Işçilərin effektiv işləməsi üçün necə ofis lazımdır?

Adi bir insan ( əgər yüksək menecer pilləsində rahat bir kreslo yiyəsi deyilsə, həmçinin də tənbəl adam və freelancer-yəni ştatdan kənar fəaliyyət göstərən işçi olmazsa) sutkanın üçdə bir hissəsinin ofisdə keçirir.

Demək olar ki, işdə keçirdiyi vaxt evdə və ya başqa bir yerdə keçirdiyi vaxtdan çox olur. Təcrübəli menecer başa düşür ki, ofisin funksionallığı ilə kompaniyanın əməkdaşlarının əldə etdiyi nailiyyətlər arasında bir başa əlaqə mövcuddur və bu əlaqə həqiqətən mühüm əhəmiyyət daşıyır. Hansı tərəfə fırlatsan da, şüuru varlıqlar təyin edir.

Bəs sıravi mühasibə, mühəndisə və ya əmək məhsuldarlığının artımına görə cavabdeh olan korrektora nə lazımdır?
Elə də çox şey lazım deyil, sadəcə mətbəx, istirahət otağı, pulsuz qəhvə avtomatı, idman zalı və masaj edən kreslo -sözü gedən araşdırma zamanı sorğu çərçivəsində müsahiblərin əksəriyyəti məhz bu cavabları vermişlər. 

Rahat və güvənli

Fərqi yoxdur, işçi öz iş masasını arxasında həmişə oturur ya yox, onun heç olmasa yalnız ona məxsus olan müəyyən bir şəxsi zonaya ehtiyacı vardır. Bir əmək dəzgahından digərinə qədər olan məsafə bir metrdən az olmalı deyil. Kompüterlər isə elə yerləşdirilməlidir ki, əməkdaşlar arxadan kiminsə onların monitoruna baxmasından qorxmasın. Üstəgəl yaxşı hava. Kabinetlərdə otaq bitkiləri yerləşdirin ki, onlar çoxlu oksigen ifraz etsinlər.

Texnoloji kompaniyalar isə iş yerləri ilə eksperiment aparmağı daha çox xoşlayır. 2011-ci ilin sentyabrında Google və Facebook korporasiyaları oturaq işə görə, bel və kürək ağrılarından əziyyət çəkən əməkdaşlara güzəştə gedərək, onlara ayaq üstə işləməyə icazə vermişlər. Problemin həlli kompüterlərin göz səviyyəsinə qaldırılan hündür stolların üstündə quraşdırılması idi, lakin səkkiz ayaq üstə qalmaqdan yorulan insanlar üçüm isə həm də bar stulları formatında taburetlər də nəzərdə tutulmuşdu. Lakin belə şəraitdə əməkdaşlar gərək rahat çəkmələrin olmasının  qeydinə qalsınlar.   

Bir neçə ay əvvəl Philips kompaniyası  əmək məkanın təşkilinə yeni yanaşma tətbiq etməyin yollarını təqdim etdi. Onun hər bir əməkdaşı gün ərzində görəcəyi iş planından asılı olaraq iş yerini seçə bilər. Personalın bir qismi öz vaxtının müəyyən bir qismini görüşlərdə keçirir, ya da təkliyə çəkilib haradasa çalışır. Əsas məqsəd ofisdə olan bütün iş yerlərinin maksimum istifadə olunmasıdır, çünki iş otaqlarının və yerlərinin sayı ştatda olan insanların sayından daha azdır.  Bu əlbəttə ki, yaxşıdır, qənaətcildir, bəs gözəl günlərin birində bütün işçilər ofisdə çalışmağa qərar versə bəs onda nə olacaq? Belə halda nə etməli? Bəs onda bu müzakirələr sonda mübahisəyə aparıb çıxarmayacaqmı?    

Bitkilərə gəldikdə isə «Skolkovo» biznes məktəbi  daha irəli gedərək, öz binalarında canlı divar ucaltmışdır, hal hazırda bu divar dünyada ən böyük canlı divar hesab olunur. Yəqin ki orada oksigen kifayət qədərdir. Amma belə nəhəng canlıya, yəni yaşıl çəpərə baxmaqdan ötrü də xüsusi bir personala ehtiyac var.  Belə bir ofisdə ayrı-ayrı əməkdaşların bu qədər miqdarda bitkiyə qarşı allergiyasının olması daha bir problem törədə bilər.

İstirahət zonası

Kimi isə ayaq üstü iş, kimi isə pilləkəndə siqaret çəkmək üçün yer, kimi isə ayaq yolundakı güzgü xilas edə bilər, amma əksər işçilər, xüsusi ilə də zehni əmək ilə məşğul olanlar mütəmadi olaraq daha keyfiyyətli şəkildə mühit dəyişikliyinə ehtiyac duyurlar. ABŞ-da və Avropanın cənubunda xüsusi yataqlar çox dəbdədir, işçilər onların üstündə uzanıb 10-15 dəqiqə mürgüləyə bilərlər. Amma əlbəttə ki, daha ənənəvi variant kabinetlərdə, dəhlizlərdə və ya ayrıca istirahət otaqlarında qoyulmuş divan və kreslolardır.  Mesaj kresloları da yorğunluqdan qurtulmaq üçün çox ideal vasitədir və iş yerlərinə xeyli sizə yardımçı ola bilər.

