Рейтинг
+26.40

böyük musiqiçilər

43 üzv, 102 topik

Mixail Qlinka

Mixail QlinkaMixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan «Nəcib pansiona» daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.

1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur.
Davamı →
 

Georg Fridrix Hendel

Hendel Georg FridrixHandel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır. İlk operaları olan «Ameliya» və «Neron» əsərlərini 1705-ci ildə yazmışdır. 1707-1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır.

1710-cu ildə Hendel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Hendel iki il sonra yenidən, lakin qısa müddətə Almaniyaya qayıdır.

Hannoverdə olduğu bu qısa müddət ərzində Böyük Britaniyanın gələcək şahzadəsi Karolinaya bir neçə vokal duetlər bəstələyir. 1712-ci ildən etibarən bəstəkar demək olar ki, həmişəlik İngiltərədə məskunlaşır. Britaniyaya gəldiyi ilk illərdə Surrey qraflığının Barns Elmsin yaradıcılığına pərəstiş edən zəngin tacirlərindən birinin evində yaşayır.
Davamı →
 

Hektor Berlioz

Hektor BerliozFransız romantik bəstəkarı. «Fantastik simfoniya» və «Grand messe des morts» (Rekviem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu «Treatise on Instrumentation»la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir.

Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan «Təntənəli messa» ilk dəfə ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Davamı →
 

Corc Gerşvin

Corc GerşvinCorc Gerşvin Amerika operasının yaradıcısı hesab olunur. O, çoxsaylı musiqili komediyaların, operettaların, caz musiqilərinin müəllifi kimi də məşhurlaşmışdır.

Corc Gerşvinin əsərlərində musiqi sənətinin müxtəlif janrları və istiqamətləri uğurla işlənmiş, eyni zamanda, Amerika cəmiyyətində təmsil olunan müxtəlif musiqi ənənələri də təqdim olunmuşdur.
Gerşvin Rusiyadan Nyu-Yorka köçmüş yəhudi ailəsində anadan olmuşdur. Gerşvin məktəbdə yaxşı oxumur, dərslərə maraq göstərmirdi. 10 yaşı olanda ilk dəfə viyolonçelin səsini eşidir və bu onda musiqiyə maraq yaradır. Corc 11 yaşında olarkən qardaşı üçün alınmış işlənmiş piano ilə istedadını ortaya çıxarmış, 15 yaşından isə professionallığa addım atmışdır. 
Davamı →
 

Cuzeppe Verdi

Cuzeppe VerdiCüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb.

10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Orkestr Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam edir. 1838-ci ildə yazdığı «Oberto» adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi.
Davamı →
 

Balakirev Miliy

Mily BalakirevBalakirev «Qüdrətli dəstə»nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir. Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığından ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur.

Balakirev irsinin çox mühüm hissəsini simfonik əsərlər təşkil edir. Xalq mahnılarını inkişaf etdirərək o, Qlinkadan başlanan xalq-janr simfonizmini davam etdirmişdir. Bununla yanaşı Balakirev rus simfonik musiqisinin digər qolunun banisi olmuşdur.

O, rus bəstəkarları arasında ilk dəfə olaraq proqramlı əsərlər yazmağa başlamışdır. Balakirev yaradıcılığı xalq ruhu ilə zəngindir. O, demək olar ki bütün yaradıcılığı boyu xalq mahnılarına müraciət etmişdir. Onun 1858-ci ildə bəstələdiyi «3 rus mahnısının mövzusuna uvertüra» əsəri buna misal ola bilər. Bu əsər «Kamarinskaya» əsəsinin ənənələri əsasında yazılmışdır.
Davamı →
 

Robert Şuman

Robert ŞumanDahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur, Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danışan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.

1840-cı ildə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə “Qadın məhəbbəti və həyatı” və Heynenin sözlərinə “Şairin məhəbbəti” kimi şedevr əsərlər, habelə bir neçə iri həcmli əsər yaradır. 1843-cü il dekabrın 4-də müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan “Ray və Peri” oratoriyası böyük müvəffəqiyyət qazanır. Bir həftə sonra təkrar konsert təşkil olunur.
Davamı →
 

Aleksandr Qlazunov

Qlazunov 19–cu əsrin sonu 20-ci əsrin əvvəllərində rus klassik musiqisinin nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, «Qüdrətli Dəstə» bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur.

Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, fortepiano sonatalarının, variasiaların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →
 

Yozef Haydn

Joseph HaydnAvstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi Frans Yozef Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir. Vaxtilə Pyotr Çaykovski Haydn haqqında deyirdi: “O olmasaydı, nə Mosart, nə də Bethoven olardı”. Haydnın taleyi sənətinin vurğunu olduğu digər böyük bəstəkar İohann Sebastyan Baxın taleyinə bənzəyir.

Yozef Haydn 1732-ci il martın 31-də Avstriyanın Macarıstanla həmsərhəd Rorau kəndində, qraf Qarraxların malikənəsində, kareta ustası Mattias Haydnın ailəsində dünyaya gəlib. Yozef ailənin on yeddinci uşağı olub. Atası musiqini sevir, arfada çalır, anası isə yaxşı oxuyurdu. Ailə çətinliklə dolansa da, altı yaşlı Yozefi məktəbə qoyurlar. Burada o, demək olar, bütün musiqi alətlərində çalmağı öyrənir. İki il sonra isə Yozef Müqəddəs Stefan kilsəsinin kapellasında xorist işləməyə başlayır, lakin “tam peşə yararsızlığına görə” tezliklə xordan qovulur. 
Davamı →
 

Raxmaninov Sergey

Bəstəkar, pianoçu, dirijor Sergey Vasilyeviç Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. O, 1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında zadəgan ailəsində anadan olub.

Raxmaninov musiqiçi ailəsində böyüyüb. Onun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Dahi bəstəkarın atası Vasili Arkadeviç Raxmaninov müstəsna musiqi bacarığına malik idi. Gələcək bəstəkarın fortepiano üzrə dərslərindən ilk müəllimi anası olub. Rahmaninov xatirələrində o zaman musiqi dərslərindən xoşa gəlmədiyini deyir. Lakin 4 yaşı olarkən o, artıq babası ilə birgə fortepianoda dörd əlli ifa edə bilirdi.
Davamı →