Antik dünyada kişi və qadının statusu - Qədim Roma qadınlarının öz hüquqları uğrunda mübarizəsi. Qədim Roma qadınlarının dinə və boşanmaya münasibətləri

E.ə. 215-ci ildə Hanniballa müharibənin kəskin dövründə tribun Oppianın naminə «Oppian qanunu» qəbul edilmişdi, bu qanuna görə, qadına yalnız unsiyanın (pul vahidi) yarısı miqdarında qızıla malik olmaq ixtiyarı vardı, qadın arabada Romanın küçələrində gəzməməli və parlaq paltarlar geyməməlidir.
Belə qanun indi mənasız görünsə də, qədim Romada bu II Dünya müharibəsi zamanı Avrlopada qəbul edilmiş geyim normaları haqda qanuna ekvivalent idi. Qadın üçün qızıl, qolbaqlar və sırğalar şəklində mövcud idisə, ordu üçün bu həyati əhəmiyyətli bir metal idi. Arabalar verilən pulu hərbi işlərə sərf etmək daha düzgün olardı. Göy, qırmızı, çəhrayı, ametist, bənövşəyi rənglər – ümumi «purpur» adı altında tanınmış bu rənglər, Aralıq dənizinin şərqində yerləşən Tir şəhərindən gətirildiyindən, baha başa gəlirdi. Digər sonrakı qanunlar kimi, Oppian qanunu – yeganə yolla vətəndaşların gəlirini və xərcini tənzim edərək, qanuni yolla lazım olmayan xərclərin məhdudlaşmasına cəhd edirdi. Bu qanun qadınlara qarşı ona görə yönəldilməmişdi ki, kişilər daima əmin olublar ki, bədxərclik yalnız qadınlara məxsusdur, həm də ona görə ki, kişilərin bədxərcliyi digər müxtəlif formalarda özünü biruzə verirdi. Onlar pullarını şəraba, yağa, kəhrəbaya, şüşəyə, kətana, papirusa, heykəllərə, ədəviyyata – yəni elə mallara pul xərcləyirdilər ki, bu malların alınmasını ticarəti məhdudlaşdırmaqla, müvəffəqiyyətlə üzərində nəzarəti artırmaq olardı. Beləliklə, bu qanundan qadınlar əziyyət çəkirdilər, nəticədə iqtisadi səmərə əldə edilməsi əvəzinə, onlarda psixoloji çaşqınlıq yaranırdı.
Roma b.e. qədər 215-ci ildə böhran keçirtdi və 14 il sonra müharibə qurtardı. Lakin 6 il sonra, e.ə.195- ci ildə Oppian qanununun ləğv edilməsi cəhdləri göstərildi. Mühafizəkarlar qanunun ləğv olunmasının əleyhinə idilər və bu barədə mübahisələr günlərlə davam edirdi. Belə görünürdü ki, qanunvericiliyin dəyişdirilməsi baş tutmayacaqdır və qadınlar buna görə çox qəzəblənirdilər. 
Nə nüfuz, nə təvazökarlıq, nə də ərlərinin əmrləri ərli qadınları evdə saxlaya bilmirdi. Onlar Romanın küçələrinə çıxmış və foruma gedən yolu da tutmuşdular…Hər gün qadınların dəstəsi artırdı, çünki qadınlar əyalətlərdən də şəhərə gəlirdilər. Onlar hətta qanunun ləğvinə qarşı kəskin mövqe tutmuş iki tribunun da üstünə hücum etmişdilər.
