Səfeh aparıcılar və jurnalistlər

Azərbaycan dilini ən yaxşı Xəzər TV-nin aparıcıları və redaktorları bilir. Onların verilişlərində səhv tapmaq qeyri-mümkündür. Şopen əvəzinə Şapen deyib öz intellektlərini göstərən AzTv müxbirlərindən fərqli olaraq fərqli olaraq bu kanalın işçiləri qətiyyən səhv etmir.Onlar bilir ki, pensiya kartı və penisiya kartı eyni şeydir:
pensiya kartı yoxsa penisiya kartı

Özlərini professional saysalar da,ANS işçilərində aparıcılıq qabiliyyəti,diktorluq qabiliyyəti ən pis səviyyədədir. Afət Telmanqızı adlı bir jurnalistinin rus dilində səlis danışması isə dillər əzbəridir.Rus dili bilmirsənsə danışmaq vacibdir? Gərək özünü rüsvay edəsən? İstəyənlər həmin anlara qulaq asa bilər.Afət Telmanqızı rus dilində danışa bilmir

Telekanlların hamısında ləhcə səhvləri var.

  • Corc Buş əvəzinə Dzordz Buş
  • Ukrayna əvəzinə Ukrayniya
  • Amerika əvəzinə Amerka
  • Presdent yaxud prezdent demək adi hal alıb.

Avstriya əvəzinə Avstraliya deyəni məcburi şəkildə qadın alverinə cəlb etmək lazımdır. Çünki Motsartın vətəniylə kenqurunun vətəni ayrıdır.
Atlantida qədimdə Atlantik okeanda olmuş mifik bir ölkədir. Antarktida isə dünyanın 6 materikindən biri.
Təzə təbə minmiş amplua əvəzinə ampula deyənlər isə adamı lap əsəbiləşdirir. Ampula ayrı şeydir,amplua ayrı.

Jurnalistlərin və aparıcıların səhvləri hər yerdə olur. Hətta böyük jurnalistika məktəbi olan Rusiyada belə турнир Большого шлема əvəzinə турнир  Большого члена deyənlər olur.

Amma onlarda bu çaşqınlıqdan olur.Azərbaycanda isə savadsızlıqdan. 
Dəqiq,qərəzsiz və vicdanlı şəkildə ANS  jurnalistləri dünya ölkələrinin prezidentlərini də dəyişə bilir:
Corc Buş yoxsa Vladimir Putin?

Telefirdə ən böyük kuryezlərdən biri də bu sayılır:
AzTv-də işləyən birisi Amerikanın Hyuston şəhəri əvəzinə Huyston demişdi. Хьюстон əvəzinə Хуйстон!
Qeyd. Yazının hazırlanmasında disput.az forumunda verilən materiallardan istifadə edilib. 

Nəticə: Az səviyyəsiz televiziya verilişlərinə baxın. Vaxtınızı daha faydalı şeylərlə keçirin. Məsələn, mənim yazılarımı oxumaqla.

