Aylı Sonata | Bethoven məhəbbəti

Bethoven“Aylı sonata” Lüdviq van Bethovenin ən möhtəşəm əsərlərindəndir. Bu — çox maraqlı bir məhəbbət məcarasından yaranmış bir musiqi əsəridir.

Belə ki, bu möhtəşəm musiqi əsərini dahi bəstəkar gənc qız Culyetta Qviççardiyə həsr etmişdir. Bu gənc qız bəstəkarın ürəyini fəth etmiş və sonra isə bəstəkarın ürəyini  “qəddarcasına” qırmışdır. Amma bu möhtəşəm  musiqiyə qulaq asarkən aldığımız zövqə görə, məhz Culyettaya minnətdar olmalıyıq.

 L.V.Bethoven (1770-1827) Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çox ağır keçmişdir. Atası onun musiqi istedadından insafsızcasına öz məqsədləri üçün istifadə etmişdir. Səhərdən axşamacan klavesin arxasında oturmağa atası onu məcbur edirdi. 

 L.V. Bethoven ilk dəfə 8 yaşında ikən kütləvi konsertlər verərək pul qazanmışdır. Təbii ki, bu pulları atası mənimsəmişdir. 20 yaşında ikən isə o, artıq klavesində və skripkada çox gözəl ifa edirdi. Lüdviq çox istedadlı olması ilə bərabər, çox qapalı, təkliyə meyilli, ünsiyyətsiz idi. Gənc yaşlarında ikən, onun sinif rəhbəri olan Kristian Qotlib Lüdviqdə təbiətə, insanlara sevgi, ətrafdadakılara xoş münasibət hissi oyatmışdır. Məhz o, Lüdviqə qədim dilləri, fəlsəfəni, ədəbiyyatı, tarixi və etikanı öyrətmişdir. Bundan sonra Bethovendə humanistlik, insansevərlik,azadruhluluq yaranmışdır.

 1787-ci ildə Bethoven Bonn şəhərini tərk edərək, Vyanaya yollanır. Gözəl Vyana – küçə orkestrləri, teatrlar və möhtəşəm kilsələr şəhəri gənc bəstəkarın könlünü fəth edir. Amma məhz elə bu şəhər dahi bəstəkara karlıq gətirir. İlk öncə o səsləri çox zəif eşidir. Sonra o sözləri bir neçə dəfə təkrar söruşmağa başlayır. Daha sonra isə, ümumiyyətlə, səs eşitmir – kar olur. O, bu haqda dostuna yazdıqları məktublarda da qeyd etmişdir.

  1800-cü ildə varlı və tanınmış qraf qızı olan Culyetta Vyanaya gəlir. Bu zaman Culyettanın heç 17 yaşı tamam olmamışdır. Gözəl, şən, çox cazibədar olan bu qız elə ilk görüşdən Bethoveni özünə cəlb edir. Bethoven Culyettaya vurulur. Ay sonatasıElə həmin an qıza dostluq təklif edir. İlk vaxtlar o elə bilir ki. qızın da ondan xoşu gəlir. Bethoven qıza pulsuz fortepiano dərsi verməyi tətlif edir. Qız böyük məmnuniyyətlə təklifi qəbul edir. Bir müddət Lüdviq  Culyettaya fortepianoda müəllimlik edir. Sonra Culyetta  birdən-birə heç bir xəbərsiz Vyananı tərk edir, sanki qeyb olur.

 Bəstəkar qrafinya Culyettaya dəlicəsinə vurulduğundan, ona çox gözəl bir sonata bəstələyir. Amma nədənsə, bəstəkarın ölümündən sonra əsəri “Aylı sonatası” adlandırmışlar.

  Uzun bir müddət keçdikdən sonra Culyetta yenidən Vyanaya gəlir və Bethovenin yaşadığı mənzilə yollanır. Ağlayaraq keçmişi, bəstəkardan dərs aldığı illərini xatırlayır. Sonra necə kasıb, rəzil bir hala düşdüklərini bəstəkara danışır və ondan pul istəyir. Təmizqəlbli, ürəyi yumşaq  Lüdviq ona pul verir və bacardığı köməklikləri edir. Və ondan bir daha gəlməməsini xahiş edir.

 Kar olaraq qalmaq qorxusu, ümidsizlik bəstəkarı neçə dəfələrlə özünə qəsd etmək fikirinə gətirib. Amma bəstəkar özünü ələ ala bilir və bir çox şedevr əsərlərini elə kar olduğu dövrdə yaradır.

  Bethoven geyimə fikir verən olmayıb. Onun geyindiyi paltarlar həmişə qırışıq, əzik, tozlu, səliqəsiz olardı. Bu səbəbdən də o, tez-tez qadinların iradına tuş gəlirdi. Ümumiyyətlə, dahi bəstəkar heç vaxt xarici görüşünə fikir verməzdi.

 1826-cı ilin payızında Bethoven xəstələnir. Uzun-uzadı müalicə, 3 cərrahiyə əməliyyatı bəstəkarı ayağa qaldıra bilmir. Bütün qışı o, yataqda keçırır. 26 mart 1827-ci ildə bəstəkar dünyasını dəyişir.

 

Hazırladı: Orucova Jalə
Mənbə: azens.az 

 

3 şərh

istorik_c
Çox gözəl əsərdir. Bir çox filmlərdə səslənmişdir.
pascal
İnsanın ruhunu oxşayır… Çox gözəl bəstə və bəstəkar.
Əla.
azadmamedov90
tarixcesi cox gozel gelir insan qulagina pianinonun ag qara notalarinin seslendiyi kimi.