Katon senatda qəzəblə çıxış etmişdi: «Mən bir neçə dəqiqə qadınların arasından yol açaraq, buraya gəlib çıxanda, utandığımdan qıpqırmızı olmuşdum». Əgər qadın nə isə demək istəyirdisə, o bunu ev şəraitində, ərinə müraciətlə etməli idi, hər halda onun hər hansı siyasi məsələlərlə bağlı öz şəxsi fikri olmamalı idi. Əgər ər öz arvadlarına qarşı tələbkar olsa idi, Katon bu qədər pis nümayişin şahidi olmazdı. «Qadınlar – kütbeyin və idarə edilə bilməyən heyvandırlar, onlara cilovu vermək və onun, arabanı çevirməyəcəyini gözləmək düzgün deyildir…» Onlar tam azadlıq istəyirdilər və yaxud açıq desək, tamhüquqlu olmaq istəyirdilər. Əgər qadınlar gizli sui-qəsd hazırlasaydılar, onların ərlərinin həyatı sapdan asılı qalmış olardı.
Sonra, Katon davam edib deyirdi ki, imkan vermək olmaz ki, qadınlar bu qanunun ləğv olunmasını güclə əldə etsinlər: «Əgər qadınlara bir hüququn verilməsindən sonra o birisidə güzəşt edilərsə, sonda onlar kişilərlə bir sırada olacaqlar, yəni siz fikirləşirsiniz ki, onlara dözəcəyik? Bu ağılsızlıqdır!» Dövlətli  qadınlar qanunun ləğv edilməsini çox arzulayırdılar.
Doğrudanmı siz istəyirsiniz ki, geyimlərdə rəqabətin baş verəcək əsr başlansın? Əgər vəsaiti imkan versə, qadın özü istədiyini alar, pulu olmasa o, ərinə müraciət edər. Ər pul versə də, verməsə də yazıqdır. Belə ki, onda pul olmasa, başqa kişidə pul tapılar.
Digər tribun Valeriy, Katonun Romada nikah münasibətləri barədə olan dəhşətli fikirləri ilə razı deyildi. Katon hesab edirdi ki, qanun ləğv edilsə, kişilər öz arvadlarını idarə edə bilməyəcəklər. Valeriy ona etiraz edirdi: «Heç də belə deyildir. Nə qədər ki, əri sağdır, qadın heç vaxt ondan asılılığını itrmək istəməz. O azadlığı ki, onlar, valideynləri öləndə, dul qalanda əldə edirlər – qadınlar həyatda bundan həmişə qaçmaq istəmişlər». Qadınların istədiyi bir şey var idisə, o da ədalətlilik idi. Bəzək-düzək taxmaq yalnız Roma vətəndaşlarının arvadlarına və qızlarına qadağan edilirdi. Yadellilərin arvadları isə əksinə, qızıllı, purpurlu, təmtəraqlı geyimlər geyinirdilər. Yadelli qadınlar Romada arabada gəzişirdilər, bizim arvadlar isə ayaqla, arabasız gəzirlər, elə bil ki, imperiyanı romalılar deyil, yadellilər idarə edirlər. Kişilər üçün bu təhqir idi. Bəs hər boş şeydən inciyən qadınlar barədə nə demək olar? Zəriflik, düzən və gözəllik – bu məziyyətlər qadına verilmiş nemətlərdir.
Valerinin iltifatlı çıxışından, Katonun açıq hücumlarına nisbətən qadınlar daha çox incisələr də, Oppiya qanunu ləvğ edildi. 200 il sonra tarixçi Valeri Maksim qeyd etmişdi ki. bu qanunu ləvğ etmiş kişilər, qadınların yeni modalara olan qarşısıalınmaz ehtirasları və onların bir dəfə qanunları pozmağının nəticəsində bədxərcliliyinin, abırsızlığının hansı həddə çatacağını təsəvvür etmirdilər. Əgər o dövrün modası bu günkü kimi daim fasonların, üslubların, paltarların uzunluğunun dəyişməsi olsa idi, Roma imperiyası heç vaxt dağılmazdı. Əslində isə paltarların xarici görkəmi olduğu kimi qalmışdı, yalnız parçalar və bəzəklər dəyişmişdi. Əla Tiriyə parçaları, boyunbağıları, diademalar, broşkalar, ağır qızıl qolbağıları, Hind pambığı, Asiyanın uzaq vilayətlərindən torpaq sahələrinə bərabər olan bahalı daş-qaşlı sırğalar, qızıla bərabər qiymətli Çin ipəyindən xalatlar – bütün bunlar o dövrün modası idi.
