Payız modası

Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və sairə. payız modas;
XX əsr modanı insanların həyatının ayrılmaz hissəsinə çevirdi. Bu fakt həm qadınların, həm də kişilərin yaşam tərzini kəskin surətdə dəyişdi. Xüsusilə də şəhər şəraitində yaşayan və çalışan, cəmiyyətdə mövqeyi olan insanlar moda ilə hesablaşmaya bilmirlər. Doğrudur, geyimini mütləq dəblə uyğunlaşdırmaq barədə qətiyyən düşünməyən, bunu özünə dərd etməyən insanlar da az deyil. Ancaq böyük şəhərdə, mərkəzdə yaşayırsınızsa, təəssüf ki, bunsuz keçinə bilməyəcəksiniz.

Son illərdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan geriyə qayıdışdır. Bu fakt özünü əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmədi. Əksinə, hamı böyük həvəslə XX əsrin ortalarını xatırladan tərzdə geyinməyə başladı. Son illərdə modanın, demək olar ki, kuliminasiya nöqtəsinə qədər inkişaf etməsi belə, bu faktın ciddiliyinə xələl gətirə bilmədi. Qarşıdan gələn fəsildə "mod" adlı dəb cərəyanının yenidən gündəmə gəlməsi bu faktı bir daha təsdiqləyir. Bəs "mod" nədir? Yenə Avropaya üz tutaq. "Mod" ötən əsrin 50-ci illərində Böyük Britaniyanın iqtisadi böhrandan sonra hələ özünə gəlmədiyi bir dövrdə yaranan dəb cərəyanıdır. "Yaxşı ailələrin" övladları artıq əvvəlki kimi işsiz gəzib, valideynlərinin pulunu sağa-sola xərcləyə bilmirdilər. Bahalı əyləncələrdən kənarda qalmaq istəməyən gənc qızlar və oğlanlar təmiz "ofis" işlərinə üz tutmağa başladılar.

Ailə ənənələrindən kənar olan, rok-n-roll pərəstişkarları - yəni qaba, kobud britaniyalı gənclər tezliklə özləri üçün yeni bir stil yaratdılar. Onların "mod" adlandırdıqları bu stil adını "modernləşmə" sözündən götürüb. Yeni cərəyan yaşlı nəslin qəbul edə bilmədiyi mini ətəklərdən, isti, qaynar rənglərdən və rəng çalarlarının qarışığından olan vilivet pencəklərdən, dəri gödəkçələrdən, qalın altlığı olan botilərdən və başqa ultra-modern geyim və aksessuarlardan ibarət idi. Bütün görünüşü ilə cəmiyyətə etiraz edən cərəyan sanki "Böyük olmaq istəmirəm! Darıxdırıcı olmaq istəmirəm! Valideynlərimə oxşamaq istəmirəm!" deyə üsyan edirdi. Bütün gənclərin həvəslə uyduqları bu dəb tezliklə bütün dünyanı çulğamağa başladı və hər yerdə eyni həvəslə qəbul olundu. Bütün inkişaf etmiş ölkələrin gəncləri canla-başla "mod"u izləməyə və tətbiq etməyə başladılar. Bir qədər sonra isə "mod" təbii olaraq, yavaş-yavaş yerini başqa cərəyanlara verməyə başladı.

Dizaynerlər, demək olar ki, tamamilə İv Sen-Loran, Meri Kuant və Pako Rabann kimi dahi modelyerlərin minimalist şedevrlərini təkrarlayırlar. Podiumlara nəzər salsanız, hər yerdə oxşar stilləri görəcəksiniz: parlaq rəngli, şəffaf olmayan kalqotkalar, müxtəlif rəngli parçaların birləşməsindən ibarət olan dar, qısa donlar, sarafanların altından geyinilən uzun və dar boğazlı vadolazkalar, böyük, dekorativ düymələr, paltoların və jaketlərin qısaldılmış qolları... Bir sözlə, romantik detallardan tamamilə uzaq bir stil.

