Dəbdən düşməyən 8 geyim

Həyatın başqa sferalarında olduğu kimi, dəbdə də əbədi klassika adlandırılan geyimlər mövcuddur.

Onlar insanların dəbə olan şüurunda elə kip oturdular ki, onları oradan artıq heç nəylə çıxartmaq mümkün olmur.

Hər bir modabaza lazım olacaq 8 geyim:

Beretka
Beretlər bütün yaşlar üçün keçərlidir. Onlardan demək olar ki,  hamı istifadə edib və indinin özündə də aktualdı: fransız gimnazçılarından tutmuş yaşda möhtərəm xanımlara kimi. Bəziləri onu yanakı, bəziləri də tərsinə taxmağı xoşlayır. Müasir dövrümüzdə beretlər geyim olduğu qədər də aksessuar kimi xanımlar tərəfindən sevilərək istifadə edilir.


«Btulka» şalvar
Elə bir geyimdir ki, hər bir qarderobda olmalıdır. Nə ilə desən, onu kombin etmək olar. Gəzintiyə çıxarkən geyinə biləcəyiniz ən rahat geyimlərdəndir. 


Mirvari
Sədəf tökülən muncuq dənələri istənilən donu canlandıracaq və sizin görünşünüzə zərif retroşıklıq verəcək. Bəziləri üçün o gözəllik, bəziləri üçün aksessuar, bəzi xanımlar üçün isə hətta uğur həmailidir.


Kiçik qara don
Koko Şanel qara donu kəşf etməklə vəsiyyətini bütün dünyaya qoydu. Kiçik qara don hər bir qadının qarderobunda olmalıdır. Qara don bütün xanımları çıxılmaz vəziyyətdən xilas edir. Bu donu həmçinin müxtəlif tərzdə geyinmək olar. Adi qara donu gündəlik tərzdə geyindiyimiz kimi, ona parlaq aksessuar əlavə etdikdə gecə geyimi kimi də istifadə edə bilərik.


Dəri gödəkcə
Dəri gödəkcə çoxdan metalçıların və baykerlərin atributu olmaqdan çıxmışdır. İndi bu cür geyimlərı nümunəvi davranışlı qızlar da daşıyır.O sizin obrazınıza hər zaman bir aktuallıq gətirəcək.


Bej rəngli tufli
Ayaqqabıların arasında bej rəngli tuflilərin rəqibi yoxdur. Onlar vizual olaraq ayaqları 1-2 sm uzun göstərir və onların iştirakıyla olan kombinasiyalar praktik olaraq sonsuzdur. Əsas odur ki, bu tip ayaqqabını seçərkən dəri rənginizi də nəzərə alasınız. O, dəri rənginizdən az seçilməlidir.Ayaqqabını seçərkən materialına da fikir verin. Zamuj materiallı tufli əsasən orta yaşlı xanımlara, dəri material işgüzar xanimlara, lak ayaqqabılar isə gənc xanımların üstünlük vermələri daha məqsədəuyğundur.


Karandaş – Ətək
Ofis geyiminin ən uğurlu variantı bu stildə olan yupkalardı. Əgər siz nəsə daha çox ekstrimal və kəskin bir geyim istəyirsinizsə, onda dəridən tikilmişini seçin. Bu cür geyimi dabanlı ayaqqabıyla daşımaq lazımdır. Eyni tonlu klassik rənglərin ahəngindən olan karandaş –yupka işgüzar xanımların əvəzedilməz geyimi olmalıdır. Belə yubkalar universaldır, bu geyimə hər cür köynək, aksessuarlar və ayaqqabı seçmək olar. 


Həcmli sviter
Bu mağazadan alınmış xüsusi kardiqan və ya öz oğlan dostundan aldığınız sviter ola bilər. Bu bir o qədər də əhəmiyyətli deyil. Bu tip geyiməri kompleksiz leqinslərlə və yüngül yubkalarla da geyinə bilərsiniz. Həcmli sviterlər 2013-2014-cü ilin dəbli geyimlər sırasındadır.
 

0 şərh