Marta Stüart (Martha Stewart) I Brendlər

Insanların çoxlarının "brend xəstəsi" olduğunu desək yalan olmaz. Dünyada ən məşhur brendlər tanınmış insanların adı ilə bağlıdır. Eyni adlı brendin yaradıcısı olan Marta Stüart 1941-ci ildə Amerikanın Nyu-Cersi ştatında anadan olmuşdur. Onun ailəsi zəngin deyildi; Martadan əlavə ailədə daha beş uşaq vardı. Onların hər birinin tələbatlarını ödəmək isə o qədər də asan deyildi. Kollecdə təhsil alan Marta ilk dəfə 1967-ci ildə broker olaraq birjada işə başlamışdır. Müəyyən müddət sonra mərasim təşkilatçılığı işi ilə məşğul olmağa başlayan gələcək biznes ledi daha sonra kulinariya, toy və şənlik təşkilatçılığına dair kitablar nəşr etdirir.
Zaman keçdikcə Marta Stüartın ideyaları daha geniş oxucu kütləsi tərəfindən qəbul olunmağa başlayır. Məşhur tok-şou aparıcıları tez-tez onu öz verilişlərinin qonağı olaraq televiziya auditoriyasına təqdim edir.1990-cı ildə "Martha Stewart Living" adlı ilk jurnalı işıq üzü görür. 1998-ci ildə isə biznes ledi özünün çoxdankı arzusuna-firma təsis etmək- çatır. Belə ki, yeni yaradılan firmanın adı Martha Stewart Living Omnimedia olur. Qısa zamanda populyarlıq qazanan firmanın 2002-ci ildə gəlirləri 300 milyon dollardan artıq olur. Lakin 2003-cü ildə firmanın və dolayısıyla Marta Stüartın həyatında radikal dəyişikliklər baş verir. Belə ki, Nyu-York Birjasındakı maxinasiya, həmçinin dəlillərin məhv edilməsinə çalışmaq və yalançı şahidlik faktlarına görə 5 ay müddətinə azadlıqdan məhrum edilir.Həbsdən çıxdıqdan sonra nə qədər çətin olsa da, özündə güc taparaq yarımçıq qalmış işlərini davam etdirməyə başlayır. Və müvəffəqiyyət özünü çox gözlətmir. İndiyə qədər Marta Stüartın 34 kitabı nəşr olunmuş, eyni zamanda o, CBS kanalında Martha Stewart Living adlı verilişin aparıcısıdır.Marta Stüartın sahib olduğu şirkətin fəaliyyətlərindən biri də "Martha Stewart Wweddings" adlı jurnalın nəşridir. Jurnal toyların təşkili və buna bənzər suallara cavab tapmağa çalışan oxucu kütləsi üçün hesablanmışdır. İndi isə dünyanın ən tanınmış brendləri arasında MARTHA brendi de yer alıb və uğurla inkişaf edir.

Mənbə: Məqalə müxtəlif internet resursları əsasında hazırlanmışdır.
 
loading...

2 şərh

Someone
birazda brendlər haqqında oxuyun ki xəbəriniz olsun.