Рейтинг
+77.11

Moda dünyası

60 üzv, 169 topik

Çantalar

İstəyirsiniz özünüzə qadın çantası alasınız, amma bilmirsiniz hansını seçəsiniz? Gəlin birlikdə dünya modasına nəzər salaq. Çantalardan hansıları orijinaldır? Hansı modeli seçmək lazımdır ki, dəbdən düşümüş olmasın? Qadın çantası qadın aksessuarları arasında əsas yer tutur və hər zaman dəbdə olur. Qırmızı, moruq, vişnə rəngi çantalar hər zaman diqqət cəlb edən çantalar olur və demək olar ki, çox vaxt dəbdə olur.

qırmızı çanta

Gəlin, razılaşaq ki, qırmızı rəng hər zaman qadınlara bir başqa cazibədarlıq gətirir. Eləcə də bunu çantalar haqqında da demək olar. Qırımızı rəng kimi qara rəng də hər zaman dəbdə olan və dəbdən düşməyən çanta rəngidir. Amma qara və qırmızı rənglərə nisbətən yaşıl, mavi, sarı və bu kimi daha çox açıq rəngli çantalar o qədər də istifadə edilən rənglər deyil. Amma bəzən bu rənglərdə olan çantalar əsasən yay aylarında geyimlərə uyğunlaşdırılaraq istifadə edilir. 


Ardı →

Öz stilinizi seçin

Çantalar qadınlar üçün çox dəbdəbəli, əks cinsi başdan çıxardacaq qədər önəmli və özlərini ən yaxşı ifadə edə bilən vasitədir. İtalyanların yaradıcı olduqlarını və zövqlərində güclü hislərə sahip olduğunu hərkəs bilir, lakin bu da bir sirdir ki, İtaliya dünyada mövcud olan olan ən yaxşı dəri istehsalına ən uzun müddətdir sahib olan tək ölkədir, təxminən 600 ildir ki bunu davam etdirirlər. Əl çantaları hər zaman istifadə olunan və istər günlük iş yaxud da əyləncə yerlərində istərsədə önəmli görüşlərinizdə istifadə edə biləcəyiniz mükəmməl görünüşü və rahatlığı olan vasitədir.
qadın çantaları 


Ardı →

Gucci

Gucci firmasının loqosu«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi.


Ardı →

Dəb xəstəliyə çevrilsə...

Və ya soyunmaq geyinməkdən asandı?
Moda — hamımızın yaralı yeri. Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Atalarımız boşuna deməyib ki, gözəllik ondur, doqquzu dondur. Bəşəriyyət yaranandan geyim mədəniyyəti formalaşmağa başlamış və hər ölkədə öz milli dəyərlərinə söykənərək uzun inkişaf prosesi keçmişdir.


Ardı →

Moda və qadağa

Elitar dəblərin bir çox qanunları var ki, bu gün də onlara riayət edilib və edilməkdədir. Amma zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər isə bu çərçivələrə sığmır və çox vaxt bunun əksinə gedərək, müvəffəqiyyət qazanırlar.

1. Məsələn, əvvəllər deyirdilər ki, çanta ilə ayaqqabı eyni rəngdə olsa, daha gözəl görsənər. Ancaq XXI əsr dizaynerləri belə düşünmür. Onların qənaətincə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər baxımlı olar. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metallik rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyuşar.


Ardı →

Qranj

Qranj hərfi mənada çirkab, zibil kimi tərcümə olunur. Amma bu adda üslub var. Keçən əsrin 80-ci illərindən bəri təmiz, düzgün, gözəgəlimli, klassik üslubların içinə daha birisi, çirkli, amma çirkabı ilə cəzbedici, bütün mümkün qadağaları pozmuş, amma hamının olmasa da əksəriyyətinin ardınca düşüb getmək istədiyi bir üslub da qatıldı. İndi artıq səliqəli görünmək dəbdən düşmüşdü. Səliqəli davranmaq, trafaretlər əsasında fikir izah etmək, cümlə qurmaq, standartlara cavab vermək geridə qalmağın əlaməti sayılırdı.
Qranj yapanlar həyata çirkab qatıb nirvanaya, yəni tam rahatlıq və sakitliyə çatırlar. Bu üslubun davamçıları təcrübələri musiqidə yapdılar. Çeşidli qrup adları, fərqli olsalar da dünya çirkabında eşələnən, insan daxilinin zir-zibilini böyük səhnələrdə ortaya tökən qruplar yarandı. Qranj musiqisini birləşdirən xarakter elementlər ağır, qarışıq «çirkli» səslənmə, son dərəcə ciddi yanaşma və milanxolik əhval idi ki, insanın daxili lirikasını ortaya atmaq üçün yaranmışdı.
Ardı →

