Kreativ proyektin işlənməsi

Bir çox müəssisələrin yenilikləri həyatı keçirmək cəhdləri əksər hallarda effektiv olmayan rəhbərlik və kadrlar məsələsində qeyri adekvat qərarlar üzündən uğursuzluqla nəticələnir.
Novator yeniliklər yaratmaq prosesində əsas fiqurdur. O, müəssisədə "insan resurslarının" idarə olunmasında əsas rol oynayır. Novatorun xarakterik xüsusiyyətinə yeniliklər yaratmaqda aktiv iştirak etmək, qeyri-müəyyənlik və risklərin olduğu şəraitdə düzgün hərəkət etmək, problemin qeyri-standart həllini tapmaq, yüksək istehsal səviyyəsini təmin etmək aiddir. İdeyalar generasiya edən bilikli insan, iş çertyojlarından baş çıxaran mühəndis, məhsul və ya texnologiyanın təkmilləşdirilməsinə aid təkliflərlə çıxış edən ixtisaslı işçi, innovasiya layihəsinə başçılıq edən menecer novator ola bilər.

Son zamanlar novatorlara fərqli yanaşma böyük məna kəsb edir. Kadrların yığılması və yeniləşdirilməsi innovasiya layihələrinin müvəffəqiyyətlə işlənməsi üçün həlledici rol oynayır.
Layihənin qabaqcadan hazırlanmasından layihənin rəsmi işlənməsinə qədər texniki iş aparılır ki, bu da gələcəkdə innovasiya layihəsinin fundamenti rolunu oynayır. Ümumi formada ideyalar müzakirə olunur və novator ideyalarının ən geniş spektrini diskussiyaya cəlb edirlər. Texniki işçilər həll yollarını öz ixtisasları sahəsində axtarırlar.
Layihənin imkanları, Layihənin konkret ideyaları hazırlıq fəaliyyəti zonası yaradır. Bu təkmilləşdirməyə yönəlmiş texniki konsepsiyalar, yaxud da istehsal və yenidən işlənmə prosesində dəyişikliklərin baş verdiyi zaman istifadəçinin maraqlarının qabaqcadan görülməsi ola bilər. İstifadəyə istiqamətlənmiş novator ideyaları texniki işçilər marketinq üzrə mütəxəssislər və müxtəlif səviyyəli rəhbərlərdən elən əldə edilir. Bunlar istifadəçilər və ya rəqiblərlə bilavasitə ünsiyyətin nəticəsi kimi orijinal təfəkkürün bəhrəsidir.
Layihənin qəbulu İdeyaların texnologiya və bazarın tələbatı nöqteyi-nəzərindən müzakirəsi zamanın inkişafının nəzərə alınması və innovasiya prosesinin rəsmi işlənməsi daha konkret mərhələyə keçir. Bu mərhələdə fəaliyyət ondan ibarətdir ki, texniki işin istiqamətini istifadəçinin tələblərinə uyğunlaşdırılsın. Ən axırda isə konkret layihələnmiş təkliflər yazılı formada tərtib olunur, smeta tutulur, müddət müəyyən olunur və layihənin həyata keçirilməsi üçün təqdimat keçirilir.
Layihənin həyata keçirilməsi Bu mərhələ birbaşa layihəyə cəlb olunmuş mühəndis və bilikli insanların işi ilə bağlıdır. Onların fəaliyyəti texniki məsələlərin həlli və ideyaların generasiyasını özündə birləşdirir. Texniki işçilər əvvəlki işlərin nəticələrinin eləcə də xaricdən gələn informasiyalan analiz edir. Menecment üzrə mütəxəssislərin vəzifəsi layihənin istiqamətini düzgün müəyyən etmək üçün rəqibləri və istifadəçiləri gözdən qoymamalıdır. Rəhbərlik edən həlqə layihənin pozulmasına yol verməməlidir. Layihənin rəhbəri də digər mütəxəssislər layihənin imicini və büdcəni aktiv müdafiə etməlidir.
Layihənin nəticələrinin qiymətləndirilməsi Texniki iş qurtardıqdan sonra layihə əsaslı qiymətləndirilir, alınmış nəticələr fərz edilənlərə müqayisə edilir və bazarın cari tələbatına uyğun olaraq yoxlanılır. Əgər uğurlu yenilikdirsə istehsala təqdim olunur. Əks təqdirdə onun təkmilləşdirilməsi üçün qərarlar qəbul olunur, yada bu istiqamətdə iş dayandırılır.
Layihənin istehsala daxili olması əgər layihə yoxlamadan keçərsə o, tədqiqat bölməsindən istehsalat bölməsinə verilir ki yeniliklər kütləvi istehsala tətbiq edilsin. Yeniliyin bütün mərhələlərinin uğurla keçməsi üçün aşağıdakı funksiyaları yerinə yetirmək vacibdir:
- ideyaların generasiyası: bazarlar, texnologiyalar, yanaşmalar, məhsullar haqqında informasiyaların təhlil və sintezi yeni texnoloji proses və ya əmtəədə yeni ideya doğurur və yaxud da çətin problemin həlli yolunu tapır;
- sahibkarlıq səyləri və ya ideya uğrunda mübarizə: rəsmi təqdim üçün yeni ideyaya yanaşma və ya prosesin təhlili, nümayişi, aydınlaşdırılması, irəlilədilməsi; layihəyə rəhbərlik; ideyaların yaranması ilə məşğul olan işçilərin fəaliyyətinin planlaşdırılması, koordinasiyası və informasiyanın yoxlanması;
- daxili və xarici mühitin vacib dəyişiklikləri haqqında informasiyaların toplanması və nəzərə çatdırılması. Bazardakı, istehsalatdakı və texnologiya sahəsindəki hadisələrin gedişinə nəzarəti həyata keçirmək.

Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov

loading...

0 şərh