medik-cındo

İki il zülümlə müəllim yanına gedib Tibb Universitetinə qəbul olur, ilk kursda ümumi şeyləri öyrənirlər. Sonra isə əyinlərində xalat, əllərində pinset, boyunlarında fonendoskop, ciblərində pul, beyinlərində isə heç nə başlayırlar tibb elminin dərinliklərini öyrənməyə. Hamıdan çox oxusalar da(77 il 6 ay 8 gün) həkimlərin maaşı az olur. Ona görə bəziləri ilk kursdan dərman firmalarında işləməyə başlayır.
Əczaçılığın uşaqları elə institutun qapısına girməmiş dərman firmalarına özlərini soxuşdurmağa çalışırlar. Stomatoloqlar sürü ilə universitetə girir, qurtarandan sonra naxır ilə dental klinika açır, amma heç biri taraz diş düzəltməyi bacarmır.
Üçüncü-dördüncü kursda artıq bölünməyə başlayan müalicə işi fakültəsinin uşaqlarının işi zülümdür. Onurğa fəqərəsində dalağın sol yuxarı küncündə arteriyadakı trombositlərin faqositozunun albumin zülalı ilə qarşılıqlı təsir zamanı bazu sümüyünün yuxarı nahiyəsindəki vətərin parasimpatik sinir sisteminə təsirini əzbərləyirlər. savadsız həkim (medik-cındo)Həftədə 5 gün oxumaq bəs deyilmiş kimi otrabotka, leksiyalarda qoyun kimi oturub mühazirə yazmaq, evdə mədənin hipofizinin aktivlik periodu cədvəlini əzbərləmək və s. əzablara da dözməli olurlar.
Gələcək xirurqlar anatomiyanı əzbərlərləyir, it-pişiyin kor bağırsağını yarırlar. Terapevtlər isə cərrahlardan fərqli olaraq əllərini qana-sidiyə bulamırlar. Amma əvəzində kliniki farmakologiya oxuyur, gecə 72 yaşlı qadının aybaşısı zamanı fimoz aortasının neyrofizioloji təsirini aktivləşdirmək üçün aspirini venaya vurmağı öyrənirlər. Çoxları indidən poliklinikalarda praktika keçir, gələcəyi üçün iş yeri hazırlamağa çalışır. Yazıqlar!
Qalan qızlar ginekologiyanı öyrənir, dünyaya daha bir əclaf, cəmiyyətə lazımsız adamın gəlməsi üçün Kesarevo əməliyyatında uşaqlıq yolunun neçə santimetr daraldığını öyrənir, AKUŞERLIYIN ƏSASLARI adlı 1964-cü ilin rus dilində olan kitabını oxuyur. Qalan dəli-dülülər isə psixologiya, patoloqoanatomiya, fiziki tərbiyə və s. gic-gici şeylər oxuyur.

Buna baxmayaraq tibb ixtisası yenə də prestijlidir. Kənddə çobanın qızı da, şəhərin baş polis idarəsinin yüksək vəzifəli işçisinin uşağı da ora gedir. Girən girir, girməyəni də dədə-anası birtəhər soxuşdurur. Başqa universitetlərlə müqayisədə avara-uvaranın sayı azdır. Çünki savadsız iqtisadçı(onsuz da savadlısı azdır),savadsız hüquqşünas(savadlısı heç yoxdur),savadsız neftçi(neftçi savadı neynir?) təhlükəli deyil. Amma savadsız həkim!!! Təəssüfləndirici haldır ki, az-çox savadlı həkimlər ölür, qocalır, yerinə gələnlər də spazmalqonla valerianı fərqləndirə bilmir. Vay halınıza!
Bütün tibb ixtisasında oxuyanlar hemodializin hipotalamusa necə təsiri olduğu haqda gedən mühazirələrdə 2 saat dəftərdə yazı yazsalar da, ereksiya zamanı tənasül alətinin necə böyüdüyü kimi sadə şeyləri bilmədiyi üçün ali məktəbdən qovulmalıdırlar.

 

19 şərh

bankir
bu yaziya ya gərək minus reytinq verəsən ya da plyus. Başqa cür olmur.
Tibdə oxuyanların yəhsil səviyyəsi digər ixtisaslarda oxuyanlarınkından daha üstündür-bunu etiraf etmək lazımdır.
HTML
Orda oxuyan qızlar özlərini elə aparır guya bunlar çox gözəl,çox sexy qızlardır:

Minus verməyin,əziyyət çəkmişəm.
2ral
Əziyyət çəkib bunu yerləşdirənə qədər daha faydalı iş görə bilərdin. Odur ki minus alırsan şəxsi profildə.
P.S.Qızlar qəşəngdir.
Arzt
Elə demə xətirlərinə dəyər.Nə etsinlər qəbul olandan sonrakı təvəzökarlıqla əlaqəlidi.Narahat olma 4-5ci kursda artıq evdə qalma sindromları baş qaldırır.
papatürk

Həmişəki üslubda.Bu dəfə daha çox özünü reklam edib və elmi cümlələri daha çox işlədib.Psevdoelmi şeylər qabarıqdır.Bu yazını oxuyandan sonra həkim olmazdım deyə bilmərəm.

bloqçu
İş orasıdır ki qovmurlar da ali məktəbdən, qovmurlar.

