London dünya modasının mərkəzinə çevrilib

Araşdırmalar sübut edir ki, London artıq dünyanın moda mərkəzi sayıla bilər. Belə ki, London modaya görə Nyu-York və Parisi geridə qoyub, Londonu artıq dünya modasının paytaxtı hesab etmək olar. Bu şəhər bir il ərzində Nyu-York və Parisi geridə qoyub. Amerikanın "Global Language monitor" tədqiqat təşkilatının mütəxəssisləri belə nəticəyə gəlib. Araşdırmalara görə, Böyük Britaniya dizayneri Aleksandr Makkuinin vəfatından sonra, həmçinin mətbuatın Ketrin Middlton və Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsinin toyuna yönələn diqqəti sayəsində London moda dünyasında birinciliyi əldə edib.

"Biz iki əsl ulduz-Keyt və Aleksandr Makkuinin bu qlobal reytinqə təsir göstərməsinin şahidiyik. Hesablamalarımız göstərir ki, Nyu-Yorkun üzərində Londonun qələbəsini məhz bu insanlar müəyyən edib"-deyə "Global Language monitor" təşkilatının nümayəndəsi Bekka Peyek bildirib.



Dizaynerin ölümü onun moda evinin sönməsinə yox, əksinə şöhrətinin artmasına gətirib çıxarıb. Qeyd edək ki, Kembric hersoginyası Ketrinin gəlinlik libasının müəllifi, "Makkuin" moda evinin bədii direktoru Sara Berton olub. Onun istedadı sayəsində şahzadə Uilyamın nişanlısı incə və zərif zövgün nümunəsinə çevrilə bilib.


Beləliklə, bir il ərzində keçirilən reytinqdə London 3-cü pillədən 1-ci pilləyə yüksəlib. Nyu-York 1-ci pillədən 2-ci pilləyə, Paris isə 2-ci pillədən 3-cü pilləyə enib.
Reytinqdə ilk "beşliyi" Milan və Los-Anceles tamamlayır.  Qeyd edək ki, son 8 ildə Berlin və Sinqapur ilk dəfə olaraq "onluğa" düşüb.

Mənbə: Itv.az
Həmçinin bax: Qadın şalvarları
                     Qış geyimləri

 

0 şərh