Рейтинг
+77.11

Moda dünyası

60 üzv, 169 topik

Briliyant ayaqqabı

Belçikalılar briliyantla bəzədilən qış ayaqqabısı hazırlayıblar. Ayaqqabı Çinin Honkonq şəhərində nümayişə çıxarılıb. Ayaqqabının qiyməti 2,4 milyon avrodur. 

Dünyanın ən bahalı qadın ayaqqabısı 39083 çəhrayı və boz briliyant qatı ilə örtülüb. Şampan rəngli cilanlanmış almazlar isə 1500 karatdır. Ayaqqabının üzərində buta ormanetləri əks etdirilib.
Ardı →

Aksessuarda yeni trend: Əl bilərzikləri

Son zamanlar məşhur qadınların əllərində gördüyümüz əl bilərzikləri çoxlarının xoşuna gəlib. Əlin üzərinə taxılan və “əlüstü bilərziyi” adı verilən bilərziklər Hollivud ulduzları başda olmaqla, dünya ulduzlarının da taxdığı bilərziklərdir. Salma Hayek, Linsday Lohan və Nicole Scherzinger bu aksessuarları sevənlər arasındadır.

Əllərin vücudun ən çox hərəkət edən üzvləri olduğunu nəzərə alsaq, bunlarla hər hərəkətdə diqqət çəkəcəksiniz. Bilərziklərin üstündə işlənən qaşlarla müxtəlif mesajlar verə bilərsiniz.  Yeni bilərzikləri mövsümün möhtəşəm dəbi də adlandırmaq olar. 

Ardı →

Nazik corab dəbi

İllərdir ki, hətta dünya ulduzlarının qarderobundan çıxan nazik corablar modelləri geri qayıdır!

Kate Middleton, Kate Moss, Sofia Vergara, Miranda Kerr, hətta Miley Cyrus kimi gənc xanımlar bu nazik corab dəbi ilə uyğunlaşıblar.

Dəb ustaları hesab edir ki, bu corablar tezliklə qışın ən önəmli aksessuarına çevriləcək. Həm də ətək, don və şort geyinə bilmək üçün qışın soyuğundan qoruyan trenddir. Bu corabları gecə və gündüz istəyiniz kimi istifadə edə bilərsiniz. Bu il də ke&¸ən il kimi rəngli corablar dəbdədir.


Ardı →

Dəbdən düşməyən 8 geyim

Həyatın başqa sferalarında olduğu kimi, dəbdə də əbədi klassika adlandırılan geyimlər mövcuddur.

Onlar insanların dəbə olan şüurunda elə kip oturdular ki, onları oradan artıq heç nəylə çıxartmaq mümkün olmur.

Hər bir modabaza lazım olacaq 8 geyim:

Ardı →

Kristian Dior- Miss Dior ətri

Kristian Dior 1947-ci ildə sonralar bütün dünyada  tanınan və sevilən ətirlərdən biri olan özünün  ilk Miss Dior ətrini buraxıb.

Kuturye ətri sevimli bacısı Ketrinə həsr etmışdi. Ətrin yaradılmasını isə Jan Karlyu və Pol Vaşe etibar edilmışdır.  

Miss Dior ətri  2005-ci ildə  Lili Donaldson təmsilçiliyi ilə Kristian Diorun anadan olmasının yüz illiyinə yənidən istehsal edildi.

  


Davamı →

Balaca düymələrin böyük tarixi


İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar.

Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi.


Ardı →