Düz deyirsiniz «vay halımıza»! Azmı olub sağalmaq əvəzinə lap da azara düşənlər, azmı olub səhv ucbatından ölənlər. Bircə etibar qalmışdır, o da çoxdan çöküb, indi gəl canını kiməsə etibar et — vay ki, nə vay!
Leveller
2 il müəllim yanina getmək sənin üçün zülüm ola bilər.Məsələyə öz prizmandan baxirsan və ümumi danışıb səhv edirsən.Mədənin hipofizinin aktivlik periodu cədvəli və s. digər məlumatları öyrənmək vəya əzbərləmək də həmçinin.Bunlar sənə zülüm ola bilər ,amma fikirləşmirsən ki, bunları sevərək, istiyərək eliyənlər də az deyil.Ona görə də  səthi yanaşmalı boş yazılarla camaatı həvəsdən salmaqdansa öz işinlə məşğul ol, biraz işə yara.Özü də yaxşı həkimin yaxşı da pulu olur, basıb-bağlama.
Dior
Əgər əzcaçılıq fakultəsində oxuyan uşaqlar,firmalarda işə başlayırlarsa,burda nə var ki.İşləmək nə vaxtdan qüsur sayılıb.Həm oxuyub,həm də işləmək.Bacarana can qurban!
Freddie
Bəs bacarmayana?

Siz bilirsiz ki, firmalara işləyən həkimlərin çoxu (hamsı deyil) xəstəyə lazım olmaya-olmaya bir sürü dərman yazırlar. Nə var ki, reçeptə yazdıqları hər dərmanın onlara faizi gəlir. Bəs buna nə deyirsiniz?
Dior
Mən sizin sadaladıqlarınızı nəzərdə tutmurdum.Aptekləri dərmanlarla təchiz edən firmaları nəzərdə tuturdum.Yəni əgər pula ehtiyacı olan tələbə,depoda işə düzəlirsə bu da qəbahətdi?
Freddie

İş də bundadır ki, o firmalarda işə düzələn şəxslərin tibbi savadı olmur. Çoxu elə firmadakıların qohum əqrabasıdır. Doğrusu o iş üçün heç savad da tələb olunmur. Bəyəm Tibb Universitetində tələbələrə dərman adları öyrədirlər?! O ki qaldı, pula ehtiyacı olan tələbəyə, fikrimcə işləyən tələbələrin 70%-dən çoxu pul ehtiyacı olduğundan deyil, artıq pula ehtiyacları olduğundan işləyir. Tələbəsən, get dərsini oxu da. Özü də tibb tələbəsi..

bankir
düzdür.Bəlkə də iqtisadiyyatı oxuyan tələbələik vaxtı işləyə bilər.amma tibb tələbəsi gərək oxusun.Ən adi şeyləri belə bilmirlər.Ona görə Türkiyədən,rusiyadan həkimlər gətizdirirlər.
Leveller
Meşə çaqqalsız olmaz.İndi o tibbi savadı olmayanlar var deyə bütün tələbələri belə ləkələmək düz deyil axı.Bu yazıda yaş da yanıb(yandırılıb) quru da.Sanki tibdə oxumaq heç nədi, apar tulla, hamısı savadsızdı.
bloqçu
Əlbəttə ki hamıya aid deyil. Amma, hər zaman pis, səhv olanlar müzakirə olunur deyə söhbət bu yerə gəlib çıxır. Təbii ki, yazılarda «bəzi», «bir çox» kimi kəlmələr istifadə olunsaydı, bu daha da məqsədə uyğun olardı, amma, ürəyimiz yandığından bəzən belə şeyləri unduruq. Hər halda qeyd edim ki, savadlılardan, işini vicdanıyla, haqqıyla verənlərdən Allah razı olsun, onlara halal olsun! Onlara kim söz dedi ki?! Burda savadsızlardan söhbət gedir.
Arzt
Mizantrop axır ki, bizi də yıxdın ;-)
Dediklərinin bəzilərinə mən də qatılıram.
r9perviz
Bu gün facebookda bir dostumun statusu bu mövzuyla üst-üstə düşürdü. Onu sizinlə bölüşüm.

Salam, doktor, məni tanıdız?
Həkim: Bağışlıyın, tanımadım.
Mən: Əlbəttə siz xəstələrinizi ayaqüstə görməyə öyrəşməmisiz.
burla xatun
Yaxşı cavab verib.Həkimi utandırıb.
Arzt
Mizantrop bir məsələyə də toxundu.Firma məsələsi.Nə etsinlər praktika kecəndən sonra hətta bilən tələbələri belə medbrat tibb qardaşı vəzifəsinə elə məbləğdə pul istəyirlər ki.Adam dəli olur.İş yerlərinin pulla satılması adət halını alıb.Danışdıqca əsəbləşirəm.
tenqo
Tibbi ixtisaslarda təhsil alanların ən çatışmayan cəhəti praktika üzünə həsrət qalmalarıdır. Bəziləri istedadlıdırlar, savadları da az deyil, yetərincə nəzəri biliyə malikdirlər. Ancaq universiteti bitirmə ərəfəsində və bitirdikdən sonra keçməli olduqları praktika üzünə həsrət qalırlar. Bunun günahı onların özündə yox, onlara bu şəraiti yaratmayanlardadır. ATU-da təhsilin ilk 3 ilini səmərəli hesab edirəm, amma sonradan artıq geriləmə getməyə başlayır. Duyulan ehtiyaclar ödənilmir və bir çox digər amillərin təsirindən «axsaq» qalırlar. Düşünmürəm ki, onlar bacarıqsızdırlar. Məncə, yetərincə şərait yaradılsa, onlar da öz istedad və güclərini göstərə bilərlər. Şəxsən həkimlərin çoxuna inanmıram, kommersant kimidilər onlar mənim gözümdə. Hər hansı dərmanı məsləhət görəndə düşünürəm ki, yəqin həmin firma ilə razılaşması var və filan qədər də faiz götürəcək. İnanıram ki, gələcəkdə əsl həkimlərimizin sayı çoxalacaq.