Ilk qaynaqlarda xalq oyunlarına dair

Azərbaycan zərdüştlüyün vətəni olduğu kimi, ən qədim dövrlərdən bəri zəngin milli oyunların da vətənidir. "Avesta"ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, yeniyetmələrin sağlam, gümrah böyüməsi, onların at çapma, güləş, ox atma yarışlarında iştirakının tarixi ən qədim dövrlərə gedib çıxır.
Ilk dəfə Zərdüşt dininə iman gətirənə "Küştasp" və ya "Avesta"da yazıldığı kimi "Veyştasp" - sürətlə gedən ata və oyunun sahibinə deyilirdi. Hətta Zərdüştün əsl adı "Hənna" idi ki, bu da "qoca dəvə saxlayan" mənasını verir. "Avesta"da qoçaqlıq, güclü olmaq haqqında geniş bəhs edilir. Zərdüştilər bellərinə müqəddəs belbağı bağlayır və ona "koşti" deyirdilər. "Koşti" sonralar fars dilində "güləş" mənasını daşımışdır. Belbağı at quyruğu tükündən toxunmuş 72 sap ilməkdən ibarət idi. 7-15 yaş arasında olan hər bir zərdüşti 72 sap ilməyi olan belbağını kətan parçadan olan ağ, nazik köynəyinin üstündən belinə bağlayır və onu gündə bir neçə dəfə açır, yenidən bellərinə bağlayırdılar. Bu vaxt onlar "koşti" adlanan duanı oxumalı idilər. Dua vasitəsi ilə tövbə də edirdilər. Duanın bir yerində deyilirdi: "...qüvvətli olmağı əziz tuturuq, ona görə ki, onun gücü ilə düşməni aradan aparırıq". Məbud "Avesta"dan parçalar oxuyur, sonra hamı meyvələrdən yeyirdi.
Zorxanada güləş vaxtı manqalda üzərlik yandırma mərasimi zərdüştilərdən qalma adət-ənənədir. Idman oyunlarının müqəddəsləşdirilməsi də zərdüştiliklə əlaqədardır. "Avesta"da deyilir: "Ey Məzdəkə pərəstiş edən zərdüştilər, torpaqdan yaxşı bəhrə götürmək üçün əl və ayaqlarınızı bacarıqla işə salın, düzgünlüklə, yaxşı işləyin". "Avesta"da bacarıq, pəhləvanlıq, qəhrəmanlıqdan tez-tez söhbət açılır, çoxlu pəhləvanların adı çəkilir.
"Avesta"da pəhləvanlardan düşmən üzərində qələbə çalmaq üçün dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Həm də gözəl, yorğa gedən, bərk qaçan atlara malik olmaq vacib şərtlərdən sayılmışdır. Bundan əlavə, gələcək sağlam nəsil yetişdirmək üçün qəhrəmanların   hündürboy,   gözəl,   qədd-qamətli   olmaları zəruriyyətindən də bəhs edilir.
"Avesta"da "dəvrə" sözü sağlam mənasında işlədilmiş Zərdüştilər ata müqəddəs heyvan kimi baxırdılar. Ona görə də şahlarının adlarının ikinci hissəsi "asp" - "at" mənasında olmuşdur. Məsələn: Vəyitasp, Çamasp, Löhrasp, Puroşasp və s. Buna görə də gözəl, sürətlə gedən atları qoruyan iranlılar, azərbaycanlılar, yüksək rütbəli şəxsiyyətlər və pəhləvanlar Allaha ibadət etdikdən sonra ondan qüvvətli və sürətlə gedən atlar istəyirdilər. Işıq, müharibə və qələbə allahı Mehr oz əhdinə etibarlı olan adamlara sürətlə gedən atlar bağışlayırdı. Cəngavərlər at üzərində yəhərdə oturub, döyüşə gedərkən Mehr allahına ibadət edib, ondan qələbə çalmasına kömək etməyi arzulayırdılar.
Bəhram Ahura allahı isə güc, biliyə inam, ağır işlərdə yaxşı işləmək üçün qüvvət, bacarıq bağışlayırdı.
