Рейтинг
+77.11

Moda dünyası

60 üzv, 169 topik

Dəbdən düşməyən klassik – Espadril

Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. Əvvala dabanlarının həsir ipdən hazırlanması, təbii görüntüsü, bütün geyimlərlə rahatlıqla dəstləşdirə bilmək kimi xüsusiyyətlər espadrili dəb aləminin klassikləri arasında özünəməxsus yer tutmasına səbəb olan amillərdir. Yaz-Yay fəsillərinin “ən”ləri arasında olan bu ayaqqabıların tarixçəsini sizlər üçün araşdırdıq.

Davamı →

Qələm ətək geyinərkən nələrə diqqət etməli?

Qadınların qarderobunun vazkeçilməz parçalarından biri də «qələm» ətəklərdir. Gözəlliyi, zərifliyi və müxtəlifliyi onu başqa geyimlərlə uyğunlaşdırmağa səbəb verir. Ancaq hər zaman «qələm» ətək kombinəsi uğurlu alınmır.

«Qələm» ətək geyinərkən diqqəti onun üzərinə cəmləməlisiniz. Bu səbəbdən də digər parçalar minimal səviyyədə olmalıdır. Məsələn, bir rəngli və sadə parçalara üstünlük verin.

Davamı →

Dior yaradıcılığının 6 şah əsəri

New Look cərəyanı
I və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kobudlaşmışdı. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı, beləcə, nazlı-qəmzəli görünməyə can atan qadınlar üçün incə geyimlər istehsal olunmağa başladı. 5 illik Dünya müharibəsindən sonra 1947-ci ildə Kristian Dior dəb tarixinə qızıl hərflərlə yazılan «New Look” silueti yaradır. Şübhəsiz, dizayner öz ixtirası ilə dünya dəbinə böyük töhfə verib. Qadını qum saatına bənzədən bu cərəyanın adını Dior özü fikirləşməyib. Bu ad tanınmış amerikalı jurnalist və redaktor Kermel Snouya aiddir. O, Diorun ilk kolleksiyası barədə yazdığı resenziyada dizaynerin yeni kəşfini „New Look” adlandırmışdı.

Kristian Diorun yeni dəb cərəyanı ilk dəfə 1947-ci il fevralın 12-də “Carolle Line» dəfiləsində nümayiş olunub. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora böyük uğur qazandırmışdı. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsl rezonans doğurmuşdu. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqətçəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən cazibədar parisli xanımlar bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirdilər.
Davamı →

Ağ xına dəbi

Keçmişdən bu günə qədər bir çox ölkə mədəniyyətində fərqli məqsədlər üçün istifadə edilən xına indi toy gecəsi əvvəli təşkil olunan əyləncə kimi qarşımıza çıxır.

Ənənəvi xına dizaynerləri isə hər gün fərqli fikirləri ilə yeni dəb formalaşdırırlar. Bir neçə il əvvəl trend olan hind xınası daha sonra yerini ağ hind xınasına verdi. Yalnız xına gecələrində çəkilməyən bu xınalar adi günlərdə də istifadə edilən bir trendə çevrildi.
Davamı →

Bohem stili

Bohem geyim tərzi 1960-cı illərin və 1970-ci illərdə ortaya çıxan həyat tərzinin formalaşması deməkdir. Əslində “bohemian” kəlməsi hippilərdən gəlir. Bu həyat tərzini eyni ilə hippilər kimi azad, rahat, yaşamağı sevən və dərviş ruhlu insanların yaratdığını deyə bilərəm. Məntiqlə geyim-kecimə çox pul xərcləməyən insanların daha az büdcələrlə bir stil yaratması deməkdir.

Müasir moda aləmində dizaynerlər bohem stilinə tez-tez müraciət edirlər. Böyük moda evlərinin geyimlərinə sərvət yatıraraq geyinmək bohem fəlsəfəsinə zidd olsa da artıq belə bir geyim tərzi formalaşıb. Gəlin bohem stilinin əsas detallarına nəzər salaq. Bohem stili nədir və bu stildə necə geyinmək olar?

Ədviyyat rəngləri — Ədviyyat rəngləri və naxışlar bohem tərzinin əsas üslubunu ifadə edən termindir. Özündə bir çox rəngləri birləşdirən bohem üslubu naxışlarla diqqət çəkir. Bohem stilinin əsas naxışları: şal, çiçək, etnik, tribal və suzani naxışlar siyahıda yer alır.
Davamı →

Koko Şanel haqqında

Ötən əsrin 20-ci illərinin əvvəlləri dəbdə qadın geyiminin cazibədarlıq və zəriflik itkisi situasiyası yaşanırdı. Məhz bu situasiyadan ustalıqla bəhrələnən Koko Şanel öz modellərində inqilabi yeniliklər və açıq-saçıq incəlik elementini birləşdirdi. O özünün ilk baxışda zövqsüz, sadə görünən məşhur «balaca qara paltarını» fikirləşdi. Bu həlledici addım ona dünya şöhrəti gətirdi və onun tapıntısını eleqantlıq, yüksək zövq və incəlik simvoluna çevirdi. «Şanel üslubu» anlayışı moda terminologiyasında möhkəm təsdiq olunub Koko isə özü haqda belə deyirdi: «İlk növbədə bu, üslubdur. Moda dəbdən düşür. Üslub isə heç zaman!».

Ardı →

Saint Laurent 2015 yaz-yay kolleksiyası

Paris moda həftəsinin 7-ci gününün marafonunu Saint Laurent Evinin nümayişi başa vurub. Edi Sliman bu dəfə də öz stilinə xəyanət etməyib və ictimaiyyətə qlamur və rok stilində şarmı birləşdirən kolleksiyasını təqdim edib. Dəri, qara rəng, qırmızı — uğurlu şounun reseptidir.


Ardı →