Valentino arzuların aksessuarlarını yaradıb


Valentino-nun kruiz kolleksiyası kimi bu kolleksiyanın aksessuarları da istənilən qadının ürəyini fəth edə bilər.

Aksessuarları şərti olaraq 3 böyük bloka bölmək olar. Birincisi — bu markanın klassik ayaqqabıları və çantalarıdır. Onlar tünd dəridən olan gözəl çalarlarda yerinə yetirilib və istənilən qarderoba təbii şəkildə uyğunlaşacaqlar.

İkincisi — əlvan tonlarda olan parlaq zolaqlarla rənglənmiş və bəziləri kristallarla bəzədilmiş əlvan aksessuarlar.

Üçüncüsü — sanki meşə pəriləri üçün yaradılmış çanta və ayaqqabılardır. Valentino dizaynerləri zərif klassikaya və idman stilinə üstünlük verənləri də unutmayıblar. Kruiz kolleksiyasında idman ayaqqabıları, sliponlar və ryukzaklar müxtəliflikdə dikdaban ayaqqabılardan geri qalmırlar.

 

 

1 şərh

azadmamedov90
Sondan 8ci ayaqqabı yaman idi, lap qədim Romalıları xatırlatdı mənə.)
 Fikir verirəm, homoseksualizmin simvolu kimi istifadə olunmuş göy qurşağından indi hər yerdə istifadə edirlər. Bəlkə bu haqda da yazardın Apollon.