Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

Müəssisələr,onların növləri və formaları

1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.


Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.


Ardı →

Həyatımın ən yaxşı məsləhəti

Mən öz karyeramı Gap şirkətinin qadın cinsləri satışı bölməsindən başlamışam: dizaynerlərlə çalışırdım -birlikdə gələcək modelləri seçir, plançılarla alınacaq malların həcmini müəyyənləşdirir, istehsalat müdirləri ilə sifarişlərin yerinə yetirilməsinə nəzarət edirdim. İki il sonra mən, o zaman mənə göründüyü kimi, çox gözəl bir model fikirləşdim: sürtülmüş və gen balaqlı boruşəkilli cinslər. Aparılan araşdırmalar və intuisiyam mənə deyirdi ki, bu superuğurlu məhsul olacaq. Buna görə də bizim baş direktorumuz Mikki Dreksler, indiki rəhbər J. Crew məni marketinq müdirilə bu ideyanı müzakirə etməyə dəvət edəndə, mən müvəffəqiyyətə şübhə etmirdim.
Ardı →

Şallaq, yoxsa qoğal?

Мотивация персонала: кнут или пряник?
İnsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti maksimum anlamağa çalışmalı, onun maraq və ehtiyaclarım nəzərə almalıdır. Neqativ möhkəmlətmə hakimiyyət verilmiş adamlar tərəfindən çoxdan istifadə olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarıda deyildiyi kimi insan tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək imkanı olduqda işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan düşür.


Ardı →

Mətbuat konfransı

Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir.
Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır.
Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.
Davamı →

Biometriya

Biznesin təhlükəsizliyinin təşkilində, xüsusən, elektron bank sövdələşmələri, elektron kommersiya, iş sahələrinin təhlükəsizliyi və mühafizəsi, kompüter məlumatlarının mühafizəsi və iş vaxtının uçotu məsələlərinə münasibətdə biometriya mühüm rol oynayır.

Bütün dünyada biometrik həllərə (yəni, insan yoxlanışının, hər bir konkret fərdin unikal biometrik xüsusiyyətləri əsasında aparıldığı sistemlərə) maraq artır. Beynəlxalq biometrik qrupun (BBQ) məlumatlarına əsasən, ümumdünya biometrik bazarının ümumi həcmi 2007-ci ildəki 4 milyard ABŞ dolları həddindən, 2010-cu ildə 10 milyard ABŞ dollarına çatıb. Şengen zonasına daxil olan ölkələr biometrik vizaların tətbiqini planlaşdırdıqlarını elan ediblər. Biometrik eyniləşdirmə üzrə yeni texnologiyalar və vasitələr, əvvəlki kimi, dünyanın müxtəlif ölkələrinin hava limanlarında fəal şəkildə tətbiq edilir. Maliyyəçilər, riteylerlər, təhsil müəssisələrinin, hüquq firmalarının, səhiyyə idarələrinin rəhbərləri sırasından yeni sifarişçilər də özləri üçün biometriyanın üstünlüklərini qiymətləndiriblər.


Ardı →

Menecer kimdir?

Menecmentin əsasını təşkil edən başlıca element — idarəçilik fəaliyyətinin peşəkar xarakter daşımasıdır. İngilis termini olan «manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur.
Menecer (ingilis manager, manage — idarəetmə) — muzdlu idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir.
Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir? sualıdır. Uzun illər ərzində o, müvəffəqiyyətə necə nail olmaq məsələsinin aydınlaşdırılmasında başlıca məsələ olaraq qalmışdır. Buna görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir. Belə ki, Konfutsi belə hesab edirdi ki, rəhbər hər şeydən əvvəl öz silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfuz etməyi bacarmalıdır.


Ardı →

Motivlərin tipologiyası

İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndirir, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.

Özünütəsdiq motivi
–özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.


Ardı →

İşdə cəsarət | Rafiq Hunaltay

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.

Mövzudan uzaqlaşmadan deyim ki, adamların istəklərini yerə salmayıb həmin görüşü təşkil etdim. Görüşün mövzusu əmək haqqını manatla almaq barədə idi. O vaxt əmək haqqları həmin şirkətdə dollarla verilirdi, manat daha dəyərli idi və işçilər də rəqəm eyni qalmaqla, amma manatla istəyirdilər maaşlarını.
Davamı →