Parlaq, qara dəriyə olan maraq dəbin pijon stilini ona tamamilə zidd olan roker stili ilə birləşdirir. Bu payızın ayaqqabı dəbinin əsas tendensiyasının əksinə olaraq, "mod" stilindəki ansamblları boğazı qısaldılmış, nazik altlıqlı çəkmələr və alçaq dabanlı kəskin biz burunlu ayaqqabılar müşayiət edir. Bu stil qadına ciddi və işgüzar görünüş verməyə bilər, ancaq cazibədar və ecazkar görünəcəyinizə əmin ola bilərsiniz. Klassik kostyumlar, köynəklər, enli şalvarlar və dar qısa ətəklər şirkət və ofislərdə çalışan xanımların həmişə ən yaxın dostu olub. Bu il onları unutmağa çalışın. Doğrudur, dəb tendensiyaları həmişə olduğu kimi bu dəfə də klassik cərəyanı saxlayacaq, ancaq hər halda bu ağır geyimlərdən bir qədər dincəlmək pis olmazdı.

İndi isə payız modasında makiyaj haqqında. Makiyajın ötən ilki tendensiyaları qadınların həyatına yetərincə rahatlıq gətirmişdi. Hər cizgini təbii formada saxlamağı və solğun rəngləri tələb edən stil səhərlər güzgünün qabağında dayanmağa sərf etdiyimiz vaxtı yarıbayarı azaltmışdı. Artıq bu makiyaj stilini unudun. Qarşıdan gələn fəsilin tələbi bizi yenə də güzgünün qabağında ləngidəcək. Makiyajın bu ilki tendensiyası ötən əsrin 60-cı illərini büsbütün təkrarlayacaq. Böyük diqqət və vaxt tələb edən göz haşiyələri və çox parlaq dodaqlar makiyajın ən vacib çalarları olacaq. Ənlik, kirşan və göz kölgələri kimi digər dekorativ kosmetika vasitələrindən necə və nə dərəcədə istifadə etmək isə sizin öz işinizdir. Lakin diqqəti çox cəlb etməməsi üçün ənliyi və kölgələri açıq rəngdə etməyə çalışın. Tuş yenə də qadınların ən yaxın dostu olacaq. Saç rənglərində təbii və tünd çalarlar üstünlük təşkil edir. Ancaq bu, sarışın qadınların imicinə qətiyyən xələl gətirmir. Qardirobumuza yenilik gətirmək üçün payız mövsümündə nələrin dəbdə olacağına bir də nəzər salaq.
pay;z modas;

Payız modasında geyim

* Paltar

Mini ətəklər, düzbucaqlı və A siluetli paltarlar, qrafik naxışlar, parlaq rənglər, laklı dəri, iri detallar, modernləşmiş ekstravaqant dəstlər, vodolazkalar, sarafanlar, velivet pencəklər, dar və qısa şalvarlar, qısa və dar gödəkçələr.

* Ayaqqabı
Biz burunlu, çox alçaq "şpilka" dabanlı ayaqqabılar, küt burunlu, qısa boğazlı payız çəkmələri, alçaq dabanlı, düzbucaq burunlu tuflilər.

* Aksessuarlar
Şəffaf olmayan tünd rəngli kalqotkalar, hündür, dairəvi ətraflı şlyapa və papaqlar, iri plastik haşiyəli eynəklər, laklı dəridən ekstrovaqant dizaynlı, qart çantalar. Təbii ki, həmişə olduğu kimi,ÿbudəfə də qardirobunuzun əsas amili şəxsi əlavələriniz və zövqünüzdür. Sizə yaraşmayan geyim ən dəbli olsa belə, onu unudun! Yeni mövsümdə uğurlu seçim arzu edirik.
Mənbə Bizim Əsr jurnalı
Həmçinin bax:
2010-cu ilin payız modasında əsas rənglər
Payız paltarları (fotoşəkillər)

0 şərh