Hollandiyalı dizaynerdən qeyri-adi geyim


Hollandiyalı gənc dizayner İris van Harpen unikal akril geyim yaradıb. Ağ-qara və transparan variantlarda təqdim olunan geyim əsl yenilikdir.

Ümumiyyətlə, İrisin işlərində istifadə etdiyi materiallar ənənədən uzaqdır. O, rezin və ya plastik materiallardan istifadə etməkdən çəkinmir. Harpenin yeni geyimi isə onun ən sədaqətli pərəstişkarlarını, hətta Ledi Qaqanı belə təəccübləndirib. Dizayner layihədə məşhur fotoqraf Nik Nnaytla birgə çalışıb. «Bu geyim sehrli bir bədəni simvolizə edir. Mən tez-tez bir sual üzərində düşünürəm: gələcəkdə biz toxunma paltarlar geyinəcəyikmi? — deyə, İris bildirib.
 

Qeyd edək ki, digər bir cəsarətli dizayner Tim Ttedderin sudan hazırladığı aksessuarlar müasir incəsənət muzeylərini və art-qalereyaların divarlarını bəzəyib.
 

buro247.az

0 şərh