Cuzeppe Verdi

Cuzeppe VerdiCüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb.

10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Orkestr Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam edir. 1838-ci ildə yazdığı «Oberto» adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi.

Ardıca Verdinin operası «Nabukko» 1841-ci ildə yarandı. «Nabukko»dan sonra ard-arda «Lombardi», «Ernani», «I due Foscari» operalarını yazan Verdi böyük şöhrət qazandı. Bir anlaşılmazlıq səbəbiylə artıq operalarını Milanda sahnələşdirmək istəmədiyi üçün «Alzira», «Atilla», «Makbet» digər İtaliya şəhərlərində, «I Masnadieri» əsəri isə Londonda səhnələşdirildi. Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri «Don Karlos»dur. Operalarına mövzu tapmaqda çox həssas davranır və xalqın bəyənəcəyi aktual mövzulara müraciət edirdi.



«La Traviata» operasında ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar aktual mövzunu işləyərək opera tarixçilərinə görə o günə qədər kimsənin cəsarət edə bilmədiyi tətbiqin qabaqcılı oldu. 1848-ci ildə Milanın avstriyalılar tərəfindən tutulmasından sonra «Il Corsaro», «La Battaglia di Legnano» və «Luisa Miller” operalarını yazdı. 1851-ci ildə Verdinin „ən yaxşı əsərim“ dediyi „Traviata“ Venesiyada səhnələşdirildi. Zaman keçdikcə bu əsər ən sevilən operalardan biri oldu.



Verdinin Aleksandr Dumanın „Kameliyalı qadın“ romanından ilhamlanaraq yazdığı „La Traviata“ ədəbiyyata söykənən operanın ən tanınmış nümunələrindəndir və „Carmen“ ilə birlikdə realizm məktəbinin qabaqcıllarından biridir. „Rigoletto“ operasının mövzusu Viktor Hüqonun „Kral əylənir“ adlı əsərindən götürülüb.

Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur „Aida“ operası bir il sonra Süveyş kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu. Opera 1870-ci ilin noyabr ayında bitmiş olur, 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə „Otello“ operası ilə sevimlilərinin qarşısına çıxdı. „Otello“ Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir.



6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri „Falstaf“ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri vətəndaşı titulu verildi. Bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda dünyaya göz yumdu.

0 şərh