Ofis planktonu

Ofis planktonu- əsasən menecment, accounting, finance sahəsində parazitlik edən insanlar qrupudur. OP əslində internetə girə bilən,dünyagörüşü nisbtən geniş, yalnız şəhərdə yaşayan cındodur. Adi cındodan fərqli olaraq təhsillidir, təzə jurnallar alır, restorana, art-kluba və s. xarabaxanaya gedir. Əsasən əhalinin orta təbəqəsinə aid olur.
Işlə məşğul olmaq əvəzinə facebook, odnoklassniki, foruma girir
Fiziki iş onlar üçün cəhənnəm əzabıdır. Qonşu otağa gedib printer üçün kağız yaxud noutbuk gətirəndən sonra OP gərək dərman atsın,2 saat dincəlsin,qospitala düşsün. Aşağı mərtəbəyə düşməyib başqasını göndərmək üçün telefonda 10 dəqiqə yalvarmağa da hazırdır.
Özünü evdə elə göstərir ki,guya bütün günü ağır iş görüb (əslində kompüterdə kart oynayıb)
Kənddə 3 gün belə yaşaya bilmir,çünki əli işə öyrəşməyib
Paulo Koelyo,Harri Potter,Den Braun kimi pops-ədəbiyyat oxuyur
Düşük cümlələrdən,guya fəlsəfi mənalı ifadələrdən xoşu gəlir.Bu dünyada ya qazlayan olmalısan ya da qazlanan kimi səfeh fikirlər ağlına gəlir.
Məhəllə,Parni iz Baku,KVN xəstəsidir
Fotoşop erotikası,pişiklər,maşınlar,bahalı Vertu şəkilləri,model qızların ora-burası və s. ilə maraqlanır. Kompüterdə fon şəkli(background) ya Ferrari,ya da Asia Carrera şəkli olur.
Sevimli günləri təbii ki,cümədir.
ofis planktonuOfis planktonu(OP) ilə mütəxəssisin fərqi var: mütəxəssisi əvəz etmək çətindir. O işdən çıxsa yerinə adam tapmaq,işlə tanış etmək müşküldür. Amma,faks göndərmək, telefona cavab vermək,Excel-də diaqram çəkməkdən başqa əlindən bir iş gəlməyən OP-u əvəzləmək asandır.
OP yayda Nabranda(bəziləri Antalyada) olur.Xaricə gedəndə oteldən çıxmır. Şəkillər də bu tipdə olur:mən dəniz qırağında, mən fontanın yanında, mən dəvənin üstündə.
Öz vətənini görməyə gözü yoxdur. Amma qanmır ki,Avropada o heç bir şeyə yaramayacaq.
OP-lardan ən ikrah doğuranı lazım oldu-olmadı qulağına telefon qulaqcığı,bluetooth-qarnitura taxanıdır. Bir qayda olaraq mobil telefon OP-un 2 aylıq maaşı qiymətinə olsun. Bütün günü onunla əlləşir, SMS yazır.
Evində gərək plazma-televizor olsun. Baxmayaraq ki,onda ancaq düşük türk seriallarına baxılacaq. Deməyə ehtiyac yoxdur ki,kreditə.
Öz intellekti yuxarı olmadığından yaxşı karyera qurmaq imkanı olmayan OP-lar intriqaya meyl edir, müdiriyyətin dalınca danışır, zəhmətkeş işçiyə torba tikir.
Qadın OP-larda gəlirin bölüşdürülməsi belə gedir: 20% kontur və şirniyyat, 30% aylıq kredit borcu, 50% pal-paltar. Onlar kofta-bluza-tufli-lifçik-kolqotka-zir-zibil yığınına istınilən qədər pul verməyə hazırdırlar. Təki iş yerində kimsə ondan bu modalı əşyanın hardan alındığını soruşsun. Qadın OP_lar cürbəcür dieta,arıqlamaq vasitələri,pilinq,silikon qoymaq və s. əsas istehlakçısıdır.

 

25 şərh

Leyla
Bütün ofis işçilərini yıxıb-sürümüsən ki=)
Özünü evdə elə göstərir ki,guya bütün günü ağır iş görüb (əslində kompüterdə kart oynayıb) Tamamilə razıyam. Bir yaxınımı necə var təsvir etmisən.
fidan

Yazıq menecerlər(((
Bir tərəfdən baxanda düzdür: çoxu ancaq Feysbukda oturur ya kart oynayır. Ona görə firmaların çoxu gəlirlə işləyə bilmir. Onlara görə bəzən professionalları da sokraşeniyaya salırlar.

2ral
sokraşeniya=ixtisar
müəllif yenə də kəskin və şişirdilmiş şəkildə verib. Amma yumor xoşa gəlir.
Şəklin də yeri var,mənalıdır.
papatürk
Boynunuza alın ki,çoxunuzu təsvir ediblər.
Aynur

Kənddə 3 gün belə yaşaya bilmir,çünki əli işə öyrəşməyib.


