Təşkilatlarda kreativ mühit

Təşkilatda yaradıcılıq əhval-ruhiyyəsinin təmin olunması üçün rəhbərlik tərəfindən kreativ fəaliyyətin dəstəklənməsi həlledici rol oynayır. Əsl rəhbər o şəxsləri adlandırmaq olar ki, o ya öz sözləri, ya da özünün potensial imkanlarını tam ifadə edib özünü nümunə göstərərək insanları canlandırmaq qabiliyyətinə malik olsun, onların fəaliyyətləri üçün şərait yaratsın və məqsədlərinin realizəsi üçün tam sərbəstlik versin. Menecerin əsas vəzifəsi ondan ibarətdir ki, o bütün məsələləri öz üzərinə götürməməli və bütün qərarları tək qəbul etməməli, əksinə o rəhbərlik etdiyi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmalıdır. Bu böyük məna kəsb edir, belə ki, işçilər tədqiqetmə prosesinə cəlb olunur və ən əsası isə özlərinin qəbul etdiyi qərarların reallaşdırılmasında iştirak edirlər.

İndiki zamanda baş verən ən mühüm islahatlar bütün fəaliyyət sahələrini əhatə etməklə təbii ki, elmi-texniki siyasət kimi vacib sahəni də kənara qoymur. Bazar münasibətləri sistemində elmi-texniki nailiyyətlərdən ( innovasiyalardan ) effektiv istifadə problemi yenə də qalmaqdadır. Əksinə, rəqabətin yeni növ problemləri ilə qarşılaşan bir çox təşkilatlar üçün bazar şəraitinin sərt şərtləri daxilində fəaliyyət göstərə bilməsi üçün, məhz kreativ fəaliyyət və onun nəticələri müvəffəqiyyət və effektivliyin əsas şərtidir. Buna görə də, bazar münasibətləri sisteminin iştirakçıları, xüsusilə də, istehsalatda məşğul olanlar özlərinin rəqabət qabiliyyətliyini təmin etmək üçün elmi-texniki siyasətlərini müstəqil və məqsədyönlü şəkildə qurmalı və həyata keçirməlidirlər.

Təşkilatın elmi-texniki siyasəti dedikdə, hər şeydən əvvəl nəyi başa düşmək lazımdır? İlk mənada bu innovasiya prosesinə münasibətdə mövcud subyektin davranış strategiyasıdır və özündə aşağıdakıları birləşdirir:
— Kreativ fəaliyyətin plan və proqramının hazırlanması;
— Yeni növ məhsulun hazırlanması və tətbiq edilməsi prosesinə nəzarət edilməsi;
— Yeni növ məhsulun hazırlanması layihələrinin öyrənilməsi;
— Vahid innovasiya siyasətinin tətbiqi, istehsalat bölmələrində bu sahə üzrə fəaliyyətin əlaqələndirilməsi;
— Yenilik proqramlarının maliyyə resursları ilə təmin olunması;
— Kreativ fəaliyyətin ixtisaslaşdırılmış heyətlə təmin olunması;
— İnnovasiya proseslərinin kompleks həlli üçün müvəqqəti qrupların təşkil olunması;
— İdeya yaranma mərhələsindən başlayaraq tam kütləvi istehsala qədər kreativ (yaradıcılıq) fəaliyyət dedikdə adətən əvvəlki analoqdan keyfiyyətcə fərqlənən və yeniliklər sırasına daxil olan məhsul başa düşülür. Bu məhsul köhnə məhsulla nisbətən daha yüksək texnoloji səviyyəli, yeni istehlak keyfiyyətli məhsul və ya xidmətlə xarakterizə olunur. Kreativ fəaliyyətin dərk olunması bütün yeniliklərə aid edilir ki, bunun nəticəsində istehsalata, eləcə də təşkilatı, maliyyə, elmi tədqiqat, təhsil və başqa sahələrə çəkilən xərclərə qənaəti təmin edir və yaxud da belə qənaətə şərait yaradır.

Kreativ proses yeni ideyanın yaranmasından onun praktiki reallaşdırılmasına qədər olan dövrü əhatə edir;
Yeniləşmə prosesləri bazar münasibətləri ilə əlaqədardır. Kreativ fəaliyyətin nəticələri bazar iqtisadiyyatında əsasən sahibkarlıq strukturları ilə realizə olunur, istehsalat kommersiya nəticələrinin həlli kimi onların fəaliyyət stabilliyinin, inkişaf səviyyəsinin və rəqabət qabiliyyətliliyin əsas amili kimi çıxış edir. Beləliklə, onlar bazara konkret istehlakçı və ya istehsala yönəldilmişdir. Kreativ menecmentin əsas funksiyası aşağıdakı tələblərə cavab verməlidir;
Yeni ideyaların əmələ gəlməsi, qüvvədə olan təşkilati qanun və prosedurlara yeniliklərin tətbiq edilməsinə imkan yaratmaq, yeni ideyalar tətbiq etmək və onları gündəlik operativ işin bir hissəsinə çevirmək olmaz. Ən yaxşı ideya belə mənfəət gətirməyinə qədər operativ işin bir hissəsi ola bilməz. Kompaniyalar tərəfindən kreativ strukturların lahiyə prinsipli ilə qurulması daha geniş istifadə olunan bu strukturların həqiqətən yaradılması prosesinin sübutudur.
Onun əsas mənası, təşkilatların belə adlanan layihəli qruplar çərçivəsində maddi, insan və maliyyə resurslarının birləşməsi konkret məsələnin həllinə istiqamətlənməlidir. Məzmunca bu məsələlər yeni növ məhsulun yaranmasından, və ya digər elmi-texniki problemin həllinə qədər müxtəlif ola bilər. Layihəli qruplarda geniş təşkilati idarəetmə sərbəstliyi olur. Firmanın rəhbərliyi qarşısına qoyulmuş məsələnin yerinə yetirilməsi müddəti, maddi resursların həcmi, maliyyə vəsaitlərinin limitini müəyyən edir və onun fəaliyyətinin cari məsələlərinə müdaxilə etmir. Təşkilati layihəli qrup kompaniyanın sərbəst həlqəsi kimi ( mərkəz, bölmə və s)rəsmiləşdirilən və ya qız ( törəmə) firması kimi və yaxud və onun hər hansı bölməsinin «damı» altında mövcud ola bilər.