69 şərh

ilham
Yağ kimi Zaur,Ay Zaur,Elgiz kimi aparıcılar nə bilsin ki,Anlantida nədir?
Silen_ce
Xəzər TV-də xəbərlərdə mütləq hərf səhvi olmalıdır. Diqqət etsəniz görərsiniz: Yazı efirə gedəndən sonra kimsə səhvi görür, düzəldib yenidən verirlər. Bəs bu xəbər başlıqlarına əvvəlcədən göz gəzdirə bilməzlər???
tenqo
Gəzdirə bilərlər yox, gəzdirməlidirlər. Ya bunu etmirlər, ya da bunu edən şəxsin özü savadsızdır
Silen_ce
Mizantrop, AŞİBKA nədir??
Türkəl
5 il bundan qabağa kimi (Elmar Hüseynovun qətlinə kimi), hər gün ANS-dən xəbərlərə baxırdım və demək olar ki, hər gün də bir səhv tapırdım. Üstündən çox vaxt keçib, yadımdan çox şey çıxıb. Amma aparıcının futbolçu Ümüt Davalaya, Davalan deməsi (bundan sonra uşaqlarnan ona Savalan deyirdik), və Milad günü haqda reportajda müxbirin "İsa peyğəmbərin anası Mariya Maqdalena...." deyərək, İsanın anası Müqəddəs Məryəmlə, onun yaxşı yola gətirdiy fahişəni eyni insan cildinə salması heç vaxt yadımdan çıxmayacaq. Efirdə yemək yeyən futbol şərçhiləri isə tamam başqa söhbətin mövzusudur. Şübhəsiz, indi vəziyyət o vaxtkından da pisdir…
faberit
Bütün mövzunu oxudum və hiss olunur ki maraqla və diqqətlə hazırlanıb amma bu sətirləri çıxmaq şərti ilə…
Bu cümlələri heç cürə anlaya bilmədim…
<< «Avstriya əvəzinə Avstraliya deyəni məcburi şəkildə qadın alverinə cəlb etmək lazımdır. Çünki Motsartın vətəniylə kenqurunun vətəni ayrıdır „<< — Mümkündürsə buna aydınlıq gətirə bilərsiniz…
Ferbara
Bu söz mənim də xoşuma gəlmədi.
Hagverdiyev
Əgər fikir versəniz görərsiniz ki, çox vaxt KİV-də və reklamlarda «Azərlotereya» sözünü «Azarlotereya» deyirlər.
2ral
Düz yazıblar. lotoreya elə azar kimi bir şeydir.
tenqo
«Taleh açarı» adlı lotereyanın adında yəqin səhvən taleh yazıblar, bilərək yox. Qismət mənasında tale yazmaq istəyiblər yəqin. Bəlkə də qəsd Taleh yazıblar, hansısa Taleh adlı şəxsin şərəfinə.
bloqçu
Təəssüf, çox təəssüf ki, bu deyilənlər bu gününün həqiqətləridir. Bu işdə olanlar buna diqqətlə yanaşmalıdılar. Səhvlərdən, qaçmalıdılar, nə dillər topuq vurmalıdır, nə də yazılar səhv yazılmamalıdır. Xəzər TV-də xəbərlərdə Anarın aparcılığını bəyənirəm, amma orda bəzən alt yazılarda səhvlər olur. Amma 5-10 dəq sonra düzəldirlər. Silen_ce demişkən, bunlara əvvəlcədən göz gəzdirmək belə çətin işdir ki?
Ləhcə, bilməməzlik, «akcent» və nəticədə diqqətsizlik nitqə qarışdığı zaman böyük fəsadlara yol açır. O fəsadlar ki, cəmiyyətin diqqətinə buraxılır. Biyabırçılıq.

Mən özüm də jurnalistlərin, aparıcıların işləri haqqında bəzən yazılar yazıram. Ya öz fikrimi, ya da «Jurnalistikanın 10 qızıl qaydası» kitabından. Yeri gəlmişkən bu sahədə olan, dünən yerləşdirdiyim yazım: Aparıcının nitqi
Admin 2010-07-04 19:12:58 redakte edib
2ral
Lətifə:
ANS-in milliyətcə azərbaycanlı jurnalistləri Xose Bernardo və Yelena Sidorenkodan dilimizi öyrənir.
Silen_ce
İnsafən desək Sidorenko Natəvan Babayevadan yaxşı danışır.