Insanlar Azərbaycanda neçə-neçə min illər bundan əvvəl məskunlaşmış və müstəqil həyat sürməyə başlamışlar. Iki milyon yaşı olan Azərbaycanın qədim sakinlərinin yalnız 2-3 minilliyi haqqında yazılı məlumata təsadüf olunur. Insan nəslinin "ünvanı" daşlarda, qayalarda çəkilən cizgilərdə-rəsmlərdə, düzəldilən əşyalarda və s. olmuşdur. Bunu Qobustan qayalarında daha əyani görmək olar. Qobustan insanların ilk əmək aləti, yaraq, bəzək qaynağı və sığınacaqlarından biri olmuşdur. Təbii qüvvələr qarşısında aciz olan insan daşlara, qayalara pənah gətirmiş, mağaraları özünə məskən seçmişdir.
Oyunlar ibtidai insanların formalaşmasında əvəzedilməz əməllərdən biri kimi qiymətləndirilir. Ibtidai insanlar formalaşdıqca onların oyunları da sadə formadan mürəkkəb formaya düşmüşdür. Azərbaycan oyunları yarandığı dövrdən xalqın adət-ənənələrini özündə əks etdirmişdir.
Tarixin bütün mərhələlərində Azərbaycan xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf etmiş, cəmiyyətin iqtisadi inkişafı ilə bağlı olmuşdur. Hələ qədim zamanlarda Azərbaycanda fiziki tərbiyə spesifik vərdişə yiyələnmək bacarığına, işgüzarlığın artırılmasına və sağlamlığın mohkəmləndirilməsinə, nəticədə hərbi hazırlığa doğru yönəldilmişdi. Qaynaqlardakı məlumatlar göstərir ki, qədim zamanlarda Azərbaycanın ərazisində nizə və ox atmaqla, qılınc oynatmaqla, güləşmə və s. ilə məşğul olmuşlar. Həmin idman növlərindən güləş dözümlülüyün və dikər fiziki hərəkətlərin inkişafı üçün əsas olmuşdur. Fiziki hərəkətlərin bu növü təkbətək döyüşün və digər vuruşların taleyini həll edirmiş.
Milli oyunlar bugünkü Azərbaycan ərazisində müxtəlif qədim tayfaların, o cümlədən türklərin-xəzərlərin, hunların məskunlaşma dövründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçmişdir. Bu gün də bir sıra qədim qaya rəsmlərində, habelə Qobustan və s. yerlərdə ilkin xalq oyunlarının müəyyən izləri vardır. Milli oyunlar əcdadlarımızın həyatının çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqadlarını, mərasimlər dünyasını əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını əks etdirmək baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, onlar xalqın arzu və ideyalarını müəyyənləşdirmək məqsədilə yaranmış və bu günə qədər gəlib çatmışdır. Milli oyunlarda xalqın psixologiyası, əhval-ruhiyyəsi, zülm və istismara qarşı mübarizəsi əks olunmuşdur.
Professor A. Nəbiyev haqlı olaraq yazır ki, Azərbaycan xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları etibarı ilə çox zəngindir. Təbiidir ki, onların bir çoxu daha erkən dövrün təsəvvürləri ilə bağlı olmuş, ibtidai dövrün səciyyəvi cəhətlərini özündə əks etdirmişdir. Şübhəsiz ki, unudulmuş, dəyişikliklərə uğramış bir çox oyun süjeti bizə bütöv halda gəlib çatmamışdır. A.Nəbiyev yazıya alınmış xalq oyunlarını aşağıdakı qayda üzrə təsnif etmişdir:
1. Rəqsdaxili oyunlar;
2. Mərasim oyunları;
3. Məişət oyunları;
4. Ictimai məzmunlu oyunlar;
5. Uşaq oyunları.
Bunlardan əlavə:
1. Cıdır oyunları;
2. Meydan oyunları;
3. Atüstü oyunlar;
4. Otüstü oyunlar;
5. Yekbə oyunlar;
6. Sim oyunları;
7. Kəndirbaz oyunu;
8. Gözbağlıca oyunu;
9. Zorxana oyunları;
10. Milli güləş;
11. Şahmat, nərd və dama oyunları.
Təsnifat qrupuna daxil olan hər bir oyunun özünəməxsus fərdi xüsusiyyəti olduğu kimi, oyunların da ortaq, ümumi cəhətləri çoxdur.
