Innovasiya anlayışı

İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq la­zım­dır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-tex­niki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması ki­mi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.

  • Y.P.Morozov geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommersiya və s. xarakterli sosial-iqtisadi və təş­ki­la­ti-texniki qərarlar şəkilində yeniliklərdən mənfəətli, yeni səmərəli is­ti­fadəni nəzərdə tutur.
  • A.İ.Priqojin hasab edir ki, yeniliklər texnika və texnologiyanın in­kişafı, onların yaranması, mənimsənilməsi və digər obyektlərə dif­fu­ziyasının idarə edilməsi şəklinə düşür.
  • M.Xuçek qeyd edir ki, «Polşa dilinin lüğətində» innovasiya nəsə yeni bir şeyin, yeniliyin islahatın tətbiqini göstərir.
  • Fraskati rəhbərliyinə görə innovasiya-bazara daxil edilmiş praktiki fəaliyyətdə istifadə olunan yeni və ya təkmilləşdirilmiş proses və yaxud da kı, sosial xidmətlərə yeni yanaşma, həmçinin yeni və ya mütərəqqi məhsul şəklini alan innovasiya fəaliy­yə­ti­nin son nəticəsi kimi müəyyən olunur.
  • «Elmi-Texniki Tərəqqi» lüğətində innovasiya yeni məmulat növ­lərinin, texnalogiyaların, yeni təşkilati formalarının tətbiqinin və s. işlənib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəa­liy­yətini ifadə edir.
  • İnnovasiya-ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı pro­sesdir.(B.Tviss).
  • İnnovasiya-bazarda yeni və təkmilləşdirilmiş istehsal proseslə­rinin və avadanlıqların meydana gəlməsinə gətirib çıxaran texniki, isteh­­sal və kommersiya tədbirləri toplusudur.(F.Nikson).
  • İnnovasiya- bu elə bir ictimai-texniki-iqtisadi prosesdir ki, onun vasitəsi ilə ideya və ixtiralardan öz xüsusiyyətlərinə görə daha yaxşı məmulatlar və texnologiya yaradılmasına gətirib çıxarır. İnnova­siya­nın iqtisadi fayda ya mənfəətə istiqamətləndiyi halda,onun bazara çıxa­rılması isə əlavə məhsul əldə edilməsinə gətirib çıxara bilər (B.Sonto).
  • İnnovasiya-sahibkarlıq ruhu ilə motivləşdirilmiş istehsal amil­lərinin yeni elmi-təşkilati kombinasiyasıdır.(İ.Şumpeter).
  • Beynəlxalq standartlara uyğun olaraq innovasiya bazara daxil olaraq bazara daxil edilmiş təcrübi-praktiki fəaliyyətdə istifadə olu­nan yeni və yaxud təkmilləşdirilmiş proses və ya sosial xidmətlərə ye­ni yanaşma, yeni və yaxud mütərəqqiləşdirilmiş məhsul şəklini alan fəaliyyətinin son nəticəsi kimi müəyyən olunur.

İnnovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, innovasiyanın məxsusi məz­munu dəyişikliklərdən ibarətdir və innovasiya fəaliyyətinin və in­novasiya menecmentinin əsas funksiyası isə dəyişiklikləri optimal idarə etməkdir.
Müvafiq olaraq, innovasiya menecmenti dedikdə, biz «əmək məh­sullarında, istehsal vasitələrində, xidmətlər sahəsində və digər novator fəaliyyətindəki əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.
Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi.
1) yeni texnika yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə edilməsini;
2) yeni xassələrə malik məhsulun tətbiqini;
3) yeni xammaldan istifadə edilməsini;
4) istehsalın təşkilində və onun material-texniki təminatında də­yi­şikliklər edilməsini;
5) Yeni satış bazarının meydana çıxmasını.
Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:
- yeniliyə malik olmağa;
- bazar tələbini ödəməyə;
- istehsalçıya mənfəət gətirməyə;
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahə­lərinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»
Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit xüsusiyyətlərə malik bazara istiqamətlənir. Bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması ax­tarışının daima dəstəklənməsini, və ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mər­kəz­ləş­di­rilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.
Firmanın təşkilatı strukturunun layihələşdirilməsi zamanı mueyyənedici rol qeyri-mərkəzləşdirməyə məxsus olmalıdır. Kon­kret yeniliyin yaradılması prosesinin rəhbəri lazimi səlahiyyətlər və uyğun məsuliyyətlə təmin olunur. Uzun illər ərzində belə hesab edilib ki, elmin və texnikanın inkişafının dəqiq planlaşdırılması proq­noz­laşdırılan nəticələrin alınması ehtimalını əhəmiyyətli dərəcədə ar­tı­rır. Buna əsaslanan mütəxəssislər innovasiya pro­ses­lərinin idarə edilməsinin təşkilati sistemini formalaşdırmışlar.
Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gə­lir­lər ki, bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir. İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, en­tuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının ya­ra­dıl­ması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, inno­va­si­yaların yayılması elə bir prosesdir ki onun forması və surəti komu­ni­kasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat sub­yektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötü­rül­məsi prosesidir. Ötürülmənin və diffuziyanın (nüfuzetmənin) vəzifəsi isə informasiya menecmenti kimi hər hansı bir elm sahəsi hüdud­larından nəzərdən keçirilə bilər.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

0 şərh