Ağ xına dəbi

Keçmişdən bu günə qədər bir çox ölkə mədəniyyətində fərqli məqsədlər üçün istifadə edilən xına indi toy gecəsi əvvəli təşkil olunan əyləncə kimi qarşımıza çıxır.

Ənənəvi xına dizaynerləri isə hər gün fərqli fikirləri ilə yeni dəb formalaşdırırlar. Bir neçə il əvvəl trend olan hind xınası daha sonra yerini ağ hind xınasına verdi. Yalnız xına gecələrində çəkilməyən bu xınalar adi günlərdə də istifadə edilən bir trendə çevrildi.

Hazırda isə zərli, parıltılı hind xınaları dəbə düşüb. Bu xınaların digərlərindən fərqi işıqda parıldamasıdır.











 
 

0 şərh