Əgər erkən respublika dövründə nikahın möhkəmliyi toy mərasimindən asılı idisə, b.e. qədər III əsrdə nikahın meyarı «hər iki tərəfin razılığı ilə birgəyaşayış» ın vəziyyəti idi, yəni bu elə sadə razılıq idi ki, bunu həm asan pozmaq, həm də bununla asan razılaşmaq olardı. Arvadlar kişi ilə heç bir əsasla ayrıla bilməzdilər: indi isə onlar kişidən praktiki olaraq heç bir əsas olmadan da ayrıla bilərdilər, və onlar bunu xüsusi ruh yüksəkliyi ilə tez-tez həyata keçirirdilər. Lakin asan ayrılmanın qadın üçün öz çatışmazlığı da var idi, xüsusilə o qadınlar üçün ki, onların emosional asılılığı maliyyə asılılığından üstün idi. Əgər qadın siyasi ittifaqı möhkəmləndirmək naminə nikahdan istifıdə edən kübar ailələrdən birinə məxsus idisə, o zaman onun nikah münasibətləri onun özündən asılı olmayaraq, ailələrinin arzuladığı kimi, tez bağlandığı kimi tez də pozula bilərdi.
Qədim Romada ailə münasibətlərinin çox mühüm cəhətlərindən biri də o idi ki, əgər arvadlar onları narahat etmirdisə, ərləri arvadlarının məşğuliyyəti ilə maraqlanmırdılar, Bunun əsas səbəbi o idi ki, hamıya qadın çatmırdı. Kişi ona görə evlənirdi ki, həyata oğul və varis gətirsin. Habelə arvadının cehizi hesabına müəyyən qədər pul əldə etsin. Sonralar onun arvadına olan münasibətdən asılı olmayaraq, cehizin qoruyub saxlamağının yeganə yolu arvadı ilə yaxşı münasibətdə olmaq idi. Beləliklə, qadın uğrunda mübarizə çox sərt idi.
Yunanıstanda olduğu kimi, üfüqlərin genişlənməsi və yeni torpaqların əldə edilməsi, əvvəl Romanı bolluğa, dövlətə, firavanlığa çatdırdı. Lakin vaxt keçdikcə, vəziyyət dəyişdi. B.e. I əsrində Pliniy təsdiq edirdi ki, Asiya və Romanın ticarəti ziyanlı oldu (müasir qiymətlərlə ziyan ildə 30 milyon dollara qədər idi). Müasir standarğlara görə, bu o qədər çox ziyan deyildisə də, qədim dünya üçün çox əhəmiyyətli idi.
Bu, Romanın istila etdiyi Aralıq dənizi, Qalliya, Orta Asiyadan və Qərbi Asiyadan gələn qənimətlərdən 4- 5 dəfə artıq idi. Asiya və Afrikanın şərq sahillərindən Roma imperiyasına qədər gətirilən malların yarısı ədviyyatlardan ibarət idisə, qalanlarının beşdə dördü həyat əhəmiyyətli vacib bəzək əşyası idi. Buraya Çin ipəyi, Afrikadan fil sümüyü, Almaniyadan kəhrəba və Ərəbistandan buxur daxil idi. Bu ticarət münasibətlərində Roma, yadelli tacirlərə yalnız şüşə, dulusçuluq məmulatlarını, mərcan boyunbağları, gemmalar və üzüm şərabları, özü də az miqdarda, verə bilərdi. Yadellilərdə ən çox tələb olunan romalıların qızılı və gümüşü idi. Tədricən qiymətli materiallar azalırdı. Yunanıstanda zəngin gümüş yataqları tükənmişdi, xüsusilə Roma gümüş mənbəyi b.e. 200-cü ilinə kimi o qədər işlənmişdi ki, gümüşü çox çətinliklə sudan ayırmaq olurdu. İqtisadiyyat tam dağılana qədər Romanın sikkə sistemi tədricən yox olurdu. Roma iqtisadiyyatının süqutunun bir çox iqtisadi, siyasi, sosial və hərbi səbəbləri var idi. 
