Koko Şanelin 10 məsləhəti

Dünyanın əfsanəvi dizaynerlərdən biri Koko Şaneldir. Dəb tarixinin ən qızılı səhifələri onun adıyla bağlıdır. Koko Şanelin yaratdığı neçə-neçə geyim növləri bu gün də dəb sərgilərinin əsas bəzəyidir. 1971-ci ildə dünyasını dəyişən məşhur dizaynerin bir sıra önəmli fikirləri, dəyərli məsləhətləri dünya modelyerlərin əbədi devizinə çevrilib. 
Gözəllik sadəlikdədir.
Dəb ötür keçir, stil qalır.

Bunlar Koko Şanelin əsas kredosu idi.
İndi isə onun dəb qanunları ilə tanış olun:
1. Şalvar xanımlara sərbəstlik verir. Onu da qeyd edək ki, Koko Şanel xanımlar üçün ilk şalvarı özü hazırlayıb və özü də geyinib. Onun bu geyimi bütün xanımlara siraət edib və hamısı da bu gün Koko Şanelə bunun üçün minnətdardır.
laşvar qadını gözəl edir
2. İdeal yubka dizləri örtməlidir.
Koko Şanelin fikrincə, xanımların yöndəmsiz diz qapaqlarını yalnız belə yubkalar örtə bilərdi. Ona görə də xanımlar üçün müxtəlif biçimli yubkalar hazırladı.
yubka və qadın
3. Aksessuarlar çox olmalıdır. Nə qədər çox olsa bir o qədər yaxşıdır.
Koko Şanel aksessuarlara xüsusi önəm verirdi və onların hamısından yerli yerində istifadə edirdi.
aksessurlar
4. İdeal kostyum həm qadın, həm kişi geyim  elementlərini özündə əks etdirir.
ideal kostyum,
5. Ən dəbli ayaqqabı iki rəngli ola bilər.
Koko Şanelin fikrincə bunlar əsasən ağ-qara rənglərdir.qadını ideal göstərən seksual ayaqqabı
6. Əllərin sərbəst olması üçün çantalar kəmərli olmalıdır.
Belə çantaların ilk nümunələrini o, 1930-cu illərdə yaratmışdır.Chanel bag,
7. Kiçik qara paltarlara səcdə edin.
Belə paltarları o, 1926-cı ildə kəşf edib və xanımlar onları hər yerdə hər zaman geyinməyi sevirdi.qara paltar gözəllikdir
8. Pencəklər jaket qədər yumuşaq olmalıdır.
Bu konsepsiyasını o 1925 -ci ildə həyata keçirib.
pencək vs jaket
9. Dəbdəbəlik, təmtaraqlıq insana bir rahatlıq bəşx etməlidir. Əks təqdirdə o heç nəyə dəyməz.rahatlıq,komfort,təmtəraq
10.  Ətir də geyim kimidir. Əgər xanımlar ətirdən istifadə etmirsə, demək onlar çox şeyi itirir.Coco chanel parfum,Chanel parfumery
Əziz xanımlar, tanınmış dizayner Koko Şanelin bu 10 məsləhətindən yararlanmağa çalışın. O sizə dəb aləmində ancaq xeyir gətirər. Bir daha bu qaydaları rus dilində təkrarlayaq:
Правило №1 – Брюки делают женщину свободной
Правило №2 – Идеальная юбка должна закрывать колени
Правило №3 – Аксессуаров должно быть много – чем больше, тем лучше
Правило №4 – Идеальный костюм сочетает в себе мужское и женское
Правило №5 – Стильная обувь может быть двухцветной
Правило №6 – Сумка должна быть на ремешке, чтобы руки оставались свободными
Правило №7 – Поклоняйтесь маленьким черным платьям
Правило №8 – Пиджаки должны быть мягкими, как жакеты
Правило №9 – Роскошь должна быть удобна, иначе это не роскошь
Правило №10 – Духи–такая же одежда
 

0 şərh