Viktor Çoy "Qruppa Kino"

Виктор ЦойViktor Robertiviç Çoy (Виктор Робертович Цой) — 21 iyun 1962- ci ildə Sankt-Peterburqda (o vaxtda Leninqrad) mühəndis Robert Maksimoviç Çoy və müəllimə Valentina Vasiliyevnanın ailəsində dünyaya gəlib. O 1969-cu ildə anasının işlədiyi məktəbdə, 1 ci sinifə gedib. 1974-cü ildən 1977-ci ilə qədər rəssamlıq məktəbində oxuyur.

Orta məktəbdə 8-ci sinifi və rəssamlıq məktəbini bitirdikdən sonra V. Sevorov adına rəssamlıq məktəbinə daxil olur. Valideyinlərinin istəyi onu rəssam etmək idi. 1976-cı ildə müğənni və yazıçı M. Paşkola görüşündən sonra onun bütün planları dəyişdi. M. Paşkovla gələcəkdə «Palata №6» qrup yaradacaqlar.

Viktor Çoy 1981-ci ildə «Qarin ve Qiperboloidlər» adlı qrup yaradır. Qrupa Viktor Çoy, Aleksey Rıbin, Oleq Valinskiy daxil idi. Bu illərdə onun rəssamlıq və musiqiylə münasibəti dərinləşir. 1981-ci ilin noyabrında qrup böyük uğurla Leninqrad rok-clubunda cıxış edirdi. Qrup «Kino» adı ilə 1982-ci ilin yazında «45» adlı özünün ilk albomunu buraxır.

1983-cü ildə qrupun üzvləri dəyişir, artıq ora Viktor Çoy, Yuriy Kasparyan, Aleksandr Titov və Qeorqiy Quryanov daxil idilər. Qrupun üzvlərinin dəyişilməsindən iki ay sonra qrup Leninqrad rok-festivalının lauriyatıdı. Bu böyük uğur idi. Bundan sonra qrup özünün məhşur «Naçalnik Kamçatki» («Kamçatkanın rəyisi») adlı albomunu buraxdı. 1985-ci ildə «Eto ne lubov» («Bu sevgi deyil») adlı daha bir albom buraxdılar. Bu albom Leninqradda çox sürətlə yayılırdı.

1985-ci ildə Aleksandr Titovu gitaraçi İqor Toxomirov evez etdiş Və bu tərkib qrupun sonuna kimi dəyişilmədən qaldı.1986-cı ildə «Kino» Moskva və Leninqrad rok festivallarında çıxış edir. 1988-ci ildə qrupun bəlkədə ən məhşur albomu «Qrupa Krovi» («Qan qrupu») buraxılır. Elə bu ildə qrup rejissor S. A. Salavyovun «Assa» adli bedii filmində çəkilirlər. 1989-cu ildə Viktor Çoy R. Nuqmanovun "İqla" ("İynə") filmində rol alır. Bu Çoyun ilk böyük aktyorluq işi idi.


1988 — 1989-cu illərdə qrup SSRİ-nin böyük şəhərlərinə qastrol səfərlərinə gedir. Eləcə də Danimarkanın, Fransanın ve İtaliyanın rok festivallarında çıxış edirlər. Bu illərdə «Kino»nun daha bir məhşur albomu «Zvezda po imeni Sonça» («Günəş adlı ulduz») işıq üzü görür.

1990-cı ildə balıq tutmaqdan qayıdan Viktor Çoy özünün Moskviç 2141 avtomobilində qəza keçirir və yaşamaq şansını itirir. Bununlda bu bacarıqlı və xarizmatik insanın həyatı bitir. Bu hadisədən sonra qrup yarımçıq qalmış albomunu çətinliklə tamamlayırlar.

Alboma Viktor Çoyun xatirəsinə hörmət əlaməti olaraq "Çornıy Albom" («Qara albom») adının verirlər. Çoyun vəfatından illər keçməsinə baxmayaraq, başda Rusiya olmaqla, bütün MDB ölkələrində hələ də bir çox insanın ürəyində yaşamaqdadır.

Hazırladı: Özal Məmmədov

0 şərh