Səfeh aparıcılar və jurnalistlər
Azərbaycan dilini ən yaxşı Xəzər TV-nin aparıcıları və redaktorları bilir. Onların verilişlərində səhv tapmaq qeyri-mümkündür. Şopen əvəzinə Şapen deyib öz intellektlərini göstərən AzTv müxbirlərindən fərqli olaraq fərqli olaraq bu kanalın işçiləri qətiyyən səhv etmir.Onlar bilir ki, pensiya kartı və penisiya kartı eyni şeydir:
Özlərini professional saysalar da,ANS işçilərində aparıcılıq qabiliyyəti,diktorluq qabiliyyəti ən pis səviyyədədir. Afət Telmanqızı adlı bir jurnalistinin rus dilində səlis danışması isə dillər əzbəridir.Rus dili bilmirsənsə danışmaq vacibdir? Gərək özünü rüsvay edəsən? İstəyənlər həmin anlara qulaq asa bilər.Afət Telmanqızı rus dilində danışa bilmir
Telekanlların hamısında ləhcə səhvləri var.
- Corc Buş əvəzinə Dzordz Buş
- Ukrayna əvəzinə Ukrayniya
- Amerika əvəzinə Amerka
- Presdent yaxud prezdent demək adi hal alıb.
Avstriya əvəzinə Avstraliya deyəni məcburi şəkildə qadın alverinə cəlb etmək lazımdır. Çünki Motsartın vətəniylə kenqurunun vətəni ayrıdır.
Atlantida qədimdə Atlantik okeanda olmuş mifik bir ölkədir. Antarktida isə dünyanın 6 materikindən biri.
Təzə təbə minmiş amplua əvəzinə ampula deyənlər isə adamı lap əsəbiləşdirir. Ampula ayrı şeydir,amplua ayrı.
Jurnalistlərin və aparıcıların səhvləri hər yerdə olur. Hətta böyük jurnalistika məktəbi olan Rusiyada belə турнир Большого шлема əvəzinə турнир Большого члена deyənlər olur.
Amma onlarda bu çaşqınlıqdan olur.Azərbaycanda isə savadsızlıqdan.
Dəqiq,qərəzsiz və vicdanlı şəkildə ANS jurnalistləri dünya ölkələrinin prezidentlərini də dəyişə bilir:
Telefirdə ən böyük kuryezlərdən biri də bu sayılır:
AzTv-də işləyən birisi Amerikanın Hyuston şəhəri əvəzinə Huyston demişdi. Хьюстон əvəzinə Хуйстон!
Qeyd. Yazının hazırlanmasında disput.az forumunda verilən materiallardan istifadə edilib.
Nəticə: Az səviyyəsiz televiziya verilişlərinə baxın. Vaxtınızı daha faydalı şeylərlə keçirin. Məsələn, mənim yazılarımı oxumaqla.
69 şərh
Bu cümlələri heç cürə anlaya bilmədim…
<< «Avstriya əvəzinə Avstraliya deyəni məcburi şəkildə qadın alverinə cəlb etmək lazımdır. Çünki Motsartın vətəniylə kenqurunun vətəni ayrıdır „<< — Mümkündürsə buna aydınlıq gətirə bilərsiniz…
Ləhcə, bilməməzlik, «akcent» və nəticədə diqqətsizlik nitqə qarışdığı zaman böyük fəsadlara yol açır. O fəsadlar ki, cəmiyyətin diqqətinə buraxılır. Biyabırçılıq.
Mən özüm də jurnalistlərin, aparıcıların işləri haqqında bəzən yazılar yazıram. Ya öz fikrimi, ya da «Jurnalistikanın 10 qızıl qaydası» kitabından. Yeri gəlmişkən bu sahədə olan, dünən yerləşdirdiyim yazım: Aparıcının nitqi
ANS-in milliyətcə azərbaycanlı jurnalistləri Xose Bernardo və Yelena Sidorenkodan dilimizi öyrənir.
