No smoking!!!

Siz hələ də siqaret çəkirsiniz? Amma mən tərgitdim. Bilmək istəyirsiniz necə? 

Siqaret çəkmənin zərərləri haqda danışmayacam. Bu haqda saytda artıq "Siqaret çəkmənin zərərləri" adl topik olub. Siqareti tərgitmənin çox üsulları var amma məncə ən yaxşısı imandır. Bundan qabaq siqareti bir neçə dəfə tərgitmişdim, amma çifayda uzaq başı 1 ay. İndi Əlhəmdülillah çəkmirəm. Allah rizası üçün tərgitdim. İmanlı şəxs üçün bu artıq ən böyük vasitədir siqareti tərgiitmək üçün.

Allah Təalə buyurur:
“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.” 
Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək:
«Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. » 
Bəli, ey insan! O gün əl şahidlik edərək deyəcək: ”Ya Rəbbi! mən verdim, mən aldım, mən götürdüm”. Ayaq deyəcək: “Mən getdim”. Dil deyəcək: “Mən danışdım”. Göz isə deyəcək: “Mən baxdım”. O gün insanın bütün əzaları danışacaq.

İndi təsəvvür edin ki, Bu ağ ciyər sizə qarşı şahidlik edir. Təsəvvür etdiniz??? Əgər bütün bu dediklərim sizi hələ də siqareti tərgitməyə sövq etmədisə bəlkə albomdakı şəkillərin köməyi oldu.

 

8 şərh

2ral
Siqaretin Faydaları da oxumağı məsləhət görürəm.
sabit_b
doğurdan tərgitmisiniz ya elə belə yazmaq xətrinə yazmısınız?
Elsamir

yox tərgidib


mən bilirəm

sabit_b
superrrrr belə bir üsul ilk dəfədi eşidirəm
girl_moon

Sağlamlığını düşünən hər kəs bunu bacarsa daha yaxşı olar.  1-ci Pyotrdan əvvəlki dövrü xatırladım; Pyotura qədər Rusiyada tütünü «haram» sayıblar, o vaxt tənbəki çəkənlərə ağır cəza verirdilər, qamçı ilə yaxşıca döyürdülər))sonralar Pyotr özü də tənbəki çəkdiyinə görə bu qanunu ləğv edib.


Həmişə sağlam olun:)

Dior
Əzaların qiyamət günü insanın əleyhinə şəhadət verəcəyini oxumuşdum.Lakin belə bir qənaət heç ağlıma gəlməmişdi.
Zərrə
Nadir bəy, sizi təbrik edirəm. Çox təəssüf ki, bəzən müsəlmanlar öz əzalarını İslama təslim edə bilmirlər. Dilimizi, gözümüzü, əllərimizi, ayaqlarımızı, qulaqlarımızı- bütün əzalarımızı müsəlman etməliyik.
İctimai və şəxsi həyatın sağlamlığı üçün iman çox güclü vasitədir. Allaha həmd olsun, iman dünyamızı da Cənnət edir, axirətimizi də.
mr13
İnşaalah. Amin.