Рейтинг
+77.11

Moda dünyası

60 üzv, 169 topik

Hollandiyalı dizaynerdən qeyri-adi geyim


Hollandiyalı gənc dizayner İris van Harpen unikal akril geyim yaradıb. Ağ-qara və transparan variantlarda təqdim olunan geyim əsl yenilikdir.

Ümumiyyətlə, İrisin işlərində istifadə etdiyi materiallar ənənədən uzaqdır. O, rezin və ya plastik materiallardan istifadə etməkdən çəkinmir. Harpenin yeni geyimi isə onun ən sədaqətli pərəstişkarlarını, hətta Ledi Qaqanı belə təəccübləndirib. Dizayner layihədə məşhur fotoqraf Nik Nnaytla birgə çalışıb. «Bu geyim sehrli bir bədəni simvolizə edir. Mən tez-tez bir sual üzərində düşünürəm: gələcəkdə biz toxunma paltarlar geyinəcəyikmi? — deyə, İris bildirib.


Ardı →

İlin dəbi

Dəb aləmində baş verən ən xırda yenilik belə olduqca maraqlıdır. Xüsusilə dəblə geyinməyi sevənlər üçün. 

Bu il kobudluq zərafət sayılacaq. Belə ki, payız qış mövsümündə sinə dekoltesi olan, tünd və kobud görünüşü olan geyimlər dəbdə olacaq. 

Ayaqqabılarda da bu kobudluq açıq aydın hiss ediləcək. Rəng tendesiyası isə bənövşəyi, qəhvəyi və qaradır. 
Aksesuarlar da diqqətdən kənarda qalmayıb. Bu mövsümdə mirvari yenidən gündəmə gələcək. 

Makiyajda isə dəyişiklik yoxdur — qalın qaşlar, sadə gözlər. 

Saçlara gəldikdə bu il biz qısa və telli saçlara tez-tez rast gələcəyik. Rənglərdə isə klassika heqomunluq edəcək. Qara və şabalıdı.
Davamı →

Chanel kruiz kolleksiyasından aksessuarlar


Brendin pərəstişkarları parlaq naxışları, mirvari səpintilərini və qızıl rəngin bolluğunu uzun müddət unutmayacaqlar.
Kanistr-çantalar, qızılı rəngli dərili Le Boy çantaları, süni mirvari ilə bəzədilmiş eynək çərçivələri, uzunburun səndəllər sizi heyran edəcək.
Ardı →

Valentino arzuların aksessuarlarını yaradıb


Valentino-nun kruiz kolleksiyası kimi bu kolleksiyanın aksessuarları da istənilən qadının ürəyini fəth edə bilər.

Aksessuarları şərti olaraq 3 böyük bloka bölmək olar. Birincisi — bu markanın klassik ayaqqabıları və çantalarıdır. Onlar tünd dəridən olan gözəl çalarlarda yerinə yetirilib və istənilən qarderoba təbii şəkildə uyğunlaşacaqlar.


Ardı →

Dəri pencək kombinləri

Dəri pencək – dəbli, klassik, sport və hər qardirobda olması lazım bir parçadır. Payız və qış fəsillərinin vacib geyimi olan dəri pencəkləri bir çox tərzdə istifadə edə bilərsiniz. Sezona uyğun trendlərlə dəri pencək kombinasiyaları:

Ardı →

Denim Wayfarer kolleksiyası

Ray-Ban-ın yeni Denim Wayfarer günəş eynəkləri kolleksiyası praktik denim pərəstişkarları üçün nəzərdə tutulub.

Tekstil çərçivələrin yaradılmasına dizaynerlər 2 ildən çox vaxt sərf edib. Hər bir eynək metal bərkitmələrlə, Ray-Ban loqotipi ilə bəzədilib və 6 rəngdə hazırlanıb: göy, qara, yaşıl, narıncı, yasəmən və mavi rənglərdə. Denim kolleksiyası artıq şirkətin saytında 200 dollara satılır.


Ardı →

Şahzadənin zərif papaqları

2011-ci ilin aprel ayında Britaniya şahzadəsi Vilyamla ailə quran Keyt Middleton bir çox gənc qızların xəyal etdiyi kimi həqiqi şahzadə olub. Şahzadə olduğu gündən bu vaxta qədər geyim tərzində fərqlilik edən Keyt hər geyimi ilə stil ikonasına dönüb.

Keytin zərif stilinin əvəzedilməz aksessuarlarından biri də qüsursuz şəkildə istifadə etdiyi papaqlarıdır.


Ardı →