Xalq oyunları cəldlik, gözəllik, qıvraqlıq aşılayan, yüksək humanist duyğular təlqin edən, şəri məhkum etməyi, yaxşını qorumağı və ona kömək etməyi tərənnüm edən folklor janrlarındandır. Bunlarda bəzən çox qədim dövrün məişət həyatının bir lövhəsi, bir anı, bir əyləncəsi təsvir edilir ki, onun vasitəsilə də xalqın ümumi mədəni səviyyəsini, inkişafını, böyük bir dövrün ictimai həyatını müəyyənləşdirmək mümkün olur.
Xalq oyunlarının tarixini tədqiq etmək üçün ilk növbədə qısa da olsa, Azərbaycanın siyasi, ictimai tarixinə nəzər salmaq lazımdır, çünki xalq oyunlarının inkişafı bir tərəfdən iqtisadi inkişaf ilə əlaqədar idisə, digər tərəfdən müharibələrə hazırlıqla əlaqədar (milli güləş, ox atmaq, at çapmaq, çövkan, qopuq oyunu, kəndirbazlıqda müxtəlif oyunların nümayişi, yortma qaçış və s.) olmuşdur.
Xalq oyunlarının tarixini dərindən tədqiq etmək üçün ilk növbədə ərəb, fars dillərindəki ilk qaynaqlardan, etnoqrafik və epiqrafik materiallardan, arxeoloqlarımızın qazıntı nəticəsində aşkara çıxardıqları maddi-mədəniyyət abidələrindən istifadə etmək lazım gəlir. Ilk orta əsri işıqlandıran başlıca mənbələr -Sasani dövründən qalmış kitabələr, gümüş və mis qablar, sinilər, möhürlər və digər mədəniyyət abidələrinin tədqiqi bir sıra dəyərli məlumatlar əldə etməyə imkan verir. Burada geyim, oyun-əyləncələr, musiqi, xüsusilə dövrün etiqadları haqqında bilik vardır. Həmin əsərlərin və yazıların çox hissəsi bizə gəlib çatmışdır. Onlardan biri 1X-X1 əsrlərdə yazıya köçürülmüş "Avesta" ədəbiyyatıdır.
Ərəbdilli qaynaqlarda Azərbaycanın ictimai, iqtisadi, siyasi tarixi ilə əlaqədar, yeri gəldikcə mədəniyyət tariximizə, milli adət və ənənələrimizə, müxtəlif mərasimlərə də toxunulmuşdur. Azərbaycan xalqının mədəniyyəti haqqında verilən qeydlər pəhləvi, ərəb və türk dillərində bizə çatmışdır. Bu mənbələrdə zərdüştlük və xalq bayramları haqqında verilmiş məlumatlar bir-birini tamamlayır. Həmin dövrlərin məhsulu olan bir sıra ərəb və fars dilli müəlliflərin əsərlərində xalqımızın bayramlarının, oyun və əyləncələrinin Azərbaycan sərhədlərindən xeyli uzaqlara yayılması haqqında da danışılır. Belə mənbələrdə mənəvi mədəniyyətlərimizin, etiqadlar, bayramlar, oyun və əyləncələrin tədqiqinə kömək edən bir sıra xəbərlərə də rast gəlirik.
Ibn-Əl-Əsir (1160-1234) özünün dərin məzmunlu, iri həcmli "Əl-Kamil-Fit-tarix" adlı əsərində Azərbaycanın ictimai, iqtisadi və siyasi tarixi ilə yanaşı, mənəvi mədəniyyəti barəsində də zəngin məlumat vermişdir. Bu əsərdə monqolların Azərbaycana hücumu, onlar tərəfindən bir sıra şəhərlərin dağıdılması bütün təfərrüatı ilə verilmişdir.
Azərbaycan xalqı orta əsrlərə qədəm qoyarkən yeni qəsbkarlarla üzləşməli olmuşdur. III əsrin ortalarında qüvvətlənməyə başlayan Sasani imperiyası bir sıra qonşu əyalətləri, o cümlədən Atropateni, Albaniyanı öz tərkibinə daxil edə bilmişdir. Atropaten və Albaniya iqtisadi cəhətdən imperiyanın digər Yerlərinə nisbətən üstün idi. Sasani imperiyası tərkibində oirləşən feodal dövlətlərinin mədəniyyəti şöhrətli "Sasani mədəniyyəti" addanan mədəniyyətin yaranmasına səbəb olmuşdur.

0 şərh