Payız modası-2010

2010 payız modasında dizaynerlər dəbdə əsasən altı rəngin üstünlük təşkil  edəcəyini bildirirlər:
1) Dəvə yunu rənginin müxtəlif çalarları. Dəvə yununun ciddi, eleqant və neytral  rəng çalarlı müxtəlif geyimlərinə bu mövsümdə dünyanın ən tanınmış modelyer və dizaynerləri , eləcə də məşhur brendlərdən Chloe, Gucci, Maykl Korsa və başqaları da üstünlük verib.
payız modası-2010 (fall fashion)
2) Dəbdəbəli tünd qırmızı rənglər. Bu mövsümdə bir çox parıltılı daş-qaşların rəngindən əsasən tünd qırmızı rəng dəbdə öz yerini tapıb. Bu rəngli geyimlər məşhur dizaynerlərdən Phillip Lim, Burberry, Oscar de la Renta və başqalarının  kolleksiyalarını  bəzəyir.
payız modası,2010- fall fashion
3) Metallik rənglər. Belə metallik rənglər son bir neçə mövsüm dəbdən düşmür, eləcə də bu payız. Marc Jacobs, Alexander Wang, Moschino  və digər modelyerlərin kolleksiyasında gümüşü, qızılı və mis rəngli mini yubkalar, dar jaketlər, ziyafət  geyimləri üstünlük təşkil edir.
payız modası,2010- fall fashion
4) Açıq zeytun rəngi. Dünya podiumlarında açıq zeytun rəngli geyimlər daima əsas yeri tutur. Bu sıradan  Burberry, Jill Stuart, Raq & Bonevə digər dizaynerlərin  xüsusi hərbi , militari geyimləri onların kolleksiyalarının  əsasını təşkil edir.
payız modası,2010- fall fashion
5) Açıq göy rəngi. Bu rəng çalarları ilk dəfə tanınmış  modelyerlərdən   Chanel, Tommy Hilfiqer, Marc Jacobs və digərlərinin kolleksiyalarında  payız -qış mövsümünün  geyimlərində öz əksini tapıb.
payız modası,2010- fall fashion
6) Al qırmızı rəng. Bu  rəngli geyim növləri də digərləri kimi heç vaxt dəbdən düşmür.  Bu mövsümdə isə Dolce & Gabbana, Jill Stuart, Yiqal Azrouel  və digər dizaynerlərin sayəsində öz üstünlüyünü qoruyub, saxlamaqdadır. Onların bu kolleksiyalarına  üst geyimləri, eleqant kostyumlar, gündəlik paltarlar və digər geyim növləri daxildir.
payız modası,2010- fall fashion
Yekunlaşdıraq. Payız modası-2010 (Fall 2010's Top Color Trends) üçün bunları yadda saxlayaq:
1. Dəvə yununun müxtəlif çalarlı geyimləri. Bu sıraya müxtəlif bej rəngli paltolar və toxunma jaketlər aiddir.
2. Tünd qırmızı rəngli, göz qamaşdırıcı və parıldayan geyimlər.
3. Metallik  geyim növləri.
4. Zeytun rəngli və açıq yaşılı  hərbi geyimlər.
5. Hər bir xanımın qarderobunun bəzəyi olan açıq göy  paltarlar

6. Və heç vaxt dəbdən düşməyən al qırmızı klassik donlar

Həmçinin bax: Payız modası haqqında
Payız paltarları

5 şərh

Tomris
Yenə də arıq uzun qızlar üçün.Yenə də yeməyə çörək tapmayan modellər tərəfindən:))
Çoxdandır moda bloqunda yenilik yox idi,sevindim.
kastanka
Həmçinin bu il military üslubunda olan geyimlər çox dəbdə olacaq...Bu üslub bir az idman üslubuna yaxın olsa da bəzi aksessuarlar əlavə etməklə geyimi şıq vəziyyətə gətirmək olar.Ümumiyyətlə eksperimentlər etməkdən qorxmayın.Hər kəsin özünəməxsus,onun xarakterini ifadə edən stili olmalıdır.
nərgiz

Ağlı yerində olmayan modelyerlərin zövqsüz paltarları.Az-çox qırmızı və dəvə yunundan olan paltarlar yaxşıdır. Həm də kimə lazımdır qiyməti min dollar olan bu kostyumlar?

burla xatun
Xoşuna gəlmirsə bu sənin şəxsi fikrindir. Əgər xoşuna gəlmirsə girib oxumaya bilərsən:D