Bütün şəhərlilər belədir,tək ofis planktonları yox.

Arzt
1)Şəkillər də bu tipdə olur:mən dəniz qırağında, mən fontanın yanında, mən dəvənin üstündə.

2)Öz vətənini görməyə gözü yoxdur. Amma qanmır ki,Avropada o heç bir şeyə yaramayacaq.

Yenə də maraq doğuran həqiqətlər.:-)
bankir

Mizantrop,sən hansı firmada işləmisən??Elə bil illərlə bizim audit kompaniyalarında işləyib.


Yazdıqların isə hamısı düzdür. Kompüterdə fon şəkli(background) ya Ferrari,ya da Asia Carrera şəkli olur bunu oxuyandan sonra şübhələnirəm səndən:-) Bizim komüterin fon şəkillərini sən hardan görmüsən?


 

Nailə_Rzayeva
Əla. Tam da olmasa demək olar ki, 90% həqiqətlər yazılıb. Nə etməli gündəlik həyatımızda belə insanlar çoxluq təşkil edir və sanki virus şəklində günü-gündən artırlar. İnşaallah bu viruslara qarşı vaksinlər tapılar…
Turxan
«Deməyə ehtiyac yoxdur ki,kreditə.» Kreditin mene ele gelir ki, temaya hech bir dexli yox idi.
2ral
Turxan,Bakıda alınan məişət cihazlarının çoxu kreditə alınır. Müəllif demək istəyir ki,pulun azdırsa,get gücün çatan bir şey al. Şəxsən şahidi olmuşam ki, cındırından cin ürkən kasıb birisi 2200 AZN-ə plazma televizoru kreditə alır. Ay qardaş,pulun azdırsa,kreditə alırsansa get ucuzunu al da...Gərək sən bioplazma texnologiyalı TV alassan?
P.S. Azərbaycan milli hərfləri ilə yaz.
Turxan
Tural, men burda universitetda sene teessuf ki, azerbaycan shriftleri ile yaza bilmiyecem, bir de ki, kredit ele almaga imkanin chatmayan eshyalarin alinmasi uchun verilirdeeee… kreditle nese almaqda zapadlo yoxdu ki…
Wizard
Mən də deyirdim ki, Asia Carrera-nı məndən başqa Azərbaycanda tanıyan yoxdu! :)
fidan
Nəyə görə məhz ofis planktonları? Niyə başqa ad seçməyiblər?
Arzt
Planktonlar suda yaşayan demek olar ki hərəkətsiz canlılarıdır.Ofis Planktonu da ofisin az hərəkətli və ya hərəkətsiz canlısı anlamına gəlir.Bu mənim öz fikrimdi.
Türkəl
oxuyuram və çox gülürəm… etiraf edirəm ki, yazılanlardan bəzi şeyləri mənə də aid etmək olar  :)
2ral
bunu etiraf etməyə özündə güc tapmısansa,böyük şeydir:)
fidan
Yuxarıda bankir şərhində də bu barədə yazmışdı. 100 faiz özü kreslo arxasından durmayan,kompüterdə kart oynayıb backgrounda qız şəkillərini qoyan işçilərdəndir))
2ral
Kreslo demişkən,səlim Özdəmirin məqaləsini də qoydum- Kreslo virusu
Səbinə
Sevda,sənin fikirlərinlə həmrəyəm. Amma yazanda Ə hərfini də yaddan çıxarma.
kastanka
İnanmayacaqsınız amma mən  işdə bekarçılıq üzündən neçə dənə  işdən çıxmışam. İndiki işim də növbəti olacaq deyəsən.)))Əslində işdə heç nə etməməyə hərəkətsizliyə nifrət eliyirəm.İşimdən zövq almaq mənimçün çox önəmlidir.Sadəcə bu da bir keçiddir.Əsas məqsədimə nail olmaq üçün bu mərhələni də keçməliyəm yəqin ki.Amma sızə deyim ki, oturaq iş insanı çox passiv edir.Heç nə etməsən də, elə bil dünyanın işini görmüsən.Axşam evə gedəndə çox yorğun hiss edirəm özümü.Amma əksinə fizki iş görəndə heç də yorğun olmuram.Bax belə bi nyüans daha.
tenqo
Bu mövzuda yazılanlar konkret kiminsə həyat tərzindən götürülüb, məncə :) Paulo Koelyoya kimi yazılanlar, həqiqətən, əsl ofis planktonlarına xas olan xüsusiyyətlərdir :) Digər əlamətlərə də malik ola bilərlər, amma sırf onları xarakterizə etmir
Ferbara
Bu məqalə təsadüfən mənim e-mailimə gəlməsəydi, Kayzeni gec tanıyacaqdım. Təşəkkürlər,  mizantrop.
məryam
Gözəl şəkildi. Teşekkürler eziyyete göre.