Cins geyimlər

1853-cü ildə  Levi Straussun fəhlə geyimləri, kombinezonları kimi yaranan cinslər az keçmədi ki, dəb aləmini bürüdü.
Cins geyimlərin həddi-hüdudu yoxdur. Onları böyükdən tutmuş kiçiyə kimi hamı hər yerdə geyinir. Cins geyimləri əvvəlki illərdən fərqli olaraq həm görüşə, həm ziyafətə, həm də kübar məclislərə geyinmək olar.
Cinslərin saysız-hesabsız forma, biçim, dizayn və rəngləri mövcuddur. Cins aləminin bir neçə qaydaları var ki, onları pozmaq və onlardan qırağa çıxmaq olmaz. Əks təqdirdə, belə cinslər sizə yaraşıq gətirməkdənsə, bədəninizin görkəmini poza bilər.
1. Cins geyimlərə alov dilləri yaraşmır
2. Vəhşi heyvanların rəsmləri cins geyimlər üçün deyil
3. Cins şalvarlarda ağ zolaqlar çəkmək olmaz
4. Cinslərə “korset” tikmək  olmaz
5. Cinsləri müxtəlif rəsmlərlə bəzəmək düzgün deyil
6. Cinsləri mücərrəd yubkalara çevirmək olmaz
7. Cinslərə hər cür qayış taxmaq olmaz
Cins  həvəskarları, bu geyimlərdə yaraşıqlı və qamətli görünmək istəyirsinizsə, sadaladığımız  qaydalara riayət edin.
Kim deyir ki cins paltar korsetlə olmaz? Джинсы с корсетом yazıb axtarışa verin
 

0 şərh