Bu qruplar daima yeni texnologiya və sahibkarlıq fəaliyyətinin meyllərini təhlil etmək, daxili qiymətləndirmənin həyata keçirmək, kompaniyanın maliyyə imkanları strategiyasının istehlakçıların tələbatını, rəqiblərin təzyiqini, layihələrin texniki fəaliyyətini nəzərə alaraq daha perspektiv layihələri seçmək iqtidarında olur. Strukturun qurulmasının layihəli prinsipi bir qayda olaraq əvvəllər istifadə olunmamış texnologiyanı, hətta idarəetmə metodlarını tətbiq etməklə yeni növ məhsulun ixtira olunması ilə əlaqədar olub kommersiya təcrübələrində istifadə olunur. Bu böyük risk, uğursuzluq və maliyyə itkilərinə gətirib çıxara bilər. Bu prinsipin üstünlüyü kompaniyanın fəaliyyətinin inkişafının geniş spektrdə imkanlarını təsdiq etməlidir. Bu onlardan daha perspektivlisini aşkar etməyə imkan yaradır. Çünki o uğursuz fəaliyyət nəticəsində yaranmış maliyyə itkilərini aradan qaldırmağa və ya artıqlamasilə kompensasiya edilməsinə şərait yaradır.

Layihəli qrupların modifikasiyaları arasında ən geniş yayılanı sərbəst biznesin yeni sahələrinin inkişaf mərkəzləridir: Onların ölçü və strukturu mövcud firmanın ölçüsü və təsərrüfat-fəaliyyətinin spesifikasından asılıdır. Bəzi firmalarda bu korporasiya səviyyəsində mövcud olan bölmələr, şöbələr digərlərində isə- istehsalat bölmələri çərçivəsində ola bilər. Belə bölmələrin əsas vəzifəsi hazır məhsulların tədqiq olunması və istifadə olunmasıdır. Bu da satış bazarda firmanın stabilliyini təmin etməli, və son nəticədə bu məhsulun rentabelliyini təmin edir. Belə mərkəzlərin əsas məqsədi mövcud potensial gəlirli bazarların axtarılması xidmətini həyata keçirərək korporasiyanın uzun müddətli planlarında öz əksini tapmış fəaliyyəti həyata keçirməkdir.

Kreativ fəaliyyətdə uğurun əsas səbəbini bir çox rəhbərlər firmanın biznes fəlsəfəsinin dəyişdirilməsində görür. Müəssisənin əsas qayğısı bazara istiqamətlənərək istehlakçının ümidini başa düşmək, doğrultmaq və üstələməkdir. Əgər firmanın məhsulu onların ümidlərinə uyğun gəlirsə və yaxud üstələyirsə onu alırlar. Müəssisə eyni zamanda alıcıda özünə qarşı etibar yaratdıqda daha çox müsbət nəticələrə nail olacaqdır. Razı qalan müştərilər məhsulu tərifləyir, bu da hər bir reklamdan inandırıcıdır. Bazan fəlsəfəsinin digər xüsusiyyəti odur ki, uğur əldə etmək üçün vacib işçilər arasında qeyri-formal ünsiyyət müxtəlif üsullarla həyata keçirilir. Menecerlər belə bir faktı nəzərə alırlar ki, əməkdaşlar arasında ünsiyyətin sıxlığı iş yerlərindən və onların yerləşməsindən asılıdır. Tədqiqatlar göstərir ki, işçilər arasında məsafə 10 m olanda onlar arasında heç olmasa həftədə 1 dəfə ünsiyyət 8-9 faiz,əksinə,5m olanda isə 25 faizdir.

Əməkdaşlar arasındakı əlaqələri inkişaf etdirən təşkilatı şərtlər işdə «komanda» ruhu yaradır. Kompaniyaların strukturunda yeniliklər horizontal xətti intensiv olur. Eyni səviyyəli idarəetmə işçiləri arasında informasiya mübadiləsi gedir. İnnovasiya layihələrinin müvəffəqiyyətlə reallaşdırılması üçün belə kooperativləşmə əsasən öz funksional xidmətini idarə edənlər arasında — konstruktorlar, texnoloqlar, təchizatçı, təşkilatçılar və s. vacib informasiyaların, material resurslarının əldə olunması mənbəyi kimi çıxış edir və onlara mənəvi dayaqdır. Bu və ya digər səviyyədə hər hansı bir işə cəlb olunmuş işçilər rəhbərin qarşısında bunu böyük səylə müdafiə edəcəklər.


Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
 
 

0 şərh