Bir neçə il bundan əvvəl idi. «Xəbərçi» başladı, Qənirə Ataşovanın isə efirdə olduğundan deyəsən xəbəri yox idi. Gözlərini kameraya zilləyib baxırdı. Kənardan kiminsə pıçıltısı eşidildi: «Başlaaaa»… Aparıcı yenə də təəccüblə baxırdı. Səs bir də gəldi: «Baaaşlaaaa»… Bundan sonra hər şey öz qaydasına düşdü))
Ferbara

Qənirə Ataşova müxbir kimi bəlkə də yaxşıdı. Amma diktor kimi bəyənmirəm. Çünki diktor təmkinlə mətni oxuyar. O isə yazıların gözündən qaçmağından qorxaraq tələsə-tələsə oxuyur. Bu da eybəcər görünür. Ümumiyyətlə, ANS TV-çilərin ən böyük səhvi sürətlə danışmaqlarıdı. Bununla onlar az vaxt çərçivəsində çox məlumat vermək istəyirlər. Ancaq tamaşaçını nəzərə almırlar. Mən onlara qulaq asanda narahat oluram. Onların baş məsləhətçiləri keçmiş Az TV (yeri gəlmişkən, hal-hazırda bu kanal digərlərinə nisbətən veriliş, mövzu seçimində daha zövqlüdü) əməkdaşı Sabir Ələsgərov da bu işdə bir yardımçı ola bilmir. Elə bil mühərrik qoşublar çənələrinə. ))


Bir də ANS ÇM radiosunda xanım dj-lərdən birinin sözlərdə «n» səsi əvəzinə «v» səsini işlətməyi məni dəli eləyir. Məs., «fikrinizi» əvəzinə «fikrivizi», "ürəyiniz" əvəzinə "ürəyiviz" demək efirə yaraşmaz. Neçə dəfə ANS-ə bu cür səhvlər üçün xəbərdarlıq eləmişəm. Bəziləri səhvlərini düzəldərək təşəkkür edir, bəziləri isə eynilə davam eləyir. Sizə də tövsiyyə edirəm. Gördüyünüz səhvləri burda müzakirə etməklə yanaşı görən kimi onlara demək lazımdı. Görsünlər ki, camaat elə də savadsız deyil.

Silen_ce
XəzərTV-də «r» hərfini «q» kimi tələffüz edən aparıcı da var.
FrencaseS
kanallardan söz düşmüşkən  onu deyim ki Xəzər tv-də bir aparıcı var adı deysen Anardı nedi,xbərləri çox vaxt o aparır ona baxanda adam gülməkdən ölür .hər xəbərə öz münasibətini bildiri əl-qol hərəkətləriilə camaatı güldürür.ora baxanda adam elə bilir ki cəm yılmazın hansısa komediyasına baxır.inşallah bizim də telejurnalistlərin danışıq qabiliyyəti yüksələr ən azında buna ümid edək
Ferbara
Anarın aparıcılıq tərzi digər kanallara da sirayət edib. Fikir versəniz, ən ciddi Az TV və İctimai TV xəbərlərində də bu cür tərzə rast gəlinir.
Silen_ce

İndi ATV-də də xəbərləri daha maraqlı formada təqdim edirlər. Məncə ən baxılası elə «Son xəbərdir». Əsas odur ki, siz dediyiniz kimi, aparıcılarda ANS-dəki gərginlik hiss olunmur.

Ferbara
Qəribə orasıdı ki, Anar ANS TV-nin keçmiş işçisidi. Yəqin bu gərginlikdən qaçıb.
Silen_ce
Həm də bir qəribəlik də ondadır ki, televiziya məkanında Asif Bağırov, Dr Ziya, Mətanət, Böyük Seva, Nigar Şıxlinskaya kimi sərbəst aparıcılar ANS-də olub, onları da şəxsən çox bəyənirəm.
FrencaseS

düzdür sirayət edib.ama digər kanallarda əl qol hərəkətləri etmirlər axı.AZtv-nin aparıcıları isə  maşallah bülbüldülər.yazılanları   əzbər oxuyurlar

