Photoshop (0-dan mükəmmələ)

Çox hörmətli bloq üzvləri. Nə haqqında yazmağı düşünərkən birdən ağlıma Photoshop gəldi və düşündüm ki, bildiklərimi sizə də öyrədim. Deyirəm başlayaq. 
Giriş

Başlamamışdan qabaq Photoshop (irəlidə "Ps") haqqında və onun nəyə yaradığı haqqında qısaca məlumat vermək istərdim. 
biridir.  
Deməli belə. Rastr nədir və nəynən yeyilir: 
Rəqəmli təsvirlər iki yerə ayrılır: Rastr və vektor.
Rastr təsvirlər piksel adlanan nöqtələrdən ibarətdir. Piksellər o qədər kiçikdirlər ki, müasir rastr qrafikası ilə işləyən proqramlar hər pikselə 16 million çalar verə bilər ki, bu da təsvirin reallığını artırır.
Vektor təsvirlər isə vektor adlanan xətlərdən və əyrilərdən ibarətdir.
Məncə bu qədər kifayət edər.
"Ps" haqda məlumatı isə burdan öyrənə bilərsiniz. 
Təbii ki, proqramda işləməyi öyrənmək üçün onu kompüterə "Ustonovit" eləmək lazımdır. Bunu yəqin ki, burda verməyim topikimi böyük etmək kimi başa düşülə bilər. Çünki indi demək olar ki, kompyüterə proqram yazmağı bilməyən yoxdur. 

İnterfeys

Əslində "PS" un interfeysi Windows-un bütün proqramlarının interfeysinə bənzəyir. Mənim şəxsi fikirimcə Windows-un bir proqramını bilirsənsə digərlərini rahatca öyrənmək olar. Bu siyahıdan 3ds Max, Autocad kimi bir sıra proqramları çıxıram. Bu da "PS" i açarkən birinci gördüklərimiz:

 

Qeyd edim ki, Bu Adobe Photoshop CS4 - dür. Bundan əvvəlki versiyalar çox da fərqlənmir.

P.S. Hələlik birinci dərsimizi bitmiş elan edirəm və soruşmaq istəyirəm sizdən. Necə ki, "Varmısan Yokmusan" verilişində Acunun soruşduğu kimi: "Tamammı, Devammı" Yəni bu dərsləri davam etməyimə dəyər ya yox? Sizin Rəyiniz mənim üçün çox vacibdir. Yoxsa yalandan reytinq yığmaq xətrinə Kayzen.az məkanını doldurmaq istəmirəm. İlk baxışdan ilk dərslər yorucu görünə bilər. Amma Moskva da birdən tikilməyib. İnşəallah davam edəcək olsam Baza dərslərdən sonra çox gözəl (bir sözlə SUPER) dərslər sizi gözləyir.


12 şərh

fidan

Devam,abi,devam!!!
Şəkil çox balacadır.Bir az böyük olsa daha qəşəng olar.Video-tutorial da qoya bilərsiniz.

mr13

Belə çıxır ki, Photoshop mövzusu tək Fidan xanıma maraqlıdır. onda mən ona lazım olan materialları Şəxsi mesaj və ya emaillə göndərə bilərəm. Topikə isə yəqin ki, son qymalı olacam.


:((

səlahəddin
Qardaş,mən topiklərimə dini şəkilləri qoymaq istəyirəm.Amma onların həcmi böyükdür.Onları kiçiltmək istəsəm də resize etmek isteyende daha da böyük şəkillər alınır.Ona görə də şəkilləri qoya bilmirəm. Köməklik etsəniz sevinərəm.
mr13

photoshopda?

səlahəddin
Fərqi yoxdur. Photoshop var kompüterdə,ona görə də o barədə desəniz yaxşı olaram.İngiliscə çox çətindir.Gördüm ki,siz bu barədə yazırsınız.Fikirıləşdim ki yəqin bu sahıni bilirsiz.
mr13
Photoshopda alt+ctrl+İ yəni bu 3 düyməni birlikdə basın çıxan səhifədə istənilən ölçünü istər piksellə istərsə də sm-lə dəyişə bilərsiniz. bundan sonra ctrl+shift+S və aşağıda jpeg faylı kim saxlamanı seçin və ok basın.
Erudit
Bələdə hamidan çox mənə maraqlıdır bu mövzü. Çoxdandır Photoshopu öyrenmek arzusundayam ele mənbə axtarırdım. Mütləq davam>>>>
2ral
Mənə heç kim demir ki,atmosfer haqqında yazılar yerləşdir.Özüm qoyuram,bilirəm ki,kiməsə lazım olacaq:-) mr13, sən də yerləşdir. Tələbat var.
HTML
elə təkcə rastr və vektor formatların fərqindən bir maraqlı post yazmaq olardı. Müəllif yaxşı olar ki,Adobe Photoshop CS4(əgər bilirsə başqa proqramlar da) haqqında yaxşı seriyalı öyrədici materiallar yerləşdirsin.Amma şəkillərin ölçüsü böyük olsun. Postda qoyulan şəkil heç də Photoshopu yaxşı bilənin şəklinə oxşamır.
mr13
Posta qoyulan şəkilin belə olmasının fotoşopu bilməklə heç bir əlaqəsi yoxdu. yəni Bu proqramı necə bildiyimi işlərimlə sübut etmişəm (demirəm «as»-am, amma həvəskar da deyiləm). Sadəcə məndə monitorun ölçüsü 1680X1050 dir (çünki mənə belə rahatdır) şəkili düzəldib qoyandan sonra sayt üçün balaca olduğunu gördüm. Sonra evə getdiyim üçün dəyişmədim. Səhəri gün isə heç kəsin maraq dairəsində olmadığını hiss edərək. davam etməmək qərarına gəldim və buna görə də düşündüm ki, şəkili də dəyişməyə ehtiyyac yoxdur.
Elvin85
Yəqin ki HTML şəklin ölçüsünü yox, şərhlərdəki hərf rənglərinin şəkillə uyğun gəlməməsini, üstəgəl kursiv və bold-un  onları lap eybəcrə hala saldığını nəzərdə tutub. Amma bunlar xırda məqamlardır, əsas postun ideyasıdır ki, ona da +1
papatürk
Fotodan başı çıxanlar desin. Saytda məqalələrdə şəkillər hansı formatda qoyulsa yaxşıdır? PNG,GİF yoxsa JPEG? Mən tarixə aid məqalələrdə şəkil tapanda çox əziyyət çəkirəm,ona görə çox vaxt 2ral qoyur.İstəyirəm həm keyfiyyətli olsun,həm də az yer tutsun.