik üslubunu təkmilləşdirməyə imkan verən etibarlı vasitədir. O işdəki nöqsanlara qarşı təsirlənmə qabiliyyətini yüksəldir.
Səbəbsiz və zəruriyyət olmadan tabeçiliyimizdə olanları tənqid etməyin, tənqid vasitədir, lakin məqsəd ola bilməz.
Tənqid işçinin şəxsiyyətinə deyil, onun pis işinə istiqamətləndikdə daha səmərəli olur. Ona görə də insanların düzəldə biləcəkləri hərəkətlərini tənqid etmək lazımdır. Digərlərinin davranışlarını müqayisə etməklə tənqid edilən şəxsi alçaltmaq isə pis nəticə verə bilər.
Əgər tənqidedilən şəxs tənqiddən nəticə çıxarıbsa onu təkrar etməyin. Tənqid insanı alçaltmamalı və onun təşəbbüskarlığını öldürməməlidir.
Əgər tənqiddən nəticə çıxaran işçini rəhbər sonradan tərifləmirsə onun tənqidinə işçinin fəal reaksiya verdiyini gözləmək olmaz. Tənqid edərkən obyektiv olun və tənqid edilənin düşmənçiliyi və qərəzçiliyi rəhbər tutacağını hesab etməyin. Rəhbər tənqiddən əhval-ruhiyyəsinin pozulduğunu göstərməməlidir.
Tənqidə qəzəblə və istehza ilə yanaşmaq, yaxud da onu zarafata çevirmək olmaz. Tənqidə sakit, əsaslandırılmış şəkildə cavab verərək tənqid edənin şəxsi keyfiyyətlərinə toxunmaq lazım deyildir.
Səhvləri təhlil etmək onlardan nəticə çıxararaq öyrənmək və özünə özünü tənqid ruhu aşılamaq lazımdır.
Özünüzün bütün hərəkətlərinizi təhlil etməyi və qiymətləndirməyi öyrənmək lazımdır.
Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
 

0 şərh