Hagverdiyev
Bizim juranlistlər xəbərləri təqdim edərkən çox vaxt deyirlər ki, filan yerdə səyləri birləşdirib filan işi gördülər, yaxud filankəs dedi ki, biz bütün səylərimizi cəmləməliyik. Düzü, cümlə quruluşu burada düz olur, lakin, dilimizdə «səy» sözü həm də «gic» «dəli»«başdanxarab» və s. mənasını verdiyi üçün onunla bağlı ifadələr bəzən yaxşı səslənmir.
Rovsen
Biz səylərimizi birləşdirib Qarabağı hərb yolu ilə ala bilərik)))
Hagverdiyev
Deyəsən, problemlərin həlli yollarını yavaş-yavaş tapmağa başlayırıq…
Ferbara
Bu cür sözləri efirdə eşidəndə gülürəm. ))
tenqo
Hansı sözləri?
Ferbara
kökü «səy» olan sözlər.
tenqo
Məncə, pis səslənmir. Siz nəyə görə onu yalnız «dəli», «başdanxarab» kimi beyninizə həkk etmisiniz? «səy» sözünün digər mənası da var, elə o mənada da işlənir və siz də çalışın həmin mənada qəbul edin. Dilimizdə omonimlər çoxdur, onların mənalarını qarışdırmaq düz deyil. Nərə çəkmək ifadəsində nərəni balıq kimi başa düşmək nə dərəcədə düzgündür? Təhrifə qalsa, çox ifadələrin mənasını yozmaq olar
Hagverdiyev

Sözlərin yerində işlədilməsi barədə, səhf etmirəmsə bir dəfə ATV kanalında «El içində» verlişində müzakirə olunub. Aparıcı Elçin müəllim bir reklam mətnini sitat gətirdi, yuyucu tozlarla bağlı idi. Təxmini məzmunu balədir ki,köhnə paltarı yuyulduqdan sonra reklamda tamaşaçının  gözünə soxurlar ki, baxın lap «təzəyə» oxşayır. Yəni «təzə» sözü nə qədər yaxşı söz olsa da burda çox uğursuz alınıb, o cümlədən «səy» sözü də cümlədə düzgün işlədilməyəndə mənim beynimdə və ya sizin beyninizdə necə həkk olunmağından asılı olmayaraq yaxşı səslənmir.

tenqo
Hər bir ifadə, söz cümlədə, yaxud ayrıca düzgün işlədilməyəndə pis səslənir və mən də xoşlanmıram bundan, hərdən gülməyim də gəlir. Əgər «səy» sözü və ya başqa hansısa söz yerində və düzgün işlədilibsə, onda bunu pis qəbul etmək lazım deyil. Ola bilər sizinçün pis səslənsin, amma mənimçün «səy göstərmək», «səyləri əsirgəməmək» və s. bu tipli ifadələr heç də pis səslənmir.
Ferbara
Burda ancaq Rövşənin şərhindəki misal gülməli gəlir. Sən dediyin ifadələrdə «səy» sözü yanındakı sözlə bir-birinə yaraşır.
Westsider
«Səy» sözünün «dəli» mənasını ömrümdə birinci dəfə eşidirəm… Bəlkə «səfeh» olar?
tenqo
Bu söz qərb zonasında daha çox işlədilir o mənada. Başqa zonalarda da ola bilər işlədilsin, amma daha çox qərb zonasında rast gəlinir. «dəli», «gic», «səfeh», «başıxarab» mənalarında işlədilə bilir.
Westsider
Hmm, eşitməmişəm… Məlumata görə təşəkkür.

