İnnovasiya menecmenti və elmi-texniki siyasət

İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqaməitləriqdən biridir.Onun məqsədi aşağıdakı sahələrdə firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir: yeni məhsullar işlənib hazırlanması və tətbiq edilməsi (innovasiya fəaliy­yəti); buraxılan məhsulun modernləşdirilməsi və təkmilləşdi­rilməsi; ənənəvi məhsul növləri istehsalının daha da inkişaf etdirilməsi; köh­nəl­miş məhsulların istehsalatdan çıxarılması.
İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib ha­zır­lanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə ve­­ri­lir. Yeni növ məhsullar işlənib hazırlanması və buraxılması firma­­nın strategiyasının daha üstün istiqamətləri olur.
Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütöv­lük­də aşağıdakıları nəzərdə tutur:
-innovasiya fəaliyyətinin plan və prqramının işlənib hazır­lanma­sı;
-yeni növ məhsullar işlənib hazırlanması gedişinə və onun tət­biq­inə nəzarət edilməsini;
-yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını;
-vahid innovasiya siyasətinin həyata keçirilməsini: istehsal böl­mə­lərində bu sahənin fəaliyətinin əlaqələndirilməsini;
-innovasiya fəaliyyəti prqramının material və maliyyə resursları ilə təmin edilməsini;
-innovasiya fəaliyyətinin ixtisaslı heyyətlə təmin edilməsini;
-innovasiya problemini ideyadan seriyalı məhsul istehsalına qədər kompleks şəklində həll etmək üçün müvəqqəti qruplar yara­dıl­masını.
İri firmalarda tədqiqat işləri və istehsalı vahid prosesdə birləş­di­rən vahid elmi-texniki kompleks yaradılması innovasiya fəa­liy­yə­ti­nin inkişafının müasir mərhələsinin əsas xüsusiyyətlərindən biri­dir. Bu «elm-istehsal» tsiklinin bütün mərhələlərində sıx əlaqə olmasını nəzərdə tutur. Bütöv (tam) elm-istehsalat-satış sisteminin yaradılması obyekttiv olaraq qanunidir. Bu elm-texniki tərəqqi və firmanın bazar münasibətlərinə istiqamət götürülməsi tələbi ilə şərtlənir.
XX əsrin 80-cı illərindən başlayaraq müasir firmaların inno­va­si­ya siyasətində elmi-texniki və istehsal-satış fəaliyyəti istiqamətində yeni meyllər özünü aydın surətdə göstərməyə başladı. Bu hər şeydən əvvəl buraxılan məhsulun çeşidində satışla bağlı olan texniki xid­mətlərin (incinirinq mühəndis-məsləhət xidməti lizinq, məsləhət və digər ) genişləndirilməsi ilə müşayət olunan yeni elm tutumlu mə­mu­lat­ların xüsusi çəkisini yüksəltməyə cəhd etməkdə özünü göstərirdi. Digər tərəfdən isə ənənəvi məhsullar istehsalına çə­kilən xərclərin aşa­ğı salınmasına cəhd edilməsində özünü göstər­məkdədir.
Bu meyl öz güclərini yüksək texniki mürəkkəbliyə malik olan məhsullar işlənib hazırlanması və istehsalına cəmləşdirən (radio ele­k­­­tron texnikası, xüsusi ilə EHM və mikro prosessorlar, rabitə vasi­tə­lə­ri, aviakosmik texnika, enerji avadanlığı, avtomatlaşdırma vasitə­lə­ri və s) ABŞ-ın maşınqayırma sahəsində fəaliyyət göstərən transmil­li korporasiyalarının texniki siyasətində özünü qabarıq şəkildə gös­tərir. Onlar belə məmulatlar buraxılmasının inhisara alınması he­sa­bına kapi­talın tez bir zamanda amortizasiyasını təmin etməyə; ma­şın və avadanlıqlar bazarının ayrı-ayrı bölmələrində liderliyi saxlama­ğa cəhd edirlər. Eyni zamanda onlar rəqabət qabiliyyətini yük­səltmək məq­sədilə maşınqayırmanın ənənəvi sahələrində istehsal xərclərinin əhəmiyyətli şəkildə aşağı salınmasına cəhd edirlər.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

 

0 şərh