Əlçatan su və qida

Maye çatışmazlığı işləmə qabiliyyətini aşağı salır. Çaydan və elektrik samovarı iş yerlərinin əsas atributlarına çevrilib, hətta adama elə gəlir ki, onlar artıq Əmək Məcəlləsinə daxil ediliblər. Bir fincan çay, bir stəkan su- baş qarışdırmaq, özünü yenidən xoş notlara kökləmək və sadəcə susuzluğu yatırtmağın ən mükəmməl üsuludur. Öz ofisiniz boyu gəzişin və fikirləşin ki, əməkdaşlar üçün aldığınız çay və qəhvə növlərinin miqdarı yetəri qədərdirmi?

Yaponların təcrübəsindən çıxmış metodlardan biri menecmentdə də kifayət qədər yayılmışdır.  Elmi tədqiqatların birində sitrusların beynin fəaliyyəti üçün çox xeyirli olduğunu oxuyandan sonra, rəhbərlər sərəncam vermişlər ki, işçilər üçün mandarin, portağal, qreyfrut və həmçinin bu meyvələrin şirələrini alsınlar. Əsas səbəb isə işçilərin beyninin gün ərzində lazımı vitaminləri əldə etməsi və gün boyu tonusda olmasıdır.

Çox da baha olmayan günorta yeməyini almaq və ya yeməyi qızdırmaq, həmçinin rahatca bir tikə çörək yeyə bilmək bütün işçiləri narahat edən məsələdir.   Bir çox şirkətlər öz işçiləri üçün balaca mətbəx təchiz edir, şokolad avtomatları alır və ya aşağı qiymətlər ilə bufet açdırır. 

Mobillik (çeviklik)

Əmək qabiliyyətinə və əsas effektivlik əmsalına (KPI) əzələ fəallığı öz təsirini göstərir. Məcbur deyil ki, siz buna görə tamamı ilə körpü vəziyyətini alasınız, adi bir qaçışda öz faydasını verə bilər. Bir sıra peşələr üçün ofis də hərəkət sürəti də çox vacibdir. Qərbdə çoxdandır ki belə hallarda velosiped, rolik və ya digər müasir yerdəyişmə avadanlıqlarından, texnikanın ixtiralardan istifadə edirlər. 

Auсhan şirkətinin bəzi dükanlarında, satış zallarında çalışan əməkdaşların yorğunluq və çevikliyi problemini məhz roliklər sayəsində aradan qaldırmışlar. Bəs yeni işçi roliklərdə hərəkət etməyi necə və harada öyrənsin. Bəs o qablarla dolu piştaxtaya çırpılsa və ya bilmədən hər hansı bir uşağı ayaqlasa onda necə olacaq?

Müəssisə ideologiyası

Müəssisənin prinsipləri, onun missiyası əməkdaşların motivasiyası baxımından çox mühüm rol oynayır və bundan istifadə etməklə çox şey etmək olar.  Sadəcə bu prinsipləri tez-tez xatırlatmaq lazımdır. Bu isə məhz işçilərin ünsiyyətə girməsi, müəssisənin məhsullarında istifadə etmək və əlbəttə ki elə həmin ofisin tərtibatından yararlanmaq sayəsində əldə edilir.

Boyalar alın və öz işçilərinizdən xahiş edin ki, gələrkən bir  çaxır butulkası gətirsinlər. Yaradıcılıq üçün stol ayırın, qoy burda hərə öz butulkasını bir cür rəngləsin. Rənglədiniz? Rənglənmiş butulkaları şkafa qoyun. Qoy bu sizin üçün bizim müəssisədə təşəbbüskarlığı, müstəqilliyi və yaradıcılığı təbliğ edən və onun vacib prinsiplərini vurğulayan bir nümunə olsun.

Beləliklə , PwC öz işçilərinin nəzərinə təbiətə qayğı və enerjiyə qanaət prinsiplərini çatdırmaq üçün təkrar materialdan hazırlanmış xalçalar, plastik olmayan, şüşə stəkanlar və kağızın təkrar emala göndərilməsi üçün xüsusi konteynerlər almış və elektrikə qənaət üçün xüsusi işıqlanma sistemi quraşdırmışdır. Microsoftun bufetində yeni proqram və oyunlar olan kompüterlər var, Lego da isə bütün əməkdaşlar da konstruktor yığa bilərlər, Adidas Group isə ofisdə bu brendə məxsus son model geyim və ayaqqabıların nümayiş olunduğu şou otağı təşkil etmişdir. Müəssisə loqotipi əks olunmuş parça çantalar və ofis başmaqları da dəbə yavaş-yavaş dəb halını alır.


 

0 şərh