Onlardan hansının daha əhəmiyyətli olduğunu demək mümkün deyil. Lakin şübhə yoxdur ki, bu süqutun əsas əlavə faktorlarından biri bədxərclik oldu.
Roma cəmiyyətinin ali təbəqəsinə aid olan qadınlar azadlığa malik idilər, bu, qədim dünya cəmiyyəti üçün nadir hal idi, lakin qadınlar bundan istifadə edə bilmirdilər. Onlara çox şey etməyə icazə verilirdi, lakin bu o vaxta qədər ola bilərdi ki, onlar hər hansı səmərəli bir şey etməyə cəhd göstərməsinlər. Formal məhdudiyyət və ictimai fikrin təzyiqi qadının ətrafında bir növ müdafiə baryerini yaratmışdı. Qadın daxilində demək olar ki, tam öz bildiyi kimi, düşünə və hərəkət edə bilərdi. Eyni zamanda o, digər adamların fikrinə təsir etmək, kişilərin hüquqlarına qəsd etmək və ya dövlət siyasətinin formalaşmasında iştirak etmək istəsədə, o, bu baryeri aşıb keçə bilmirdi. Qadınlar pul xərcləməkdə, allahlara sitayiş etməkdə və boşanmağa nail olmaqda təskinlik tapırdılar. O zamanlar din, bu gün olduğu kimi, adamlara hər cür köməklik təklif edirdi. Din Roma qadınlarını darıxmaqdan xilas edir, onların gündəlik vəzifələrindən qaçmasına kömək edirdi.
Qədim Roma allahlarından çoxu abstrakt əxlaq qaydalarını təmsil edən gözü oxşamayan simvollar idi və yaxud da onlara göstərilən ehtiram və sitayişin müqabilində insanlığı müdafiə edən o dövrün qalıqları idilər. Bu allahlardan biri evin ocağının, evin təsərrüfatının qoruyucusu Vesta olmuşdur. Uzun əsrlər boyu belə hesab edilmişdir ki, dövlətin rifahı bu allahın kahinələri olan vestaçı qızların müqəddəs odun qorunmasına qayğı göstərilməsinə necə cəhd etməsindən asılıdır. Romanın ən kübar ailələrindən çox da böyük sayda olmayan namizədlər sırasından püşklə seçilmiş yalnız altı vestaçı qız mövcud idi.
Vestaçı qızların mənəvi təmizliyi dövlət əhəmiyyətli məsələ idi. E.ə. 216-cı ildə Roma Kann ətrafında məğlubiyyətə uğradı, bunun günahını hərbçilərdə deyil, vestaçı qızlarda gördülər. İki vestaçı qız həbs edildi. Yüz il keçdikdən sonra altı vestaçı qızın hamısı əxlaqsız hesab edilmiş və ölümə məhkum edilmişlər. Günahkarları çarpayı, lampa və yemək olan zirzəmiyə salaraq, zirzəminin divarlarını hörüb onları orada bir neçə gün saxlayırdılar. Məhkum edilənləri edam yerinə yola salanları təsvir edən Plutarx, yazırdı: «Bütün dünyada bundan qorxunc mənzərə ola bilməzdi. Roma üçün isə bundan çox vahiməli hadisə olmamışdır».
Xarici aləmlə əlaqə genişləndikcə, Roma panteonunda yeni ilahələr artırılır. Yeni dinlərə etiqad edənlər Roma imperiyasının mənəvi və siyasi qanunlarına təhlükə yarandıqda, onların hər dəfə təqib edilməsinə baxmayaraq, bu inanclar inkişaf etməkdə davam edirdi.