Bir neçə il bundan əvvəl idi. «Xəbərçi» başladı, Qənirə Ataşovanın isə efirdə olduğundan deyəsən xəbəri yox idi. Gözlərini kameraya zilləyib baxırdı. Kənardan kiminsə pıçıltısı eşidildi: «Başlaaaa»… Aparıcı yenə də təəccüblə baxırdı. Səs bir də gəldi: «Baaaşlaaaa»… Bundan sonra hər şey öz qaydasına düşdü))
Qənirə Ataşova müxbir kimi bəlkə də yaxşıdı. Amma diktor kimi bəyənmirəm. Çünki diktor təmkinlə mətni oxuyar. O isə yazıların gözündən qaçmağından qorxaraq tələsə-tələsə oxuyur. Bu da eybəcər görünür. Ümumiyyətlə, ANS TV-çilərin ən böyük səhvi sürətlə danışmaqlarıdı. Bununla onlar az vaxt çərçivəsində çox məlumat vermək istəyirlər. Ancaq tamaşaçını nəzərə almırlar. Mən onlara qulaq asanda narahat oluram. Onların baş məsləhətçiləri keçmiş Az TV (yeri gəlmişkən, hal-hazırda bu kanal digərlərinə nisbətən veriliş, mövzu seçimində daha zövqlüdü) əməkdaşı Sabir Ələsgərov da bu işdə bir yardımçı ola bilmir. Elə bil mühərrik qoşublar çənələrinə. ))
Bir də ANS ÇM radiosunda xanım dj-lərdən birinin sözlərdə «n» səsi əvəzinə «v» səsini işlətməyi məni dəli eləyir. Məs., «fikrinizi» əvəzinə «fikrivizi», "ürəyiniz" əvəzinə "ürəyiviz" demək efirə yaraşmaz. Neçə dəfə ANS-ə bu cür səhvlər üçün xəbərdarlıq eləmişəm. Bəziləri səhvlərini düzəldərək təşəkkür edir, bəziləri isə eynilə davam eləyir. Sizə də tövsiyyə edirəm. Gördüyünüz səhvləri burda müzakirə etməklə yanaşı görən kimi onlara demək lazımdı. Görsünlər ki, camaat elə də savadsız deyil.
İndi ATV-də də xəbərləri daha maraqlı formada təqdim edirlər. Məncə ən baxılası elə «Son xəbərdir». Əsas odur ki, siz dediyiniz kimi, aparıcılarda ANS-dəki gərginlik hiss olunmur.
düzdür sirayət edib.ama digər kanallarda əl qol hərəkətləri etmirlər axı.AZtv-nin aparıcıları isə maşallah bülbüldülər.yazılanları əzbər oxuyurlar
Sözlərin yerində işlədilməsi barədə, səhf etmirəmsə bir dəfə ATV kanalında «El içində» verlişində müzakirə olunub. Aparıcı Elçin müəllim bir reklam mətnini sitat gətirdi, yuyucu tozlarla bağlı idi. Təxmini məzmunu balədir ki,köhnə paltarı yuyulduqdan sonra reklamda tamaşaçının gözünə soxurlar ki, baxın lap «təzəyə» oxşayır. Yəni «təzə» sözü nə qədər yaxşı söz olsa da burda çox uğursuz alınıb, o cümlədən «səy» sözü də cümlədə düzgün işlədilməyəndə mənim beynimdə və ya sizin beyninizdə necə həkk olunmağından asılı olmayaraq yaxşı səslənmir.
P.S. Başa düşmədim niyə -1 qoydular… Mən bütün dialektləri bilməməliyəm ki…
Olanda olur...
Olanda olur)
xeyr, müfəttiş!!!))))))))
eee. q hərfini səhvən yazdığımı indi gördüm. Mənim yazımı pozun. Deyəcəklər, bizə lağ eliyirsiniz, özünüzdən danışın.
Olanda olur daa ))
Silen_ce, sən məni lap çaş-baş saldın e… ))) Hamısı gülməli videonun ucbatındandı.))))))))))
Elə baxıram, amma nəsə çatmır :S
Youtubeda başqa video qalmadı? Qalıbsa onları da qoyun.
Hamının nəzərinə: Kimin sözü varsa bloq yazıb bildirsin yaxud şərh versin. Bütün videoları bura yükləməyin.
Öz yazında dəbə minmək əvəzinə təbə minmək yazmısan.Təb yarı şeydir dəb ayrı. Yazını sonradan düzəltməyə də çalışma. Özün azərbaycanca düz yaza bilmirsən heç.