Kişilər qadını seçərkən

Kişilər öz şəhvani instinktlərinə söykənərək qadın seçmək istədikdə, özləri də istəmədən tünd xasiyyətli və lovğa partnyorlara “tuş gəlirlər.” Texas ştatının professoru Devendra Singh iddia edir ki, kişilər qadınların ən çox bel və omba nahiyələrinə diqqət edirlər – bu isə, “seksual cazibə indeksi” adlanır. Araşdırmalar göstərir ki, kişilər bu qəbildən olan fiziki xassələri qadınların “keyfiyyət nişanı” hesab edirlər. Dolu bədənli xanımlar da diqqətdən kənarda qalmır, lakin onların vücudu mütənasib və simmetrik olmalı, bədənin qatları büküklərlə müşayiət olunmalıdır. əks halda, kişilər onlara fikir verməyəcək. Bütün bunlarla yanaşı, bəhs etdiyimiz məsələnin müsbət cəhətləri də az deyil.

Kişilərin qadın gözəlliyinə olan qavrayışında gözə çarpan mühüm amillərdən biri qadının döşləridir. Burada əslində paradoks var – qabarıq döşlərə malik qadınlar bununla fəxr edir. əksinə, döşlər yastı və yöndəmsiz olduqda isə plastik müdaxilə labüdləşə bilər… Bu zaman, sual ortaya çıxır. Ən mühüm analıq instinkti olan döşlərin süni şəkildə böyüdülməsi onlara nələr hiss etdirir?


Ardı →

Əfqani şalvarlar

Əfqani şalvarları adi şalvarlardan düz aşağı sallanmış ətəkləri ilə fərqlənir. Bu cür şalvarların dünya geyim dəbinə təntənəli yürüşü İspaniyadan başlanıb. Belə geyimlərin rahat, gözəl və şərq stilinə uyğunluğunu ilk dəfə gənclər qiymətləndirib.
Ardı →

Mini ətək

Bu gün böyük mübahisələr yaradan qısa ətəklər, elə mübahisəli şəkildə də yaranıb. Bununla bağlı 40 ildir ki, ingiltərəli modelyer Meri Kuant və fransız modelyer Andre Kurej arasında böyük qalmaqal yaşanır. Onların arasında mini ətəyi kimin icad etdiyinə dair qızğın mübahisə hələ də səngiməyib.
Belə ki, 1959-cu ilin yanvarında gənc ingilis dizayner Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və fikirləşib ki, bu cür ətəyi niyə də öz kolleksiyasına daxil etməsin? O vaxtdan podiumlarda yeni bir tendensiya yaranıb. Qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıb.
Ardı →

Cins geyimlər

1853-cü ildə  Levi Straussun fəhlə geyimləri, kombinezonları kimi yaranan cinslər az keçmədi ki, dəb aləmini bürüdü.

Cins geyimlərin həddi-hüdudu yoxdur. Onları böyükdən tutmuş kiçiyə kimi hamı hər yerdə geyinir. Cins geyimləri əvvəlki illərdən fərqli olaraq həm görüşə, həm ziyafətə, həm də kübar məclislərə geyinmək olar.

Cinslərin saysız-hesabsız forma, biçim, dizayn və rəngləri mövcuddur. Cins aləminin bir neçə qaydaları var ki, onları pozmaq və onlardan qırağa çıxmaq olmaz. Əks təqdirdə, belə cinslər sizə yaraşıq gətirməkdənsə, bədəninizin görkəmini poza bilər.

Ardı →