Midi ətəklər

Bu mövsümdə dizaynerlər 70-ci illərin dəbindən ilhamlanaraq daha çox midi ətəklərə üstünlük verməyə başlayıblar. Bu tip ətəklər payızın əsas dəbli xiti olacaq. Sizə midi ətəkləri düzgün uyğunlaşdırmaq üçün bəzi məsləhətlər təqdim edirik.

Dəbin tarixinə nəzər salsaq görərik ki, orta uzunluqda olan ətəklər artıq 40-cı illərədən dəbdədir. Lakin buna baxmayaraq onlar yalnız 70-ci illərdə məşhurluq əldə ediblər.

Nəticədə dizaynerlər ətəklərin fasonları ilə təcrübə aparıb midi ətək modellərinin ən müxtəlif variantlarını təklif etməyə başladılar. Ən məşhur fasonların arasında “günəş ətək”, “karandaş ətək” və s. kimi modelləri qeyd etmək olar.

Müasir zamanda Valentino, Michael Kors, Lanvin, Christian Dior və digər məşhur dəb evləri öz kolleksiyalarında midi ətəklərə üstünlük verməyə başlayıblar.

Bu mövsümdə daha çox plisse edilmiş midi ətəklər dəbdə olacaq. Sizə ağ və gümüşü rəngin bütün çalarlarında olan modellərə diqqət etməyi məsləhət görürük. Belə ətəkləri pastel çalarlarında olan sviterlər və ya qara tvid jaket ilə uyğunlaşdırmaq daha yaxşıdır.

Çoxmənalı münasibətə baxmayaraq, dəri ətəklər yeni mövsümdə midi formada çox dəbli görünəcəklər. Bunun üçün ən uğurlu variant “karandaş” formasında olan dəri ətəklərdir. Belə ətəkləri trikotaj sviterlər və ya birrəngli köynəklərlə geyinmək məsləhətdir.

Çiçək motivləri və dama-dama naxış artıq ardıcıl olaraq bir neçə mövsümdür ki, ən dəbli motiv sayılır. Bu mövsümdə bu istisna deyil. Dizaynerlər təmtəraqlı çiçək və ya rəngli kvadrat naxışlı modellərə üstünlük verməyi təklif edirlər. Əgər siz belə ətək modeli əldə etməyə qərar verdinizsə, bu zaman onu birrəngli köynək və ya nazik jaket ilə geyinməyi məsləhət görürük.

Güllü və rəngli modellərə baxmayaraq, birrəngli ətəklər də həmçinin çox məşhurdur. İlk növbədə payız yarpaqlarının çalarında olan modellərə üstünlük verin. Bundan başqa dizaynerlər göy və bej rəngin bütün çalarlarına diqqət etməyi məsləhət görürlər.

Ofis stilində olan “karandaş” ətəklər bu payız da bir az daha uzun və daha cəsarətlidir. Dekorativ aksentlər kimi uzun kəsiklərdən istifadə edə bilərsiniz.
Midi ətəklər daha çox kimlərə yaraşır?

Dəbin arxasınca gedərək biz bəzən öz başımızı və sağlam düşüncəmizi itiririk və bizə uyğun olmayan əşyaları almağa başlayırıq. Midi ətəklərin daha çox kimlərə uyğun gəldiyini aydınlaşdırmaq üçün sizə bəzi məsləhətlər təqdim edirik. İlk olaraq unutmayın ki, hər bir xanıma uyğun gələcək midi ətəklərin fərqli uzunluğu mövcuddur.


Əgər sizin boyunuz qısadırsa, bu zaman dizdən bir az aşağı modellərə üstünlük verin. Boyunuz nə qədər hündür olarsa, bir o qədər uzun midi ətəklər seçə bilərsiniz.

Əgər kürüləriniz doludursa, bu zaman midi ətəklərdən uzaq dursanız yaxşıdır, çünki o yalnız sizin köklüyünüzü vurğulayacaq. Vizual olaraq siz alçaq və olduğunuzdan daha kök görünəcəksiniz.

xanim.net
 

1 şərh

_BUMERANQ_
Midi ətəkləri çox bəyənirəm. Xüsusilə ucaboy xanımlara çox gözəl yaraşır.