P.S. Başa düşmədim niyə -1 qoydular… Mən bütün dialektləri bilməməliyəm ki…
Ferbara
Bu söz şivə sözdü. Hər regionda işlənməyə bilər.
Cavid


Ferbara
ANS TV-nin əməkdaşlarının hamısı rusdillidi (Afət Telmanqızıdan başqa). Ona görə onların səhvləri boldu.
Cavid






Olanda olur...

ilham
Burada günah aparıcıdadır. İnstrumentim ətdəndir sözünə diqqəti yönəltməsəydi heç kim fikir verməyəcəkdi.Zaur Baxşəliyevi tərifləyənlər bu videoya baxsalar yaxşı olar.
r9perviz
Mənim Zaurdan xoşum gəlmir, amma orda gülməmək olmazdı axı…
Ferbara
Zaur bərbad elədi söhbəti. Aygün Bayramova da ədasından yerə-göyə sığmır. ))
Cavid
Ilham sənlə razılaşmaya bilmərəm, amma auditoriya da öz sözünü deyir)
Ferbara
ANS-də «prezident» sözünü düzgün tələffüz edə bilmillər. Məs., Afət Telmanqızı «piyezident» deyə bilir.
FrencaseS
mən də eşitmidim o sözü .özüm-özümdən şübhələnirdim ki görəsən həqiqətən də bu söz piyezidentdi))
Cavid





Olanda olur)
Ferbara
Ay… ay… ay… Nə qədər güldüm, ay…
Silen_ce




Ferbara
Müttəfiiiq!!))
Silen_ce

xeyr, müfəttiş!!!))))))))

Ferbara

eee. q hərfini səhvən yazdığımı indi gördüm. Mənim yazımı pozun. Deyəcəklər, bizə lağ eliyirsiniz, özünüzdən danışın.


Olanda olur daa ))

Ferbara

Silen_ce, sən məni lap çaş-baş saldın e… ))) Hamısı gülməli videonun ucbatındandı.))))))))))

Silen_ce
məqsəd də məhzı çaşdırmaqdı))) düz yazmışdın, mən aparıcının dili ilə danışdım:)
Silen_ce




Westsider
Başa düşmədim.
r9perviz
Aparıcı dezinfeksiya deyəndə sağ yuxarı küncdəki şəklə fikir versəz, məncə siz də güləcəksiz :)
Westsider

Elə baxıram, amma nəsə çatmır :S

r9perviz
«Dozun qripi əleyhinə dezinfeksiya» və şəklə fikir ver :)
Westsider
Yəni adamların şəklini göstərmələri nəzərdə tutulut? Əgər elədirsə, ona çoxdan fikir verdim, amma gülməli gəlmədi… Ehh..))
Arzt
Məni daha çox əsəbləşdirən reytinq xatirinə hər şeyi etməyin adət halı almasıdır.Camaatın ailə problemləri ANSin Günəbaxanında,Elgizin Cümə axşamında (həqiqətən cümə axşamı olur) və s.Guya yaxşılıq edirlər.Mən biləni edilən yaxşılığı az adam bilsə daha çox savab sayılır.Nəsə.Yenə yadıma düşdü.
admin

Youtubeda başqa video qalmadı? Qalıbsa onları da qoyun.
Hamının nəzərinə: Kimin sözü varsa bloq yazıb bildirsin yaxud şərh versin. Bütün videoları bura yükləməyin.

Bakinets
Ay bədbəxt adam! Kimsə rus dili bilmirsə bu onun günahı detil.Azərbaycanda yaşayan adamın rus dili bilməsi vacib deyil. Afət Telmanqızı rus dili bilmir.Nolsun? Əvəzində 100 dəfə rusca danışan jurnalistlərdən yaxşı işləyir.
Öz yazında dəbə minmək əvəzinə təbə minmək yazmısan.Təb yarı şeydir dəb ayrı. Yazını sonradan düzəltməyə də çalışma. Özün azərbaycanca düz yaza bilmirsən heç.
Cavid
Dediyin sözlərlə demək olar ki razıyam ancaq yazdığın sözlərin dəqiq kimə aid olmasını bilmık istəyərdim, «Ay bədbəxt adam»?
Bakinets
bu yazını qoyan adama.
Samir012
Mənim fikrimcə yazını qoyanı qınamalı deyil, sadəcə dərs götürmək lazımdır.