Yadelli ayinlərin bir-biri ilə çox oxşar cəhətləri var idi. Belə ki, onlar qədim əkinçilik icmalarına xas olan dirilmə əsatirinə aid idilər. Bu ayinlərin allahları əzab çəkir, ölür və yenidən həyata qayıdırdılar. Onlar tərkidünyalıq (asketizm) zamanı təntənəli innovasiyalar və ruhların təmizlənməsini tələb edirdilər. 
Bu ayinlərin davamçıları öz allahlarının yeganə olmasını etiraf etməsələr də, onlar yalnız bir allaha sitayiş edirdilər. Romalıların çox saylı panteonunun müqabilində, belə vahid allahın seçilməsi, xristian monoteizminə yol açdı. Yeni dinlər şəxsi möminliyi xüsusi vurğulayırdı, təsdiq edilirdi ki, qurtuluşu köhnə ehkamlara mexaniki sitayiş etməklə deyil, şəxsi keyfiyyəti və şəxsi səxavəti ilə qazanmaq olar. Hətta rəsmi dinin o qədər də böyük rol oynamadığı üçün qadınları bu ayinlərin gözəlliyi və musiqiliyi, ekstaz halı və hər şeydən məhrum edilmədən sonrakı ruhi sakitliyi cəlb edirdi. Şərq dinləri özünün yeniliyi və müxtəlifliyi ilə fərqlənirdi. Onlar həyatın məhrum etdiyi mənanı ona qaytara bilirdilər. Onlar artıq darıxan ağılı sonu görünən yollara yönəldirdilər. Xristian təliminin davamçıları sırasında qadınlar, bu dini həmişə az tənqid edən və bu dinə daha çox sədaqət göstərənlər olublar. Bu elə bir dövrdə olub ki, həmin dövrdə Yaxın Şərq dinləri xristianlığın yaranması ərəfəsində Qədim Romada yayılmağa 
başlamışdı. 
Roma qadınları yeni xristian dinini öyrənməzdən əvvəl, çox hadisələr baş verməli idi. B.e. II əsrinin əvvəlində bir çox qadının həyatı stabil yox, dəyişkən idi, bu da boşanma hallarının miqdarını artırmışdı. 
Qadınlar öz ərlərindən ona görə boşanırdılar ki, onlar ərlərindən bezikmişdilər; kişilər qadınların üzündə qırışları görəndə və ya da onların ləyaqətsiz, deyingən və tənbəl xarakterli olduğunu görəndə boşayırdılar. Romalı kişilər və romalı qadınlar birgə həyatda eyni mürəkkəbliyi görürdülər. Qədim Romanın azad qadınlarının feminist qadınlarının ən sərt tipləri ilə çox ümumi cəhətləri var idi: nəfuzlu ağıl, hökmranə ədaları və kompromislərə qarşı açıq nifrət; lakin ərlər də bu qədər dözülməz idilər: onlar müstəsna eqoistlikləri, iradcıllığı ilə seçilirdilər. Nəticədə Romada ər və arvad bir-birinə uyğunluğu başqa yerdə olduğundan o qədər də fərqli deyildi, lakin Romada qədim dünyanın digər ölkələrinə nisbətən daha məqsədyönlü qadınlar olduğuna görə onların şəxsi haqsızlıqlarına səsləri daha tez eşidilirdi.


3 şərh

Erudit
sag ol mr13, intahana material lazimiydi ele-gender bərabərsizliyi mövzusunda.bunu copy+paste flush carda:)
sabit_b
deyirəm də bu sayt ensiklopediyadı kimə nə lazımdı burdan tapır
papatürk
Bəzi maraqlı faktları öyrəndim. Qadın hüququna aid bir bloqa əlavə etmək lazımdır.